Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:55

Çin COVID qadağalarını yumşaldır, amma...


Şanxayda etirazlar, 30 noyabr, 2022-ci il
Şanxayda etirazlar, 30 noyabr, 2022-ci il

Çinin bir sıra şəhərlərində, o cümlədən paytaxt Pekində COVID pandemiyası ilə bağlı qadağalar yumşaldılır. Amma rəsmilər “sıfır- COVID” siyasətinin rəsmən nə vaxt bitəcəyini açıqlamırlar.

Azı 17 böyük şəhərdə ictimai nəqliyyata neqativ virus statusu haqda sənəd göstərmədən minmək mümkündür. Sənaye mərkəzləri, bizneslər, marketlər də yenidən açılır.

“AP” yoluxmalar qeydə alınan ərazilərdə məhdudiyyətlərin qüvvədə qaldığını yazır.

Çinin sərt antivirus siyasəti son günlər kütləvi etirazlara səbəb olub. Vətəndaşlar Prezident Si Cinpinin istefasını tələb edirdilər.

“Çin sürətli acılıma hazır deyil”

Hökumət ötən həftə elan edib ki, sayı milyonlarla ölçülən 70-80 yaşlı əhali vaksinasiya olunacaq, bu isə “sıfır- COVID” siyasətinin bitməsi üçün şərtdir.

Sözügedən siyasət turistlərin Çinə girişini əngəlləyib, emal və qlobal ticarət pozulub.

Səhiyyə ekspertləri və iqtisadçılar xəbərdarlıq edirlər ki, bu siyasət yalnız gəlin ilin ortasına, hətta ola bilsin, 2024-cü ildə bitə bilər. O zamana vaksinasiya göstəriciləri yüksəlməli, xəstəxanalar yoluxmalarda mümkün kəskin artıma hazır olmalıdırlar.

“Çin hələlik, sürətli yenidən acılıma hazır deyil. Məhdudlaşdırma tədbirlərinin qalacağını gözləyirik... Hospitalizasiya halları artacağı halda, qadağalar də dinamik olaraq sərtləşdirilə bilər”, – “Morgan Stanley” iqtisadçıları bu gün – dekabrın 5-də bildiriblər.

Son dəyişikliklərin ictimai qəzəbi azaltmaq üçün açıqlandığı güman edilir. Ancaq Şanxay və digər şəhərlərdə etirazlara cavab olaraq hansısa tədbirlərin görüldüyü bəlli deyil.

Ölü sayı

Çinin yoluxmaların kökünü kəsməyə çalışdığı bir dönəmdə ABŞ və digər ölkələr məhdudiyyətləri yumşaldır, virusla birlikdə yaşamağa cəhd edirlər.

Koronavirus pandemiyası dünyada azı 6.6 milyon nəfərin ölümünə səbəb olub. Ümumilikdə 650 milyona yaxın yoluxma aşkarlanıb.

Bazar ertəsi hökumət 30 min yeni yoluxmanın aşkarlandığını, onların 25 mindən çoxunun simptomsuz olduğunu bildirib. Ötən həftə gündəlik yoluxma sayı 40 minə çatmışdı.

Çində indiyədək bu virusdan 16 min, ABŞ-da isə 1.1 milyon nəfər vəfat edib.

XS
SM
MD
LG