Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:17

Cənubi amerikalıların 'Fatmagülün suçu nə?' sevgisi


Çilidə türk serialının reklam bilbordu
Çilidə türk serialının reklam bilbordu

«Türk serialının iki qəhrəmanı gecə vaxtı çimərlikdə oturub bir-birinin gözünə baxır. Bu anda Cənubi Amerikada milyonlarla izləyici nəfəs də almağa çəkinir, huş-guşla tamaşa edirlər. «Səni itirməkdən qorxuram», nəvazişlə danışan Kerim Fatmagülü qucaqlayıb saçını tumarlayır. «Qorxmağa səbəb yoxdur», deyən Fatmagül ehtirasla ona baxır və… öpüşürlər. Bu kadr Türkiyənin «Fatmagüluü suçu ne?» serialındandır».

«BBC.com»da Didem Tali yazır ki, ispan və portuqalcaya tərcümə olunmuş bu serial Cənubi Amerika son bir ildə rekord səviyyədə izlənir. Təkcə Argentinada 12 milyondan çox adam bu seriala baxır.

Buna da bax:​ Türk serialları Latın Amerikasını "işğal edib"

Türk serialları ümumilikdə Cənubi Amerikada çox sevilir. «1001 gecə» serialı 2014-cü ildə Çilidə ən çox baxılan proqram olmuşdu. Müəllif bunun səbəbini araşdırmağa çalışır.

Təkcə Argentinada 12 milyondan çox adam bu seriala baxır.

KLİŞELƏRDƏN UZAQ

42 yaşlı çilili Marcela Mera paytaxt Santiaqoda yaşayır, türk seriallarının pərəstişkarıdır. Deyir ki, onu türk filmlərində cəlb edən köhnə dəb romantikadır, Hollivud filmlərindəki aşırı seksuallaşdırma yoxdur. Bu səbəbdən ABŞ deyil, türk seriallarına üstünlük verir.

«Türkiyə uzaq olsa da, mədəniyyətlərimizdə oxşarlıq görürəm. Həm də yüksək keyfiyyətli istehsaldır, Hollivud klişelərindən, stereotiplərindən uzaqdır. Bu dramalara baxanda anladım ki, Amerika televiziyasındakı zorakılıq və seksdən çox yorulmuşam», o danışır.

«Bu dramalara baxanda anladım ki, Amerika televiziyasındakı zorakılıq və seksdən çox yorulmuşam»

Perunun paytaxtı Limada isə 23 yaşlı universitet tələbəsi Ivette Sanchez türk serialı həvəskarıdır. O, ssenaridən məmnundur, aktyorların yaraşıqlı olmasını vurğulayır.

Ötən il Türkiyə serialların satışından 250 milyon dollar qazanıb. 2014-cü ildə bu rəqəm cəmi-cümlətani 10 min dollar idi.

Hazırda dünyanın 140 ölkəsində 400 milyondan çox adam türk seriallarını izləyir.

Buna da bax:​ Sultan Süleymanın Rusiya səfəri başlayır

2023-CÜ İLƏDƏK 1 MİLYARD

Türkiyə İxracatçılar Assambleyasının (TEA) baş katibi Bader Arslan 2023-cü ilədək yerli TV məhsulları ixracının 1 milyarda çatacağına ümid edir. Müqayisə üçün, Böyük Britaniya TV proqramlarının satışından 2014-2015-ci illərdə 1,6 milyard dollar (1.2 milyard funt sterlinq) qazanıb.

Ötən il Türkiyə serialların satışından 250 milyon dollar qazanıb.

Türkiyə TV və Sinema Prodüserləri Gildiyasının prezidenti Burhan Gun deyir ki, əsas sifarişin Cənubi Amerikadan gəlməsinin öz səbəbləri var. Birincisi, türklər cənubi amerikalılarla oxşardırlar. «Bundan başqa, Türkiyə multikultural ölkədir və müxtəlif etnik mənsubiyyətli aktyorlar var», o, sözlərinə əlavə edir. Digər tərəfdən, onun sözlərinə görə, türk serialları Cənubi Amerika və dünyanın başqa yerlərində baş verən sosial dəyişiklikləri araşdırır. «Məsələn, kənd yerlərindən şəhərlərə miqrasiya və urbanizasiya problemləri əksər türk şoularının mövzusudur».

Böyük Britaniyanın Sheffield Universitetində jurnalistikadan dərs deyən, Türkiyə mədəniyyətə barədə bir neçə akademik məqalə müəllifi Omar Al-Ghazzi türk seriallarının «cazibədar müasirlik»dən söz açmasına diqqət çəkir: «Onlar çoxlarına çatımlı olan rahat orta sinif həyatını vəsf edirlər, bu, mədəniyyət baxımından da çoxunu cəlb edir».

Erdoğan «Muhteşem Yuzyil» serialında Osmanlı sultanının içki və qadın düşkünü kimi təqdimatından narazı qalmışdı.

PREZİDENT VƏ SERİALLAR

Müəllif qeyd edir ki, türk seriallarının bu uğuru Prezident Recep Tayyip Erdoğan-ın ürəyincədir, axı onlar ölkənin beynəlxalq imicini gücləndirir. Amma bu sənaye sahəsi tamamilə müstəqil, hökumət dəstəyindən asılı olmadığını bəyan edir.

Buna da bax:​ «Mühteşem yüzyıl» yetim qaldı…

Düzdür, bəzi kino şirkətləri zaman-zaman prezidentin tənqidinə də məruz qalıb. Məsələn, Erdoğan 2012-ci ildə «Muhteşem Yuzyil» serialında Osmanlı sultanının içki və qadın düşkünü kimi təqdimatından narazı qalmışdı.

«Peruda isə bir nəfər mənə deyirdi ki, din və mədəniyyət müxtəlifliyinə baxmayaraq, iki ölkənin ailə dəyərləri çox oxşardır»

Çilidə yaşayan 28 yaşlı türk biznesmen Alper Akosman isə türk seriallarının populyarlıq qazanması sayəsində çilililərin indi onun ölkəsiylə maraqlandığını vurğulayır. Elə bu yaxınlarda türk seriallarına həsr olunmuş xeyriyyə tədbiri də təşkil olunub: «Adamlar məndən soruşurdular ki, aktyorlarla əlaqə yaratmağın yolu varmı, onlara ismarışlarını çatdıra bilərəmmi».

«Peruda isə bir nəfər mənə deyirdi ki, din və mədəniyyət müxtəlifliyinə baxmayaraq, iki ölkənin ailə dəyərləri çox oxşardır», Türkiyə İxracatçılar Assambleyasının (TEA) baş katibi Bader Arslan vurğulayır. O, fevralda Prezident Erdogan-ı Çili, Peru və Ekvador səfərində müşayiət edib.

Həmçinin baxın: AzadlıqRadiosu Youtube Kanalında izləyin:

XS
SM
MD
LG