Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:06

Berlində çeçen müharibəsi iştirakçısının qətlində şübhəli bilinən rusiyalı saxlanıb


Vadim Sokolov olduğu deyilən şəxsin fotosu
Vadim Sokolov olduğu deyilən şəxsin fotosu

Rusiyaya qarşı ikinci çeçen müharibəsi iştirakçısının qətlində şübhəli bilinən rusiyalı Avropa İttifaqı ərazisinə saxta pasportla daxil olub.

Almaniyanın Der Spiegel, Britaniyanın Bellingcat və Insider-in Rusiya nəşrinin birgə apardığı təhqiqat belə nəticəyə gəlib.

Avqustun 23-də Berlinin mərkəzində Gürcüstan vətəndaşı Zelimkhan Khangoshvili qətlə yetirilib.

Onu başına parik geyinmiş şəxs səs boğucusu olan tapançadan güllələyib.

Polis bu qətlin şübhəlisi kimi 49 yaşlı rusiyalını saxlayıb. Almaniyanın Bildt məcmuəsi onun adını Vadim Sergeyevich olaraq açıqlayıb.

Spiegel və Bellingcat isə onun Vadim Andreyevich Sokolov olduğunu yazırlar.

Təhqiqatçıların gəldikləri nəticəyə görə Sokolov Avropa İttifaqı ərazisinə ona 2019-cu ilin iyulunda verilmiş yeni pasportla daxil olub.

Jurnalistlər bu ad, soyad və doğum tarixi olan şəxsə dair informasiyanı Rusiyanın heç bir məlumat bazasında tapa bilməyiblər. Bu belə bir nəticəyə gəlməyə əsas verir ki, pasport saxtadır.

Zelimkhan Khangoshvili
Zelimkhan Khangoshvili

Bu pasport barədə məlumat Rospasportun da sistemində yoxdur. Təhqiqatçılar bildirirlər ki, o əslində sərhəddə saxlanmalıydı. Amma Rusiyanın pasport bazasında bu pasporta aid məlumatların olmaması, məlumatların sistemdən silinməsini ehtimal etməyə əsas verir. Bu isə öz növbəsində Sokolovun Rusiyanın xüsusi xiddmətləri ilə əlaqəli olduğunu göstərir.

Berlin rəsmiləri saxlanan şübhəlinin şəxsiyyətinə dair heç bir məlumat vermirlər. Reuters agentliyinin xəbərinə görə yalnız onun Rusiya vətəndaşı olduğu bildirilir.

Almaniya Daxili İşlər Nazirliyi agentliyə təhqiqatın gedişatı barədə heç bir məlumat verməyib.

Spiegel jurnalı yazır ki, Almaniya hökuməti təhqiqatı diqqətlə izləyir. Jurnal belə bir ehtimal irəli sürür ki, bu Rusiya xüsusi xidmətlərinin sifarişi ilə törədilmiş qətl ola bilər.

Khangoshvili ikinci çeçen müharibəsində İçkeriya Çeçen Respublikası silahlı qüvvələrinin tərkibində iştirak edib.

O Shamil Basayev və Aslan Maskhadovla birlikdə döyüşürdü və 60 döyüşçüyə başçılıq edirdi.

Müharibədən sonra onun həyatına bir neçə sui-qəsd cəhdi olmuşdu.

Ölümündən əvvəl Khangoshvili Almaniyadan sığınacaq istəmişdi. Lakin Almaniya onun bu müraciətini rədd etmişdi.

XS
SM
MD
LG