Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:00

Karantinin yumşaldılması yaxşıdır, yoxsa pis?


Bakıda karantin dövrü, SMS-lə küçəyə çıxma, Bakı, 6 aprel 2020
Bakıda karantin dövrü, SMS-lə küçəyə çıxma, Bakı, 6 aprel 2020

Mayın 18-dən Azərbaycanda xüsusi karantin rejiminin bir qədər də yumşaldlması gözlənilir. Operativ qərarhagın mayn 15-də yaydığı məlumata görə, həmin tarixdən Bakı və başqa iri şəhərlərdə SMS-lə icazə almaq sistemi ləğv ediləcək. Üstəlik, 65 yaşından yuxarı insanların evdən çıxmasına qadağa götürüləcək.

"Bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülür. Restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla)",dəyə açıqlamada yazılmışdı.

Görəsən karantin rejiminin bu qədər yumşaldılması koronavirusun yayılmasının nəzarətdən çıxmasına səbəb olmaz ki?

Hökumət işsizlərə, sahibkarlara yardımları( iki aylıq edilir.Hökumət ümumilkdə 3,5 milyard manatlıq paket elan edib) bir ay da uzadıb, həmin müddətdə xüsusi karantin rejimini daha sərt formada saxlaya bilərdimi?

“Əksər ölkələr rejimin yumşaldılmasına doğru gedirlər”

Adil Qeybulla, 11 may 2010
Adil Qeybulla, 11 may 2010

Tibb sahəsi üzrə professor Adil Qeybulla Azadlıq Radiosuna deyib ki, xüsusi karantin reiminin yumşaldılması sosial həyatın fəallaşdırlmasına xidmət edir və bu baxımdan qərar düzgündür:

 “Bu artıq, bütün dünyada tendensiyaya çevrilir. Bu məsələyə fərqli baxan dövlətlər də var, amma əksər ölkələr rejimin yumşaldılmasına doğru gedirlər. İnfeksiyanın ilkin yayıdlığı Çinin Uhan şəhərində hazırda sosial həyat xeyli fəallaşıb”.

“Bu artıq, bütün dünyada tendensiyaya çevrilir. Bu məsələyə fərqli baxan dövlətlər də var, amma əksər ölkələr rejimin yumşaldılmasına doğru gedirlər. İnfeksiyanın ilkin yayıdlığı Çinin Uhan şəhərində hazırda sosial həyat xeyli fəallaşıb”.

“Karantin qaydası dəyişir, davranışı yox”

Professor bu qərarın koronavirusa yoluxanların sayının artıracağı ilə bağlı ehtimallara cavab olaraq isə bunları deyib:

“Bizdə də karantin qaydaları yumşaldılır, sosial həyat fəallaşır, mayın 18-dən sonra tamamilə yumşaldılacaq. Amma burada bir məsələ var ki, karantin qaydalarının dəyişməsi, heç də karantin davranışılarının dəyişməsi demək deyil. Odur ki, karantin davranışlarına, yəni, sosial məsafnin gözlənilməsinə, maskadan istifadəyə, sanitar-gigiyena qaydalarına, ətraf aləmin dezinfeksiyasına əməl olunmalıdır. Bunların olmaması isə infeksiyanın yayılması, daha çox itkilər demək olar”.

Professoru hesab edir ki, havaların getdikcə istiləşməsi fonunda rejimin sərtləşdirilməsi o qədər də mümkün görünmür. Onun fikricə, geridə qalan təcrübə göstərdi ki, uzun zaman sərbəst olmuş insanlar evdə qalmağa o qədər də meylli olmurlar. A.Qeybulla vurğulayıb ki, insanlar proflaktik baxımdan deyilənlərə diqqətli olsalar elə də ciddi problem olmaz.

“İnsanlar işləməlidirlər”

Vahid Əhmədov, 13 aprel 2012
Vahid Əhmədov, 13 aprel 2012

Deputat Vahid Əhmədov da bu düşüncədədir ki, karantin rejiminin yumşaldılması ilə bağlı addım təsadüfi atılmayıb və böyük əhəmiyyət kəsb edir.

Vahid Əhmıədov “ Turan” agentliyinə açıqlamasında vurğulayıb ki, bir tərəfdən iqtisadi vəziyyətin ağırlaşmaması, əlavə vəsait xərcləməmək üçün insanlar işləməlidirlər. Onun deməsinə görə, başqa tərəfdən insanların uzun müddət qapalı əziyyətdə qalmaları da təqdirə layiq hal deyil:

“Odur ki, bu addımı düzgün sayıram. Amma onunla bərabər, iri ticarət mərkəzlərinin fəaliyyəti saxlanıldı, toy və yas mərasimlərinin keçirirlməsinə, yəni çoxsaylı insanların bir məkana toplanması ilə bağlı qadağalar qüvvədə qaldı”

V.Əhmədov hesab edir ki, bununla belə yenə də çox şey vətəndaş məsuliyyətindən aslılıdr:

“Yəni xüsusi karantin rejimi yumşaldılsa da insanlar gigiyena-sanitar qaydalara əməl etməli, sağlamlıqlarının qeydinə qalmalı, maskadan istifadəni və s. arxa plana keçirməməlidirlər”. 

“Yəni xüsusi karantin rejimi yumşaldılsa da insanlar gigiyena-sanitar qaydalara əməl etməli, sağlamlıqlarının qeydinə qalmalı, maskadan istifadəni və s. arxa plana keçirməməlidirlər”.

Deputat deyib ki, artıq Azərbaycanda müəyyən təcrübə toplanıb, xəstələnən insanların sayında artım da olsa onların nəzarətə götürülməsi və müalicəsi asanlaşıb.

Xatırlatma

2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa yoluxanlardan artıq 308 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Hazırkı dövrədək Azərbaycanda isə 2980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36 nəfərin vəfat etdiyi açıqlanıb.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib (martın 3-dən orta və ali məktəblərdə dərslər də dayandırılıb). Həmin ayın 24-dən (aprelin 20-nə kimi) xüsusi karantin rejimi elan edilib. (Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına, hələlik, icazə verilmir). Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.Həmin qaydaya görə, dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərlər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib icazə almalıdırlar. Karantin mayın 4-nə, sonra da həmin ayın 31-nə kimi uzadılıb. Amma əvvəlcə aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb. Mayın 4-dən də yumşalma və fəaliyyətinə icazə verilən sahələr genişlənib. Həmin tarixdən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, ölkənin başqa yerlərində yaşayış yerini SMS icazəsi ilə tərk etmək qaydası götürülüb.

Mayın 18-dən isə həmin qaydaların Bakı və başqa qalan yerlərdən də götürüləcəyi və başqa yumşaldılma addımları atılacağı gözlənilir.

XS
SM
MD
LG