Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:16

Polisi heyrətləndirən hind musiqiçi


►“Düzdür, bundan əvvəlki sərgidə mallar daha ucuz idi. Bu, Azərbaycandakı bahalaşma ilə bağlıdır”

Aprel ayında keçirilən sərgidə qadın şərflərinin biri 50 qəpiyə satılırdı. İndi cütünü 3 manata satırlar. Satıcı tutarlı cavab tapmayıb səbəb kimi ölkədəki bahalaşmanı göstərir

... Ətrafdakıları cəlb eləmək üçün əlindəki çubuqları var gücü ilə təbilinə vurur, arada da oxuyur. Günəş əynindəki zərli paltarını par-par parıldadır. Bəzilərini musiqi cəlb edir, gülümsünüb içəri keçirlər. Yaxınlıqdakı iki polis təəccüblə musiqiçiyə baxır. Polislərdən biri həmkarına deyir: “Bu kimdir, neyləyir burda? Birdən o fləşmobçulardan olar aaa.” Həmkarı tez onun sözünü kəsir: “Nə fləşmob. Rəisin xəbəri var. Hindlilərdir”...

Buna da bax: “Polis serjantı Muxtarı sandıqqarışıq yandırdım”

Camaat ən çox çay alır

Bu musiqinin sədaları altında AMAY Ticarət Mərkəzinin ikinci mərtəbəsində növbəti Hindistan sərgisi açıldı. Bundan əvvəl də olduğu kimi yenə sərgiyə gələnləri hind çayı qarşılayır. 250 qramı 10 manata satılır. Çay almaq istəyən qadınlardan biri satıcıya deyir ki, gözü köhnə qablaşdırmaya öyrəşib. Bu çayın əsl hind çay olmasına şübhə eləyir:

- Ay qızım, əsl “indiyski” çaydır?

- Əlbəttə, sərgini keçirənlər bilir ki, bizim camaat ən çox çay alır. Ona görə arxayın olun.

- Bəs, niyə qutusu belədir? Qabaqlar sarı kağızı olurdu, üstündə də filin üstündə oturmuş kişi.

- İndi belədir, ancaq çay təmiz çaydır.

Buna da bax: İranın qadın futbol millisinin 8 üzvü kişi çıxdı

Fillər onların dostudur

Hindistan sərgisi ola, fil olmaya? Hər yerdə filə aid nələrsə var. Fil açarlıqlar, üstündə fil təsviri olan örtüklər, kiçik, böyük suvenirlər. Ən kiçiyi 5 manat, ən böyüyü, bürüncdən olanı 300 manatdır. (Ardı aşağıda)

Devalvasiya izləri

Aprel ayında keçiriən sonuncu sərgidə qadın şərflərinin biri 50 qəpiyə satılırdı. İndi cütünü 3 manata satırlar. Satıcı tutarlı cavab tapmayıb səbəb kimi ölkədəki bahalaşmanı göstərir:

“Düzdür, bundan əvvəlki sərgidə mallar daha ucuz idi. Bu, Azərbaycandakı bahalaşma ilə bağlıdır”.

Sərgidə 6 manatdan 25 manata qədər köynəklər, paltarlar satılır. Ancaq bahalıları da var. 60 manata sari, 200 manata əl işi, nazik, rəngbərəng saplarla toxunan şərf, 150 manata paltar. İki qız paltara baxıb təəccübünü gizlətmir:

"150 manat olan paltara bax a. Onu görəsən kim alır?"

Satıcı onlara etiraz edir:

- Niyə, yəqin ki, alan olacaq. Düzdür hələ alan olmayıb, ona görə ki, sərgi bu gün açılıb.

- Xanım, siz o paltara 150 manat verərsiz?

- Əlbəttə, vermərəm. Çünki mənə burda dayandığıma görə verilən maaş 150 manatdır. Ancaq onun da öz alıcısı var.

Buna da bax: "Həzərat, bütün kommunal xidmətlər bahalaşacaq"

Xınalı naxışlar

Sərgidə əllərinin üstünə xınayla naxış vurduranlar da çoxdur. Naxış vuransa hindistanlı qızdr. Deyir ki, belə naxışlar Hindistanda, Pakistanda çox məşhurdur:

“Ancaq görürəm ki, burdakı qadınların da xoşuna gəlir”.

Sərginin yuxarı başında isə hindistanlı qızlar rəqs edir.

Sərgidə bəzək əşyaları, müxtəlif ölçüdə sandıqlar, mücrülər, ədviyyat satılır. Şahmat taxtasının kiçik ölçüdə olanı 100 manata, böyüyü 120 manatadır. Parıltılı qədəhlər, güldanlar 100-300 manat arasındadır. Bu, alıcıların diqqətini çəkir:

“Bu dəfə daha bahalı mallar gətiriblər”.

Sərgi oktyabrın 18-ə qədər davam edəcək.

XS
SM
MD
LG