Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:05

Ekspert: 'Eldar Mahmudovu həbs eləmək prokurorluğun marağındadır'


MTN işində Hacı Məmmədov izi?
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

MTN işində Hacı Məmmədov izi? [A-Live]

Keçmiş MTN-çilərin məhkəməsində nə baş verir? Düyün açılırmı?

“Turan” agentliyi yazır ki, keçmiş nazir Eldar Mahmudov da dindirilib. AzadlıqRadiosu-na danışan şərhçilər, bu məhkəmə işini, həm də 2005-ci ildə keçirilmiş “Qara kəmər” əməliyyatına bağlayırlar.

Eldar Mahmudovu, noyabrın 4-də Ağır Cinayətlər üzrə İstintaq İdarəsində dindiriblər. Buna qədər keçmiş nazirin köməkçisi olmuş Vüqar Mahmudov mənimsəmə və səlahiyyətdən sui-istifadədə ittiham olunaraq 4 aylıq həbs edilib. Baş prokurorluqdan bildiriblər ki, E.Mahmudov elə bu məsələ ilə bağlı Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağrılıb.

Buna da bax: MTN-in keçmiş şefinin istintaqa çağrılıb

Bundan əvvəl, MTN-çilərin məhkəməsini şərh edən tənqidçilər sual qaldırırdılar ki, necə olur ki, idarənin sadə əməkdaşları həbs olunurlar, məhkəməyə çıxarırlar, amma qərar verənlər azadlıqda gəzir?

Vəkil Aslan İsmayılov deyir ki, məntiq axtarmağa dəyməz, proses ədalətli keçirilmir:

Aslan İsmayılov
Aslan İsmayılov

"MTN işi ilə bağlı baş verənlər məntiqə sığmır. Yarımhamiləlik olmur. Ya bu cinayət işi açılmalıdır, ya da açılmamalıdır. Bu cinayət işinin açılması üçün tək Eldar Mahmudov deyil, bu cinayətlərdə kimin əli olubsa, hamısı həbs olunmalıdır".

Buna da bax: Akif Çovdarova 12 il həbs cəzası verildi [yenilənib]

"Femida 007" qəzetinin baş redaktoru Eyyub Kərimov deyir ki, Eldar Mahmudovu həbs eləmək prokurorluğun marağındadır. O, 12 il əvvəl baş vermiş, “Qara kəmər” əməliyyatını xatırladır. 2005-ci ildə keçirilmiş əməliyyat nəticəsində, DİN-in Cinayət Axtarış Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Hacı Məmmədov və dəstənin üzvləri həbs olunmuşdu.

Eyyub Kərimov deyir ki, həmin əməliyyat nəticəsində, MTN təkcə Daxili İşlər nazirliyinə qarşı yox, həm də Baş prokurorluğa qarşı dosye toplayıb. Beləliklə, Eldar Mahmudovun əlində, tutularsa, Baş prokurorluğa qarşı açıqlaya biləcəyi məlumatlar ola bilər.

Buna da bax: “Cənnət sənədləri” açıqlanıb [yenilənib]

Eyyub Kərimov
Eyyub Kərimov

Baş Prokurorluqdan deyilənlərlə bağlı mövqe öyrənə bilmədik, mətbuat xidmətindən sualları sona qədər dinləmədən dəstəyi asdılar.

Aslan İsmayılov isə deyir ki, keçmiş MTN-iləri mühakimə etmək üçün parlamentin qərarı ilə xüsusi məhkəmələr yaradılmalıdır.

Hakimiyyətin siyasi kursunu müdafiə edən deputat Zahid Oruc deyir ki, o, məhkəmə və prokurorluq orqanlarının işinə şübhə salmır, onların hüquq çərçivəsində fəaliyyət göstərmədiyini düşünmür. Bununla belə, Zahid Oruc xatırladır ki, indiki halda maraq konfliktləri mövcuddur:

"Bu yöndə daha qərəzsiz, obyektiv araşdırmalara çox ciddi ehtiyac var. Bu, bizim hüquq sistemimiz və məhkəməmizin cəmiyyət qarşısında olan öhdəliyidir və o biri yandan onlara olan güvənci daha da artırardı. Və cənab prezident Şəkidə bu haqda danışarkən hər kəsi bu yöndə daha da məsuliyyətli olmağa dəvət edib".

Buna da bax: Azərbaycan rəsmiləri - kimlər kimlərlə qohum olub?

Zahid Oruc bildirir ki, bu barədə o, bir müddət əvvəl Milli Məclisdə məsələ də qaldırıb.

Bakı sakinləri də bu müzakirədə iştirak edir. Onlardan soruşmuşuq ki, hansı hüquq-mühafizə orqanına daha çox etibar edirlər.

Hansı hüquq-mühafizə orqanına daha çox inanırsız?
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

Buna da bax: MTN polkovniki: '579 adam tutmuşam, amma heç birinin evində... '

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Onlara qarşı mənimsəmə və ya israf etmə, qanunsuz azadlıqdan məhrumetmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və daha bir neçə ittiham irəli sürülüb.

İttiham olunan zabitlərin əksəriyyəti, məhkəmədə bu ittihamları rədd ediblər. Eldar Mahmudov özü və yaxınları indiyə qədər məhkəmə ilə bağlı hansısa mövqe ifadə etməyiblər.

Buna da bax: Akif Çovdarov: 'Nəzərə almamışdılar ki, mən zəif adam deyiləm'

Məhkəmələr onların obyektivliyi ilə bağlı deyilənlərə münasibət bildirməyiblər, amma İyulun 10-da məhkəmə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və nazirliyin Baş İstintaq İdarəsinin rəisi olmuş general Mövlan Şıxəliyevin barəsində cinayət işinin başlanması barədə xüsusi qərar çıxarıb, prokurorluğa göndərib.

XS
SM
MD
LG