Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:22

Həsən Həsənov: "Qız qalasını Azərbaycan xalqı tikib"


Həsən Həsənov “Qız qalasi”ndan kitab yazdı. AYB-də təqdimat
Həsən Həsənov “Qız qalasi”ndan kitab yazdı. AYB-də təqdimat

►Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Qız qalasından kitab yazdı.

400 səhifədən ibarət kitabda Bakının yaranma tarixi və Qız qalası haqqında geniş məlumatlar var.

Rus dilində nəşr olunmuş "Qız qalası" ("Девичья башня") kitabının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan kitabxanalara hədiyyə edilməsi mərasimi sentyabrın 29-da Azərbaycan Yazıçılar Birliyində (AYB) keçirildi.

AYB-nin sədri Anar kitabın çapını Azərbaycan tarixi və mədəniyyəti üçün əlamətdar hadisə kimi dəyərləndirib. Onun fikrincə, kitabda Qız qalası haqqında fundamental araşdırma aparılıb və sonda ciddi mənbələrə söykənən sanbalı bir əsər ortaya qoyulub. Təqdimat mərasimində müəllif kitabın yaranması ilə bağlı düşüncələrini bölüşüb, istifadə etdiyi mənbələrdən, Qız qalasının tarixindən danışıb.

Buna da bax: Seyran Ohanyan Qarabağa gedib

İndiyədək tarixi mənbələrdə Qız qalasının çox hallarda XII əsrə aid edildiyini, türk əsilli Azərbaycan xalqına dəxli olmadığının göstərildiyini diqqətə çatdıran Həsən Həsənov qeyd edib ki, kitabın əsas məqsədi Qız qalasının ancaq Azərbaycan xalqı tərəfindən tikildiyini aşkara çıxarmaq və bu xalqın hansı dilə və dinə mənsub olduğunu ortaya qoymaqdan ibarətdir.

Müəllif əvvəlki mənbələrdə göstərilən fikirlərin yanlış olduğunu bildirib və Qız qalasnın eramızdan əvvəl VIII əsrdə tikildiyini vurğulayıb.

Onun fikrincə, belə bir qənaətə gəlməyə arxeoloji əsaslar var.

Tədbirdə kitabın Azərbaycan dilində çap ediləcəyi də diqqətə çatdırılıb.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sifarişi ilə nəşr edilən kitabın elmi redaktoru mərhum akademik Rasim Əfəndidir.

XS
SM
MD
LG