Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:04

Ermənistanda itirilən ərzailəri "səhralıq" sayırlar


-

Bu günlərdə Ermənistanın hakim Respublikaçılar Partiyasının parlament fraksiyasının rəhbəri Vahram Baghdasaryan çoxlu sayda kameranın qarşısında deyib ki, Qarabağda itirilmiş 800 hektar ərazi "heç bir strateji əhəmiyyətə malik deyil və əkin üçün yararsız, səhralıq ərazidir."

Ermənistan Milli Məclisinin rəhbəri Galust Saakyan isə deyir ki, jurnalistlər Baghdasaryanın sözlərini yanlış anlayıblar.

"Düşünürəm ki, onun sözləri səhb anlaşılıb. Təbii ki, bizim üçün torpaq itirmək ağırdır və Baghdasaryan məhz bu aspektdə danışıb," deyə Saakyan bildirib.

Bundan əvvəl Ermənistan prezidenti Serzh Sargsyan Vyana görüşündən qayıdarkən təyyarədə jurnalistlərə müsahibə verərkən Erməistan tərəfinin itirdiyi 800 hektar ərazidən danışarkən belə demişdi: "Bu 800 hektara görə daha 35-40, yaxud 80 vətənpərvər oğlanı qurban verməyə dəyərdimi? Onlar hələ bizə lazım olacaqlar"

Həmin müsahibədən sonra fraksiya sədri Vahram Baghasaryan bu mövqeyi müdafiə edərək bildirmişdi ki, ərazilərə görə yeni qurbanlar verməyə dəyməz.

Azərbaycan Müdafiə Nazirliyi aprel döyüşləri zamanı işğaldan azad edilən ərazilərin heç də 800 hektar olmadığını bildirib. Rəqəmin bundan təxminən 3 dəfə böyük olduğunu deyib.

Buna da bax: "Azərbaycan Dağlıq Qarabağı qısa müddətə tam azad etmək iqtidarındadır"

"Azərbaycan Dağlıq Qarabağı qısa müddətə tam azad etmək iqtidarındadır"
Gözlə

No media source currently available

0:00 0:08:35 0:00

XS
SM
MD
LG