Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:06

Tofiq Zülfüqarov Lavrovun ermənipərəst danışdığını deyir


Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

“Azərbaycanın hər bir siyasətçisi, hər bir məmuru rusiyapərəst, amerikapərəst, iranpərəst, türkiyəpərəst mövqedən yox, azərbaycanpərəst mövqedən çıxış etməlidir! Və bu, əsas meyar olmalıdır”

“Bu nə şərhdir? Buna mütləq reaksiya verilməlidir”, - Rusiya xarici işlər naziri Sergey Lavrov-un Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı dediklərinə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov belə yanaşır. O, AzadlıqRadiosu-na deyib ki, Lavrov-un bəyanatı “təəccüb doğurur”: “Biz suveren ölkə kimi ölkəmizi, torpaqlarımızı qorumaq hüququna malik deyilik? Bu nə deməkdir? Rusiya bu hüquqa malik idi, öz ərazi bütövlüyünü Çeçenistanda təmin etdi, ancaq bizim belə hüququmuz yoxdur? BMT üzvü olan Azərbaycan öz torpaqlarının suverenliyini digər ölkələr kimi qoruya və bu məqsədlə lazım olan addımları ata bilməzmi?”.

Buna da bax:​ Lavrov: "Qarabağ münaqişəsi sırf Azərbaycanın daxili işlərinə aid məsələ deyil"

Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

O, Sergey Lavrov-un çıxışını “ermənipərəst mövqe” kimi dəyərləndirib.

“Rusiya xarici işlər naziri ilk dəfə bəyan edib ki, torpaqların azad edilməsi və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi eyni vaxtda həll olunmalıdır. O, Azərbaycanın üstünlük verdiyi mərhələli həldən yox, ermənilərin mövqeyinə uyğun paket həllindən danışıb. Guya istinad etdiyi BMT qətnamələrinə yanlış şərh verib. Bu, səhvdir! Həmin qətnamələrdə məsələ onun dediyi şəkildə qoyulmayıb. Əksinə, işğaldakı torpaqların azad edilməsi, yalnız bundan sonra statusun həlli tələb olunur”.

Tofiq Zülfüqarov: "Bu haqda Lavrov bir kəlmə də deməyib”
Gözlə

No media source currently available

0:00 0:03:47 0:00
Direct-ə keçid

“Putinə təşəkkür edəndən sonra bu mövqeni necə şərh edəcəklər?”

Zülfüqarov rusiyalı nazirin substantiv danışıqlara toxunmamasına da ayrıca diqqət çəkir: “Keçən il həm Rusiya, həm də Azərbaycan rəsmiləri deyirdilər ki, artıq substanstiv, yəni konkret mövzulara aid konkret danışıqların vaxtı gəlib çatıb. Azərbaycan tərəf dəfələrlə real danışıqları gözlədiyini bəyan edib. Amma bu haqda Lavrov bir kəlmə də deməyib”.

Buna da bax: Məmmədyarov Lavrovun fikirlərinə münasibət bildirdi

Rəsmi Bakı Rusiya xarici siyasət idarəsi başçısına cavab verməlidrmi? Tofiq Zülfüqarov bu suala cavab verməkdə çətinlik çəkdiyini söyləyib: “Keçən il baş verənləri, xarici işlər nazirinin Hamburqdakı çıxışı zamanı Rusiyanın vasitəçiliyini, Putin-in rolunu xüsusi qeyd edərək təşəkkür bildirilməsindən sonra bilmirəm, bu mövqe indiki mərhələdə necə şərh olunacaq? Bəzi şeyləri, doğrusu, başa düşmürəm. Azərbaycanın hər bir siyasətçisi, hər bir məmuru rusiyapərəst, amerikapərəst, iranpərəst, türkiyəpərəst mövqedən yox, azərbaycanpərəst mövqedən çıxış etməlidir! Və bu, əsas meyar olmalıdır. Hər halda, mən bunun tərəfdarıyam. Hər bəyanat, hər çıxış azərbaycanpərəst mövqeyi əks etdirməlidir”.

Rasim Musabəyov: “Lavrovun dediyini rədd etmək imkanın varsa...”

Rasim Musabəyov
Rasim Musabəyov

Deputat Rasim Musabəyov Sergey Lavrov-un bəyanatında “təəccüblü və yeni bir şey” görmür. O, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq xarakter daşıdığını vurğulayır: “Bununla bağlı BMT-nin qərarları var, vasitəçilər fəaliyyət göstərirlər. Belə olan halda birtərəfli qaydada bütün tələbləri qırağa ataraq, atəşkəsi pozaraq, antiterror əməliyyatı başlamaq mümkün deyil. Təbii ki, Lavrov-un cavabı bu cür olmalı idi. Burda təəccüblü bir şey yoxdur. Güclüsənsə, Lavrovun dediyini rədd etmək imkanın varsa, Avropa Birliyinin, ABŞ-ın çağırışlarına qulaq asmırsansa, buyur, öz bildiyini et! Ancaq balaca dövlətlər bunu etmək iqtidarında deyillər”.

Rasim Musabəyov: "Sergey Lavrovun bəyanatında təəccüblü və yeni bir şey görmürəm"
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00
Direct-ə keçid

Buna da bax:​ 'Hərbiçinin meyitinin qaytarılması prezidentin diqqət mərkəzində'

Deputat Elman Məmmədov: “Bu məsələ Azərbaycanın sırf daxili işidir”

“Sergey Lavrov bu bəyanatla Azərbaycanın daxili işlərinə qarışır və Azərbaycana hörmətsizlik edir”, - əslən Qarabağdan olan deputat Elman Məmmədovun reaksiyasıdır:

Elman Məmmədov
Elman Məmmədov

“Bu məsələ Azərbaycanın sırf daxili işidir, çünki ərazi Azərbaycan ərazisidir. Lavrov ona görə belə inamla danışır ki, son 250-300 ildə onun təmsil etdiyi ölkə, əvvəlcə çar Rusiyası, sonra sovet imperiyası, bu gün də Rusiya Federasiyası Azərbaycanın tarixi torpaqlarını hissə-hissə ona-buna bağışlayıb. XX əsrin sonlarında başlayan işğal da sovet hökumətinin köməyi və xeyir-duasıyla, silahıyla, əsgəriylə həyata keçirilib. Lavrov demək istəyir ki, bu münaqişəni biz yaratmışıq, bunun açarı da, həlli də bizim əlimizdədir”.

Ancaq deputat əmindir ki, Azərbaycan işğaldakı torpaqlarını azad edəcək.

Elman Məmmədov: "Lavrov demək istəyir ki, bu münaqişəni biz yaratmışıq"
Gözlə

No media source currently available

0:00 0:00:12 0:00
Direct-ə keçid

Buna da bax: Atəşkəsdən yaranan yorğunluq

Xatırlatma

Sergey Lavrov yanvarın 17-də Moskvada mətbuat konfransında deyib: "Dağlıq Qarabağ münaqişəsi mücərrəd bir məsələ və sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil. İşğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması və Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi tələbi hər zaman qüvvədə qalır".

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovsa cavab olaraq bildirib ki, Dağlıq Qarabağ münaqişənin həlli ilə əlaqədar ən vacib sənədlər BMT Təhlükəsizlik Şurasının (TŞ-nin) qətnamələridir. “Bu qətnamələrdə BMT TŞ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətini ifadə edib. Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edib, işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib”.

XS
SM
MD
LG