Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:59

Ərdoğan Qlazqoya getməyib, Baydenlə…


R.T.Ərdoğan (solda) və C.Bayden
R.T.Ərdoğan (solda) və C.Bayden

Ərdoğan qırıcıların satışı məsələsində Baydenin “müsbət” yanaşma göstərdiyini deyib

Türkiyə Prezidenti Receb Tayyib Ərdoğan bu gün – noyabrın 1-də Qlazqoya COP26 iqlim konfransına getmək əvəzinə Türkiyəyə qayıdıb. Xəbəri “Anadolu” dövlət agentliyinə istinadla “Reuters” yayıb.

Prezident idarəsi xəbəri şərh etməyib. Ancaq anonimlik şərtilə danışan bir rəsmi deyib ki, prezidentin toplantıda planlaşdırılan iştirakıyla bağlı protokol məsələləri çıxıb.

“Müsbət” yanaşma

Ərdoğan dünən – oktyabrın 31-də ABŞ Prezidenti Co Baydenlə Romada görüşüb. Bayden ona deyib ki, F-16 qırıcıları almaqla bağlı xahişi Birləşmiş Ştatlarda müəyyən prosesdən keçməlidir. Ərdoğan isə həmkarının qırıcıların satışı məsələsində “müsbət” yanaşma göstərdiyini deyib. Bu haqda “Reuters” yazır.

Son illər Ankara ilə Vaşinqtonun münasibətlərində bir sıra məsələlərdən dolayı gərginlik yaranıb. Buraya Suriyadakı siyasətlə bağlı ziddiyyətlər, Türkiyənin Rusiyadan S-400 raket sistemləri alması, insan haqları və hüquqi məsələlər daxildir. S-400-lərə görə ABŞ Türkiyəyə sanksiyalar tətbiq edib.

Birgə mexanizm

Romada G20 sammitindən bir neçə gün öncə tərəflər xeyriyyəçi Osman Kavalaya görə diplomatik böhrandan yayına biliblər. ABŞ-ın aparıcı administrasiya rəsmisi Baydenin insan haqları məsələsini də qaldırdığını deyib.

“Prezident Bayden müdafiə sahəsindəki tərəfdaşlığımızı, Türkiyənin NATO müttəfiqi kimi əhəmiyyətini vurğuladı, amma Rusiyadan S-400 raket sistemi almasıyla bağlı narahatlığını da dilə gətirdi”, – Ağ ev görüşdən sonra bəyanatda deyib.

Türkiyə prezident idarəsi iki liderin əlaqələri möhkəmləndirməkdən ötrü birgə mexanizm yaratmağa razılaşdıqlarını bildirib. Aparıcı türkiyəli rəsmi danışıqların “çox müsbət atmosferdə” keçdiyini deyib.

Ərdoğan Romada jurnalistlərə deyib ki, Türkiyənin ABŞ-ın Suriyada kürd YPG qruplaşmasına dəstəyinə qarşı çıxdığını bir daha söyləyib. YPG Suriyanın şimal-şərqində İslam Dövləti qruplaşması ilə mübarizədə ABŞ-ın müttəfiqidir, Ankara isə onu terrorçu qrup hesab edir.

ABŞ F-16 satacaqmı?

Ankara Vaşinqtondan 100-dən çox F-35 qırıcısı sifariş etmişdi. Amma S-400 alandan sonra ABŞ Türkiyəni həmin proqramdan çıxardı. Türkiyə bu addımı ədalətsiz adlandırdı, 1.4 milyard dollarlıq ödənişinin əvəzini tələb elədi.

Ərdoğan deyib ki, bu ödəniş 40 ədəd F-16 və 80 modernizasiya dəstinə xərclənməlidir. O, Baydendən konqresmenlərin satışı təsdiqləməsi üçün dəstək istəyib.

“Cənab Baydenin bu məsələdə müsbət yanaşmasını gördüm, amma Nümayəndələr Palatası və Senat məsələnin digər tərəfidir”, – o vurğulayıb.

Şənbə günü başqa bir ABŞ administrasiya rəsmisi deyirdi ki, Bayden Ərdoğana “kəskin” hərəkətləri ilə bağlı xəbərdarlıq edəcək.

Türkiyə lideri ötən həftə ABŞ səfiri daxil olmaqla, Kavalaya azadlıq istəmiş 10 elçini qovmaqla hədələyib. Sonradan Ərdoğan təhdidini geri götürdü, məsələ yoluna qoyuldu.

XS
SM
MD
LG