Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:21

Erdoğandan Zelenskiyə vasitəçilik təklifi və dron sazişi


Türkiyə prezidenti Recep Tayyip Erdğan və Ukrayna lideri Volodimir Zelenski fevralın 3-də, Kiyevdə
Türkiyə prezidenti Recep Tayyip Erdğan və Ukrayna lideri Volodimir Zelenski fevralın 3-də, Kiyevdə

Ukrayna prezidenti Volodimir Zelenski fevralın 3-də ölkəsinə səfərdə olan Türkiyə prezidenti Recep Tayyip Erdğanın Kiyev və Moskva arasında vasitəçilik təklifini alqışladığını bildirib.

Erdoğan bildirib ki, o bu böhranın sülhlə başa çatması üçün əlindən gələni etməyə hazırdır.

Reuters yazır ki, Moskvanı o qədər də məmnun etməyəcəyi gözlənilən bu təkliflə yanaşı Zelenski habelə Ankara və Kiyev arasında Türkiyə dronlarının Ukraynada istehsalına dair əldə olunmuş razılaşmanı elan edib.

Bundan əvvəl Ukrayna Türkiyə zərbə dronlarından artıq separatçı Donbasda istifadə edib.

Qara dəniz üzərindən qonşu olan Türkiyə və Ukrayna arasında iki ölkənin ticarət dövriyyəsini qarşıdan gələn 5 ildə hazırkı 7 milyard dollardan 10 milyard dollara çatdıracaq bir sıra razılaşmalar imzalanıb.

Dron əməkdaşlığı

Zelenski bu barədə deyib:

"Mən Ukrayna və Rusiya arasında müharibənin dayandırılması üçün vasitəçilik təklifinə görə prezident Erdoğana təşəkkürümü bildirmək istərdim”.

Reuters bildirir ki, iki prezident Rusiyaya dair müzakirələrinin detallarını açıqlamayıblar və suallara cavab verməyiblər.

Ukraynanın müdafiə naziri Oleksi Reznikov Reuters agentliyinə deyib ki, dron sazişi Türkiyə nümayəndələrinin Ukraynada pilotsuz təyyarələrin istehsalı üçün zavod tikməsinıə əlverilşli şərait yaradacaq və Ukrayanaya özünün dron donanmasını yaratmaqda kömnək edəcək.

Ukrayna ötən okrtyabrda separatçıların mövqelərinə Bayraktar TB2 dronu ilə zərbə endirdikdən sonra Moskva Kiyevi destruktibv davranışda ittiham etmişdi.

Erdoğandan əvvəl Kiyevə NATO üzvü olan başqa ölkələrin - Niderlandın, Polşa və Britaniyanın rəhbərləri də səfər ediblər.

Reuters yazır ki, bu səfərlər daha çox Ukrayna ilə həmrəylik nümayiş etdirmək məqsədi güdür.

Yerevandan İstanbula uçan erməni sərnişinlər danışdı
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

Krım da daxil...

Türkiyə həm Kiyev, həm də Moskva ilə yaxşı münasibətlərə malikdir, amma Ankara bildirib ki, Rusiya Ukraynaya müdaxilə etsə, Türkiyə NATO kimi öndan tələb olunanı edəcək.

Erdoğan bu səfəri zamanı deyib:

"Bizim səfərimiz çox həssas vaxta təsadüf edir. Mən bəyan etmək istəyirəm ki, biz, Krım da daxil Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirik”.

Rusiya Ukraynaya müdaxiləyə hazırlaşdığına dair Qərbin iddialarını təkzib edir. Lakin buna baxmayaraq Moskva Qərbdən Ukraynanın NATO üzvü olmayacağına dair öhdəlik də daxil olmaqla bir çox təhlükəsizlik qarantiyaları tələb edir.

NATO və ABŞ Rusiyanın Ukraynanın alyansa mümkün üzvlüyü və digər tələblərinin əksəriyətini rədd ediblər.

Türkiyənin diplomatik mənbələri Reuters agentliyinə deyiblər ki, Rusiya və Ukrayna Ankaranın vasitəçilik təklifinə açıqdırlar.

Türkiyə bu qarşıdurmada NATO üzvü kimi davranacağını bildirsə də, Rusiyanın Ukraynaya müdaxiləsi təqdirində Moskvaya qarşı sanksiyaları dəstəkləmədiyini bildirib.

XS
SM
MD
LG