Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 03:52

Dünya Səhiyyə Təşkilatı Sputnik V vaksininin təsdiqini dayandırır


Spuntik V vaksini
Spuntik V vaksini

DST bildirib ki, onun bu qərarı Sputnik V vaksininin istehsalat pozuntuları ilə bağlıdır

Dünya Səhiyyə Təşkilatı (DST) bəyan edib ki, Rusiyanın Sputnik V anti-COVID vaksininin təsdiqlənmə prosesini dayandırır.

DST bildirib ki, onun bu qərarı Sputnik V vaksininin istehsalat pozuntuları ilə bağlıdır.

Bu pozuntular təşkilatın bu ilin əvvəllərində Rusiyada apardığı yoxlama zamanı aşkar edilib.

DST-nin Amerika materiki üzrə qolu Pan Amerika Səhiyyə Təşkilatının direktor müavini Carbas Barbosa sentyabrın 15-də deyib ki, Sputnik V-dən təcili hallarda istifadəyə icazə verilməsi üçün Rusiyada vaksinin istehsal olunduğu zavodlardan birində yeni yoxlama aparılmalıdır.

Barbosa əlavə edib ki, zavod tövsiyələri nəzərə almalı, zəruri dəyişikliklər etməli və yeni təftişlərə hazır olmalıdır.

Rəsminin sözlərinə görə DST Rusiyadan vaksin istehsal edən zavodun normalara uyğun olduğuna dair bildiriş gözləyir.

Nə dünyada, nə də Avropada təsdiq edilməsə də…

Ötən iyunda DST məlumat vermişdi ki, Rusiyanın Pharmstandard əczaçılıq şirkıətinin Ufa şəhərində yerləşən zavodlarından birində çoxsaylı qüsurlar aşkar edilib.

Bunlardan biri də kütləvi zəhərlənmənin qarşısını alacaq adekvat tədbirlərin keçirilməməsi idi.

Zavod daha sonralar bu qüsurun aradan qaldırıldığını bildirmişdi.

Rusiya fevral ayında özününü Sputnik V vaksininin təsdiqi üçün həm DST-yə, həm də Avropa Tibb Agentliyinə müraciət etmişdi.

Bundan əvvəl nüfuzlu Lancet tibb jurnalında Sputnik V vaksinin 91.6 faiz effektiv olmasına dair ekspert hesabatı dərc olunmuşdu.

Sputnik V nə dünyada, nə də Avropa İttifaqında rəsmən təsdiq olunmamasına baxmayaraq, ondan bir neçə ölkələrdə istifadə olunur.

XS
SM
MD
LG