Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 01:53

İran koronavirusa görə on minlərlə məhbusu evlərinə buraxıb


Bu yaxınlarda deputat seçilmiş Fatemeh Rahbarin dəfn mərasimi
Bu yaxınlarda deputat seçilmiş Fatemeh Rahbarin dəfn mərasimi

İran hakimiyyət orqanları ölkədə koronavirusun yayılması ilə bağlı 70 minədək məhbusu həbsxanalardan buraxıb. İranda son 24 saat ərzində daha 43 nəfər COVID19 xəstəliyindən ölüb.

Bu barədə məlumatı ölkə ədliyyəsinin rəhbəri Ebrahim Raisi verib.

O martın 9-da deyib ki, cəmiyyətin təhlükəsizliyinə xələl gətirməmək şərtilə bu proses davam etdiriləcək.

Buraxılan məhbusların həbsxanalara nə vaxt qayıtmalı olduqları barədə əlavə məlumat verilməyib.

Yoluxmalar və ölümlər artmaqda davam edir

Bu arada Səhiyyə Nazirliyinin sözçüsü Kianoush Jahanpour deyib ki, İran boyunca virusa yoluxanların sayı daha 595 nəfər artaraq 7161-ə çatıb.

İranda bu virusa yoluxmadan ölənlərin sayı 237-dir.

İran hakimiyyət orqanları ölkə boyunca məktəbləri və universitetləri bağlayıb, böyük idman yarışları və mədəniyyət tədbirləri ləğv olunub.

Bununla yanaşı yoluxmaların sayını məhdudlaşdırmaq məqsədilə iş saatları da azaldılıb.

Buna baxmayaraq ekspertlər İran hökumətinin yoluxma ilə bağlı məlumatları gizlətməsindən narahatdırlar.

Jahanpour-un dediyinə görə, Tehran 1945 yoluxma ilə koronavirusun ən çox yayıldığı region sayılır.

İkinci yerdə gedən Qum şəhərində 712 yoluxma qeydə alınıb.

İtaliyada 16 milyon insan karantində
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

İtaliyada və Rumıniyada

Dünya boyunca 110 min nəfərin yeni tipli koronavirusa yoluxduğu, 3800 nəfərin öldüyü məlumdur.

Bu arada Rumıniya İtaliyaya və oradan uçuşları azı iki həftə müddətinə dayandırıb.

Bundan əvvəl verilən xəbərlərə görə Rumıniyanın bütün fotbol liqalarının matçları tamaşaçısız stadionlarda keçiriləcək.

Rumıniyada İtalıyadan gəlmiş 15 nəfərdə koronavirus tapılıb. Orada 1, 3 milyon rumıniyalı əmək miqrantı var.

İtaliyada virusa yoluxanların sayı 7375-ə yüksəlib. Bunlardan 366 nəfərin vəfat etdiyi bildilir. Bu, xəstəliyin qaynaqlandığı Çindən sonra ikinci göstərəcidir.

XS
SM
MD
LG