Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:43

Tərtər ağır silahlardan atəşə tutulur - MN


Vurulmuş erməni dronu (Arxiv)
Vurulmuş erməni dronu (Arxiv)

-

Mayın 13-də saat 18.20 radələrindən etibarən Ermənistan silahlı bölmələri tərəfindən Tərtər rayonunun Qazyan kəndinin ərazisi 120 millimetrlik minaatanlardan atəşə tutulmağa başlayıb.

Bu barədə məlumat yayan Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, "Silahlı Qüvvələrimizin bölmələri tərəfindən əməliyyat şəraitinə uyğun tədbirlər həyata keçirilir, düşmənin atəş nöqtələrinə cavab zərbələri endirilir.

Bu cür təxribatların nəticəsi olaraq gələcəkdə baş verə biləcək hadisələrə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür."

2 dron...

“Silahlı Qüvvələrimizin sərəncamında olan bütün məxsus pilotsuz uçuş aparatları yerindədir ”.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında belə deyilir.

*Cəbhədən yeni çəkilmiş video və reportajlar Youtube Kanalımızda olacaq. Abunə olun, xəbəriniz olsun

Nazirlik Ermənistan mətbuatında Azərbaycana məxsus pilotsuz uçuş aparatının vurulmasına dair yer alan fikirləri təkzib edib.

“Bu cür məlumatlar yaymaqla fikri həqiqətdən yayındırmaq istəyirlər. Mayın 13-də cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” tipli PUA bölmələrimiz tərəfindən xüsusi üsulla endirilib. Mayın 13-də erməni tərəfinə məxsus 2 ədəd PUA vurulub” - deyə nazirliyin məlumatında bildirilir.

____________________________________________________________

Bunlara da bax:
Muradbulaqda məktəb – yük vaqonu
Hafiz Məmmədov: «Mənə zərbəni Eldar Mahmudovun oyunları vurdu»

____________________________________________________________

Müdafiə Nazirliyi bu gün həmçinin xəbər vermişdi ki, dünən qoşunların təmas xəttində atışmada Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Rahil Ərəblinin həlak olub.

Aprelin 2-dən 5-nə qədər Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlərin getdiyi bildirilib. Bu zaman hər iki tərəfdən, azı, onlarla əsgərin həlak olduğu qeyd edilir. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

Buna da bax: "Azərbaycan Dağlıq Qarabağı qısa müddətə tam azad etmək iqtidarındadır"

"Azərbaycan Dağlıq Qarabağı qısa müddətə tam azad etmək iqtidarındadır"
Gözlə

No media source currently available

0:00 0:08:35 0:00

DİNLƏ: Günün əsas hadisələri AzadlıqRadiosunun radio proqramında (13 may)

Britaniyada mülk sahibləri adlarını açıqlamalı olacaqlar
Gənc fəalların həbsinə beynəlxalq reaksiyalar

BAX: Günün əsas hadisələri AzadlıqRadiosunun TV proqramında (13 may)

Vergilər Naziri olsaydın nə qərarlar verərdin?

XS
SM
MD
LG