Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:09

Papa və patriarx dünyanı terrorla mübarizəyə çağırdılar


Rus pravoslav kilsəsinin patriarxı Kirill və Roma papası Francis
Rus pravoslav kilsəsinin patriarxı Kirill və Roma papası Francis

Roma papası Francis və patriarx Kirill dünya birliyini Yaxın Şərq xristianlarının müdafiəsinə və beynəlxalq terrorla mübarizəyə çağırıblar

Roma papası Francis və patriarx Kirill dünya birliyini Yaxın Şərq xristianlarının müdafiəsinə və beynəlxalq terrorla mübarizəyə çağırıblar.

Bu barədə Kuba paytaxtı Havanada imzalanmış bəyannamədə deyilir ki, dini liderlər bir sıra ölkələrdə din azadlığına təhlükə görürlər.

"Yaxın Şərqin və Şimali Afrikanın bir çox ölkələrində bizim xaç qardaş və bacılarımızın bütöv ailələri, kəndləri və şəhərləri tamamilə dağıdılır, - deyilir sənəddə, - Onların kilsələrini vəhşicəsinə yağmalayır və talan edirlər, müqəddəs yadigarlarını murdarlayır, abidələrini uçururlar”.

İki dini lider həmçinin zəngin ölkələri onların qapılarını döyən qaçqınlara mərhəmətli olmağa çağırıblar və zənginliklə bağlı olan istehlakçı mədəniyyəti pisləyiblər.

Yekcins nikahlar pislənib

Bu bəyannamə yekcins nikahlar pislənir və bir daha bəyan edilir ki, ailə - kişi və qadın arasında azad və sədaqətli sevgi üzərində qurulmalıdır.

"Hazırda birgəyaşayışın başqa formaları ailə ittifaqı ilə bərabərləşdirilir, kişi və qadınların İncli ənənələrində nəzərdə tutulmuş atalıq və analıq kimi vəzifələri ictimai şüurdan çıxarılır” – deyilir sənəddə.

Birgə bəyannamədə deyilir ki, həm ortodoks, həm də katolik xristinlar ailə haqqında eyni düşüncə və dəyərləri bölüşürlər.

Kilsələrin birliyi

Bəyannamədə həmçinin patriarx və papa kilsələr arasında itirilmiş birliyə təəssüf etdiklərini bildirir və ümid edirlər ki, onların görüşü bütün xristianları kilsələrin tam birliyinə ilhamlandıracaq, onlar bir birlərini rəqib yox, qardaş gözündə görəcəklər.

Bu da vurğulanır ki, iki kilsə bir birinə və kənar aləmə bu kontekstdən yanaşmaladır.

Bəyannamənin ən maraqlı cəhətlərindən biri də bu sənəddə prozelitizmin, yəni din dəyişmənin bütün formalarının pislənməsidir.

Bu görüşdən bir qədər əvvəl Rus pravoslav kilsəsi dünya ictimaiyyətini Yaxın Şərqdəki xristianların taleyinə, onların qətl edilmələrinə biganəlikdə günahlandırmışdı.

XS
SM
MD
LG