Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:21

Azərbaycan erməni ifaçının "Evrovision"dan qovulmasını istədi


Iveta Mukuchian
Iveta Mukuchian

►Separatçıların bayrağını qaldırdığına görə

Ermənistanın “Eurovision” mahnı müsabiqəsindən kənarlaşdırılması istənilir.

Bu haqda İctimai Televiziyanın ictimaiyyətlə əlaqələr departamenti xəbər verir.

Departament bildirilir ki, mayın 11-də İTV adından birinci yarımfinalında yol verdiyi bayraq təxribatına görə Ermənistanin müsabiqədən kənarlaşdırılması istənilib. Bununla bağlı müsabiqə rəhbərliyinə müraciət göndərilib.

İTV hesab edir ki, Ermənistan müsabiqə ilə bağlı beynəlxalq hüquqa zidd hərəkət etdiyindən sərt şəkildə cəzalandırılmalıdır.

“İTV rəhbərliyi Avropa Yayım Birliyindən və “Eurovision” Mahnı Müsabiqəsinin rəhbərliyindən tələb edib ki, Ermənistan nümayəndə heyəti beynəlxalq hüquqa zidd hərəkətə görə, sərt şəkildə cəzalandırılsın. Bu isə Ermənistanı təmsil edən İveta Mukuçyanın mahnı müsabiqəsindən kənarlaşdırılması şəkilində ola bilər” - deyə məlumatda vurğulanır.

Xarici İşlər Nazirliyi də Stokholmdakı yarımfinalda baş verən olayı pisləyib. “Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi “Eurovision” Təşkilat Komitəsinə çatdırılacaq ”, - nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə bildirib.

____________________________________________________________

Bunlara da bax:
İslam Partiyasının lideri edam edilib
Azərbaycanda milyonlarla insanın kasıblaşacağı gözlənir

____________________________________________________________

H. Hacıyev qeyd edib ki, belə bir addımın atılması “Eurovision” müsabiqəsinin təməl prinsiplərinə, onun ideyalarına tamamilə ziddir

Mayın 10-da Stokholm şəhərində Eurovision mahnı müsabiqəsinin yarımfinalı keçirilib. Yarışmada iştirak edən erməni ifaçı Dağlıq Qarabağ separatçılarının bayrağını qaldıraraq nümayiş etdirib.

Müsabiqə rəhbərliyi hələ yarışmadan bir neçə gün öncə bunun yasaq olduğunu elan etmişdi.

Mayın 10-da Stokholmda keçirilən yarımfinalda Rusiyadan Sergey Lazarev, eləcə də Azərbaycan və Ermənistan final mərhələsinə keçə biliblər.
Azərbaycan təmsilçisi Səmra Rəhimli «Miracle» mahnısı ilə finalda birinci hissədə çıxış edəcək.

Bayrağı niyə qaldırması haqda sualı cavablandıran ifaçə deyb ki, bu, sülh jestidir, "Ermənistan sülh istəyir". (Video)

XS
SM
MD
LG