Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:08

Muzdlu işçilərə, işsizlərə və sahibkarlara pul veriləcək, elektrik limiti artırılacaq


Manat, arxiv foto
Manat, arxiv foto

Muzdlu işçilərin bir hissəsinə kompensasiya veriləcək

Azərbaycanda muzdla işləyənlərin bir hissəsinə 215 milyon manat kompensasiya veriləcək.

Nazirlər Kabineti bu gün, aprelin 4-də Azərbaycan Prezidentinin bu il martin 19-da verdiyi sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planını təsdiq edib. Həmin məsələ də bu planda əksini tapıb.

Söhbət koronavirusla bağlıdünya enerji, səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncamından gedir.

Tədbirlər Planına əsasən, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün 300 min nəfərə 215 milyon manat həcmində kompensasiya veriləcək. Bu sahədə icraçı qurum İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi müəyyənləşdirilib.

Prezident məlum sərəncamının icrası məqsədi ilə 1 milyard manat ayırıb.

Azərbaycanda 1,7 milyona yaxın rəsmi muzdlu işçi olduğu deyilir. Amma qeyri rəsmi iddialara görə, 3 milyona da yaxın müqaviləsiz çalışam muzdlu işçilər var.Sənəd onlara şamil edilmir.

Sahibkarlara dəstək

Habelə, 300 min fərdi (mikro) sahibkara veriləcək maliyyə dəstəyinin həcmi də açıqlanıb. Bu da həmin sənəddə öz əksini tapıb.
Bu vergi ödənişləri, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş vergi ödəyicilərinə şamil ediləcək.Onlara ümumilikdə 80 milyon manat maliyyə dəstəyi verilməlidir.

İşsizlərə 190 manat birdəfəlik ödəmə veriləcək

Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində -190 manat birdəfəlik ödəmə veriləcək.

Bu, da Nazirlər Kabinetinin bu gün, aprelin 4-də təqsiqlədiyi Tədbirlər Planında əksini tapıb.

Sənədə əsasən, bu, 200 min nəfəri əhatə etməlidir. Bu məqsədlə 70 milyon manat (2 aylıq - aprel və may ayları) vəsait ayrılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu tədbirin icrasını təmin etməlidir.

Elektrik limiti 2 ay artırılır

Habelə, əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılacaq.Həmin sənədə əsasən, bu məqsədlə 10 milyon manat ayrılıb. İqtisadiyyat və Maliyyə nazirlikləri bu tədbirin icrasını təmin etməlidir.
Azərbaycanda hazırda 300 kvts həcmində elktrik enerjisi 7 qəpikdir.Bu limitdən artıq isə 11 qəpiyə satılır.

Xatırlama

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 60 min civarında şəxsin vəfat etdiyi bildirilir. Artıq dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür.

Azərbaycanda indiyə qədər ümumilikdə 521 şəxsin koronavirus infeksiyasına yoluxduğu açıqlanıb. Onlardan 32 nəfərin müalicə olunaraq sağaldığı, 5 nəfərin isə vəfat etdiyi bildirilib.

Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.

Martın 31-dən də aprelin 20-nə kimi paytaxt Bakıda metroda fəaliyyət dayandırılıb. Həmin gündən qaydaların daha da sərtləşdirildiyi elan edilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı vurğulanıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmalıdır. Verilən məlumata görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa biləcək. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər.

XS
SM
MD
LG