Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:59

Korrupsiya sistemlidir, yoxsa onunla mübarizə? - fərqli cavablar


Manat və dollar, Arxiv foto
Manat və dollar, Arxiv foto

Başa vurduğumuz həftə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin həbsi ilə ( aprelin 30-da) yadda qaldı. Ona rüşvət və mənimsəmə ittihamı irəli sürülüb. Habelə, bəzi icra nümayəndələri də oxşar ittihamlarla üzləşdilər. Bundan əvvəl Neftçala və Ağstafa rayonlarının icra başçıları da eyni qaydada və təxminən eyni ittihamlarla həbs ediliblər. Bütün bunlar bir sıra suallar doğurur.

"... həyata keçirilən sərt tədbirlər düzgündür və..."

Bütün bu həbslər nəyin göstəricisidir? Ölkədə korrupsiya ilə mübarizə sistemli səciyyə daşıyır, yoxsa belə mübarizə yoxdur?

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc AzadliqRadiosunun suallarına cavab verərkən bildirib ki, korrupsiya ilə mübarizə tədbirləri ünvanlılığına, əhatə dairəsinə, institusional mahiyyət daşımasına görə 2015-ci ildən yeni mərhələyə daxil olub. Mərkəz sədri qeyd edib ki, həmin il Milli Təhlükəsizlik Nazirliyinin ( Artıq bu nazirlik ləğv edilib.Həbs edilənlərin bir çoxu ittihamları tam qəbul etməyib-red) bəzi rəhbər şəxslərinin korrupsiyaya bulaşması geniş səviyyədə ifşa edilib:

“Bundan sonra başlanan cinayət işləri, eləcə də Beynəlxalq Bankın rəhbərliyinin əməllərinin də aşkarlanmasına ( Beynəlxalq Bankın həbs edilən rəhbərliyi isə ittihamları əsassız sayır-red) yol açdı. Maliyyə-bank sektoru, həmçinin təhlükəsizlik orqanlarının iqtisadi sferaya bu və ya digər formada qara müdaxiləsi çirkli fəaliyyətin nə dərəcədə şəbəkələşdiyini ortaya qoydu. Beləliklə, bu, öz-özlüyündə dövlətin iradəsini göstərdi ki, həyata keçirilən sərt tədbirlər düzgündür və ədalətlidir”

Zahid Oruc, 24 oktyabr 2019
Zahid Oruc, 24 oktyabr 2019

“Məmur biznesinin meydanı daraldı”

Deputat sonra da deyib:

“Ardınca nəqliyyat sferasında dəyişikliklərin şahidi olduq. Bu sektorda da problemlər yetərincəydi, lisenziyaların verilməsindən başlamış vətəndaşların özünün müdafiəsinə ciddi müdaxilələr mövcud idi. Baş verənlər Azərbaycanda iqtisadi mühiti kifayət qədər təsir altında qoyurdu. Üçüncü, əsas istiqamətlər kimi vergi və gömrük orqanlarında, yəni fiskal siyasətə cavabdehlik daşıyan nazirliklərdəki hadisələri də bu sıraya aid etmək lazımdır. Əsasən, ikili dövriyyələrin mövcudluğu, “qara iqtisadiyyat”, kölgədə saxlanılan subyektlərin xüsusi imtiyazlara malikliyi və digər amillər rəsmi şəxslər tərəfindən hər zaman qeyd olunurdu. Həm də Azərbaycanla bağlı hesabatlarda həmişə mənfi məqamlar kimi əksini tapırdı. Artıq o sektorda yaradılan şəffaflıq bir tərəfdən bütün statistik uçot qiymətləndirmələrinin şəffaf olmağına imkan açdı, o biri yandan büdcə daxilolmalarını genişləndirdi, hesabatlılıq və məsuliyyəti önə çıxartdı.”

İlham Əliyev
İlham Əliyev

Deputatın fikrincə, bunun ardınca 2019-cu ildən Prezident İlham Əliyev həm korrupsiyaya qarşı mübarizə, həm də effektiv idarəçilik elan etdi:

“Bununla xalq qarşısında hər bir məmurun, hakimiyyət qolu təmsilçisinin məsuliyyətini ona hiss etdirmək, keçmişdəki xidmətlərinə və başqa amillərə, o cümlədən, nepotizm (qohumbazlıq, tayfabazlıq-red) və qəyyumluq elementlərini daşıyanların cəzasız qalacağına qarşı sərt tədbirlər gerçəkləşdi. Bunlar ilk növbədə hökumətin köklü dəyişməsi, yeni hökumətin quruculuğunda öz əksini tapdı. Bu gedişatda məmur biznesinin meydanı daraldı, artıq hökumətə oliqarxik qüvvənin təmsil olunduğu idarəçilik kimi baxılması arxada qaldı”.

Zahid Oruc Azərbaycanda iqtisadi iqlimin köklü şəkildə dəyişdirdiyini düşünür:

“Xalqın böyük gücü ilə korrupsiyaya qarşı daha təsirli hücum təşkil olundu”

“Ölkə rəhbəri ucqarlarda yaşayan sadə insanların daha artıq dərəcədə qəlbində olan sözləri səsləndirdi. Yəni ictimai rəyi daha artıq dərəcədə bu neqativlərə qarşı çevirdi. Xalqın böyük gücü ilə korrupsiyaya qarşı daha təsirli hücum təşkil olundu. Bu sırada sahibkarlıq fəaliyyətinə müdaxilələrin minimuma endirilməsi yönündə tədbirlər təqdirəlayiqdir”.

Deputatin fikrincə, aparılan siyasətin iyerarxiyanın daha aşağı qollarına da inkişaf etdirilməsi sübut etdi ki, qanunsuz rəqabətin hesabına bazarda əsas diktəçilik mümkün deyil:

“ Eyni zamanda, başqa sahələrdə rəqabətli siyasətin qarşısını alanlara qarşı çox kəskin ideoloji-siyasi və institsional qərarlar çıxartdı. Dövlət təhlükəsizlik orqanlarının, o cümlədən, antikorrupsiya qurumunun bu yöndə fəaliyyəti ona gətirib çıxartdı ki, 4-dən çox icra başçısının sərt cəzalandırıldığını gördük. Prezidentin bir may tarixli çıxışı onu sübut edir ki, dövlət rəhbəri yeni hakimiyyət quruculuğu fəlsəfəsini şəffaflıq, ədalət, qanunçuluq, demokratik ideallara sədaqət, bütün digər fərqli düşünən siyasi qüvvələrlə normal əməkdaşlıq ideologiyası üzərində formallaşdırmaqda maraqlıdır”

Z.Orucun vurğulamasına görə, çox müsbət hadisədir ki, Prezident Administrasiyasının strukturunda siyasi partiyalar və qanunvericilik hakimiyyəti üzrə yeni şöbə formalaşıb:

“Kimsə arxayın olursa, dərs çıxarmırsa mütləq cəzasını alacaq”

“Dialoq, barış, konsensus üçün şərait özünü göstərir və bu tanımaq meydanı siyasi islahatlar üçün də geniş imkanlar açır. Parlamentdə fərqli partiyaların təmsilçilərinin idarəçilikdə yer alması ona yol aça bilər ki, icra hakimiyyəti strukturlarının hər hansı aşağı vəsilələrində digər siyasi məncubiyyət daşıyıcılarına da yer verilsin. Onlar xalq qarşısında cavabdehliyin həm ağır, həm çətin olduğunu başa düşsünlər. Digər tərəfdən də bu, özü-özlüyündə siyasi arxitekturadır, dövlət idarəçiliyində fərqli hadisədir. Birpartiyalı sistemdən daha geniş bir palitrada idarəçiliyin bərqərar olması üçün imkanları formalaşdıra bilər. Həmçinin, bu siyasətdə üçüncü sektorun məsuliyyəti meydana çıxır”.

Deputat hesab edir ki, Azərbaycanda məmur fəaliyyətinin hüquqi tələblərə uyğun qurulması, bütün hakimiyyət qolları arasında qarşılıqlı nəzarət və hesabatlılığın bərqərar edilməsi, cəmiyyətin bu prosesdə yaxından iştirakı postpandemiya ( koronavirus pandemiyasını nəzərdə tutur-red) dövründə daha da zəruri olacaq:

“ Çünki reallıq ondan ibarətdir ki, dünyanın istənilən ölkəsində böyük iqtisadi resursları özünə səfərbər edən bəşəri bəla ondan sonrakı dövrdə idarəçiliklərdə çox böyük dəyişikliklər tələb edəcəkdir. Bu, vətəndaşlarla münasibətlərin yeni istiqamətlərini, formalarını meydana çıxartmalıdır. Dövlətin rəhbəri İlham Əliyevin korrupsiyaya qarşı mübarizədə çox qətiyyətli kursu o deməkdir ki, proses kimlərinsə nəzərlərində mövsümü tədbir, yaxud qlobal tendensiyalardan özünü qorumaq cəhdi, təbliğat vasitəsi deyil. Ölkə rəhbərinin özünün dediyi “kimsə arxayın olursa, dərs çıxarmırsa mütləq cəzasını alacaq” fikrini xatırlamaq yetər”

Qubad İbadoğlu
Qubad İbadoğlu

Ancaq Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu fəqli düşünür. Onun fikrincə, korrupsiya ilə mübarizə olsaydı, effekti görünərdi:

“ Ancaq həbslər olsa da, hətta qorxu yolu ilə korrupsiyanın qarşısını almaq mümkün deyil”

Q.İbadoğlunun vurğulamasına görə, bir çox icra başçıları yenə də eyni metodlar və məqsədlərlə eyni istiqamətdə dövlət vəsaitlərini mənimsəməklə məşğuldurlar:

“Bu, korrupsiyanın ölkədə sistem xarakteri daşıdığını göstərir”

Məqsəd korrupsiyanın qarşısını almaqdırsa, onda bu sistemi dəyişmək lazımdır, ki, icra başçılarının və korrupsioner məmurların dövlət büdcsindən qazanc imkanları olmasın. Bu da şəffalıq, hesabatlılıq, ünvanılılıq və imformasiyaya çıxış imkanlarını tələb edir.


“Ən pisi odur ki, icra başçılarının mənimsədikləri vəsaitlər işsiz əhaliyə dövlət büdcəsindən ayrılan kiçik məbləğlərdir. Bu, korrupsiyanın ölkədə sistem xarakteri daşıdığını göstərir. Ona görə də aparılan mübarizə korrupsiyanın qarşısını almaq üçün vasitə ola bilməz. Əlbəttə, mən korrupsionerlərin cəzalandırılmasının tərəfdarıyam. Amma məqsəd korrupsiyanın qarşısını almaqdırsa, onda bu sistemi dəyişmək lazımdır, ki, icra başçılarının və korrupsioner məmurların dövlət büdcsindən qazanc imkanları olmasın. Bu da şəffalıq, hesabatlılıq, ünvanılılıq və imformasiyaya çıxış imkanlarını tələb edir. İndiyə qədər 500 minə yaxın adamın yardımdan ( işsizlərə verilən 190 manat yardımı nəzərdə tutur-red) faydalandığı qeyd olunub, amma ictimaiyyət bilmir ki, bunlar kimdən ibarətdir. Çünki şəffaflıq yoxdur, korrupsiya məqamları var. Ona görə də dövlət orqanı siyahının dərc olunmasında maraqlı deyil”.

Qubad İbadoğlu bildirib ki, korrupsiya ilə mübarizə əmlak və gəlirlərin ictimaiyyətə açıqlanmasından başlanmalıdır:

“Maraq konfliktləri haqqında qanun qəbul edilməlidir”

“ Paralel olaraq maraq konfliktləri haqqında qanun qəbul edilməlidir. Yəni mübarizə daha yüksək səviyyədə həyata keçirilməlidir”

İqtisadçı hesab edir ki, icra başçılarının həbsi daxili və xarici ictimaiyyətə göstərmək marağından irəli gəlir:

“Ancaq bundan öndə hakimiyyətdaxili mübarizədir. Hazırda hakimiyyətdaxili qruplararası mübarizə daha da şiddətlənib, həbslər də bir qrupun o biri qrupun üzərində öz gücünü göstərmək niyyətindən gələn addımdır. Qruplar həm icra hakimiyyəti, həm də mərkəzi icra orqanları səviyyəsində müxtəlif təsir imkanlarına

Hazırda hakimiyyətdaxili qruplararası mübarizə daha da şiddətlənib, həbslər də bir qrupun o biri qrupun üzərində öz gücünü göstərmək niyyətindən gələn addımdır. Qruplar həm icra hakimiyyəti, həm də mərkəzi icra orqanları səviyyəsində müxtəlif təsir imkanlarına malikdirlər. Xüsusən də hədəfə götürülən qrupun əsas güc və resursu yerli icra hakimiyyəti səviyyəsindədir.


malikdirlər. Xüsusən də hədəfə götürülən qrupun əsas güc və resursu yerli icra hakimiyyəti səviyyəsindədir. Bunu növbədənkənar parlament seçkilərində də gördük. Bu baxımdan da hesab edirəm ki, seçkilərdə də icra hakimiyyətlərinin və polis orqanlarının müdaxiləsi son nəticədə parlamentin tərkibinin ciddi dəyişməsi ilə nəticələnmədi. İndi ola bilər revanş, yaxud korrupsiyaya qarşı mübarizədir, amma istənilən halda qruplararası davanın nəticəsidir, getdikcə bu prosesin şiddətləndiyini deyə bilərik”.

Yazıda işsizlərə verilən yardımlarla bağlı şəffəaflığın olmamasına aidi fikirlərə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ayrıca münasibət almaq mümkün olmayıb.Amma nazirlik belə iddiaları bundan əvvəl yalanlayıb.

XS
SM
MD
LG