Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:25

Ermənistan Azərbaycanı Beynəlxalq Cinayət Məhkəməsinə verib


Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi
Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi

Ermənistanın iddiasında deyilir ki, “Azərbaycan onilliklər ərzində erməniləri etnik diskriminasiyaya məruz qoyub”

Ermənistan BMT-nin ən yüksək məhkəmə instansiyasına ünvanladığı iddiada Azərbaycanı Dağlıq Qarabağda son müharibə də daxil, “onilliklərdir Ermənistan vətəndaşlarına və etnik ermənilərə qarşı insan haqları pozuntularında” ittiham edib.

Ermənistanın iddiasında deyilir ki, “Azərbaycan onilliklər ərzində dövlət səviyyəsində yürüdülən erməni nifrəti siyasəti” ilə “erməniləri etnik diskriminasiyaya məruz qoyub”.

Bu barədə məlumatı sentyabrın 16-da Haaqada mənzillənmiş Beynəlxalq Cinayət Məhkəməsi (BCM) yayıb.

Məhkəmənin məlumatında deyilir ki, Yerevanın ittihamına görə “ermənilər, sistematik diskriminasiyaya, kütləvi qırğınlara, işgəncə və başqa insan haqları pozuntularına məruz qalmalı olublar”.

Məlumatda qeyd olunur ki, Ermənistan bu insan haqları pozuntularının, “vətəndaşlığından asılı olmayaraq bütün erməni millətindən olanlara” tətbiq olunduğunu iddia edir.

Ermənistan habelə iddia edir ki, “bütün bu hərəkətlər Azərbaycanın 2020-ci ilin sentyabrında Dağlıq Qarabağa və Ermənistana qarşı təcavüzündə bir daha təzahür edib”.

Azərbaycan əks-iddia qaldıracaq

Yerevan bunu da iddia edir ki, sözü gedən münaqişə zamanı Azərbaycan İrqi Diskriminasiyanın Bütün Formalarına qarşı Beynəlxalq Konvensiyanı kobud şəkildə pozub.

Ermənistanın iddiasına görə “Azərbaycan 2020-ci il 10 noyabr atəşkəsinin ardınca da erməni hərbi əsirlərə, girovlara və saxlananlara qarşı qətl, işgəncə və başqa bəd əməlləri davam etdirib”.

Yerevan bildirib ki, Ermənistanın Azərbaycanın sözü gedən Konvensiyanı pozmasına son qoyulması üçün bütün cəhdləri boşa çıxıb.

Ermənistan BCM-i “son dərəcə təcili bu məsələ” üzrə “keçid tədbiri” görməyə, “Ermənistanın və ermənilərin hüquqlarının qorunub saxlanmasına və iddialar sübut olunanadək bu mübahisənin pisləşməsinin və uzanmasının qarşısını almağa” çağırıb.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Azərbaycan dövləti özünü qətiyyətli bir şəkildə müdafiə edəcək və Ermənistana qarşı onun iddiasında adı çəkilən pozuntular üzrə əks-iddia qaldıracaq.

XS
SM
MD
LG