Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:53

Çin alimləri deyirlər ki, virus panqolinlərdən yoluxa bilərdi


Cənubi Çin Aqrar Universitetinin alimləri koronavirusun insana hansı heyvandan keçməsinə dair yeni fərziyyə irəli sürüblər.

Onlar bildirirlər ki, böyük bir ehtimalla bu virus insanlara panqolin deyilən heyvandan yoluxub.

Panqolinlər quruluşca zirehlilərə və qarışqayeyənlərə yaxındır.

Çində və Vyetnamda bədəni pullarla örtülü bu heyvanın əti delikates sayılır.

Çin alimləri bundan əvvəl virusun insanlara hansısa ekzotik heyvandan – yarasa və ya ilanlardan keçdiyini düşünürdülər.

99 faiz oxşarlıq

Çinin Sinxua dövlət xəbər agentliyi alimlərin nəticələrini dərc edib.

Bu nəticələrə görə panqolinlərdən alınmış koronavirus ştammının genomu xəstələnmiş insanlardakı virus ştammının genomu ilə 99 faiz üst-üstə düşür.

Lakin alimlər panqolinlərin yeganə mənbə olmadığını istisna etmirlər.

Çin hökuməti Uhan şəhərində yayılmış naməlum pnevmoniya barədə Dünya Səhiyyə Təşkilatına (DST) ilk məlumatı 2019-cu il dekabrın 31-də verib.

Ekspertlər bunun koronavirus 2019-nCoV olduğunu kifayət qədər tez müəyyən ediblər.

Onlar elə o vaxt bildirmişdilər ki, virus Uhanın diri heyanlar satılan bazarından yayıla bilərdi.

Azərbaycanda koronavirus xəbərdarlığı
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

Çin xalq təbabəti

DST-nin məlumatına görə hazırda dünyada yeni virusa yoluxanların sayı 28 min nəfəri keçib. Onlardan 560-ı dünyasını dəyişib.

Hazırda bu virusun Rusiya da daxil, 24 ölkədə qeydə alındığı bildirilir.

Bütün dünya boyunca bu virusa yoluxmasından şübhə olanları karantinə yerləşdirirlər.

Bir az da kərtənkələyə oxşayan panqolinlərin bədəni pullarla örtülüb və onlar təhlükə olduqda kürə halına düşə bilirlər.

Afrika və Asiyada yaşayan bu heyvanlar brakonyerlər tərəfindən ovlanır.

Panqolinlərin müxtəlif orqanlarından Çin xalq təbabətində geniş istifadə olunur.

XS
SM
MD
LG