Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:42

Davutoglu: "Rusiya ilə yaranmış gərginliyi müzakirə elədik"


İlham Əliyev və Ahmet Davutoglu
İlham Əliyev və Ahmet Davutoglu

İlham Əliyevlə Ahmet Davutoglu Suriya müharibəsi və noyabrın 24-də Rusiya təyyarəsinin vurulmasından sonra yaranmış vəziyyəti də müzakirə ediblər.

Bu barədə Ahmet Davutoglu görüşdən sonra keçirilən mətbuat konfransında məlumat verib.

Ilham Əliyev və Ahmet Davutoglu
Ilham Əliyev və Ahmet Davutoglu

O vəziyyət barədə Azərbaycan prezidentinə məlumat verdiyini deyib.

Davutoglu bildirib ki, dostumuz və qonşumuz olan Rusiyanın baş verənləri soyuqqanlılıqla dəyərləndirməsini gözləyirik.

O daha sonra bildirib ki, Rusiya Türkiyənin sərhədlərini dəfələrlə pozub və bu barədə beynəlxalq aləmə məlumat verilib.

Baş nazir Türkiyənin İran və Rusiyaya qarşı iqtisadi sanksiyalarda iştirak etmədiyini vurğulayıb: “Ancaq bu gün Türkiyənin heç bir günahı olmadığı bir hadisəyə görə Rusiyanın Türkiyəyə qarşı iqtisadi sanksiyaları təəccüblüdür”.

Ahmet Dabutoglu bir daha Rusiyanı yaranmış vəziyyəti Masa arxasında həll etməyə çağırıb, Baş nazir qeyd edib ki, Türkiyə onaqarşı əsassız ittihamları qəbul etməyəcək və sərhədlərinin pozulmasına yönəlmiş heç bir addıma imkan verməyəcək.

--

►Qaz layihəsi 2018-ci ildən də tez reallaşa bilər

Ticarət dövriyyəsini 5 milyard dollardan 15 milyard dollara çatdırmaq nəzərdə tutulur

Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev bilidirb ki, TANAP layihəsi 2018-ci ildə, bəlkə də daha tez istifadəyə veriləcək.

İlham Əliyev deyib ki, Azərbaycanın 2,6 trilyon kubmetr təsdiq edilmiş qaz ehtiyatları var, əsas ixrac yolu isə Türkiyə və Türkiyə vasitəsi ilə digər Avropa ölkələridir.

Ahmet Davudoğlu isə ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu bildirib.

O görüşdə TANAP layihəsinin 2018-ci ildə yox, daha tez istismara verilməsi barədə razılığa əldə edildiyini və nazirlərə müvafiq tapşırıqlar verildiyini bildirib.

Əvvəllər TANAP-ın 2020-ci iləcən işə düşəcəyi deyilirdi.

Davudoğlu deyib ki, Avropanın enerji təhlükəsizliyində Xəzərin ehtiyatları mühüm rol oynayır: “ Bakı-Tiflis-Qars dəmir yolu da Çindən Avropaya uzanan yolun onurğasını təşkil edir. Çinlə də bu barədə görüşlərimiz, müzakirələrimiz olub və Azərbaycan prezidentinin də Çinə səfərində də bu məsələ müzakirə ediləcək”.-deyə o vurğulayıb. (Ardı aşağıda)

İlham Əliyev Əhməd Davudoğlunu qəbul edib
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00

Buna da bax: Putin: "Rusiyanın öz ərzaqı olmalıdır"

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev dekabrın 3-də Türkiyənin baş naziri Əhməd Davudoğlunu qəbul edib.

Əvvəlcə təkbətək keçirilən görüş daha sonra

nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

İlham Əliyev deyib ki, baş nazir Ahmet Davudoğlunun seçkilərdən sonra ilk səfərini Azərbaycana eləməsi, Türkiyə-Azərbaycan münasibətləri və qardaşlığı göstərir.

Ahmet Davudoğlu isə bildirib ki, dünyada heç bir dövlət Türkiyə və Azərbaycan qədər yaxın deyil.

Putindən Türkiyəyə ittihamlar (Video)

Putin: "Allah Türkiyəni cəzalandırdı"
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

İlham Əliyevin Əhməd Davudoğlunu rəsmi qarşılama mərasimi

İlham Əliyev Əhməd Davudoğlunu qəbul edib
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00

XS
SM
MD
LG