Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:45

Türk lirəsi 15 faiz ucuzlaşdı, müxalifət 'fəlakət'dən danışır (Video)


Noyabrın 23-də Türkiyə lirəsi dollara nisbətdə 15 faiz ucuzlaşıb, 1 dollar 12.82 lirə olub.

Türklər milli valyutanın ən aşağı tarixi həddə ucuzalaşmasının sarsıntısını yaşamaqdadırlar və ana müxalifət partiyasının lideri ölkənin ən qaranlıq fəlakətini yaşadığını bəyan edib.

Noyabrın 23-də Türkiyə lirəsi dollara nisbətdə 15 faiz ucuzlaşıb, 1 dollar 12.82 lirə olub.

Reuters agentliyi yazır ki, lirə bundan əvvəlki həftələrdə də düşməkdə və nəticədə pərakəndə satış qiymətlərini qaldırmaqda idi.

Xəbərdə deyilir ki, indi sadə türklər bazarlıqdan tutmuş tətilədək bütün xərclərinə yenidən baxmağa məcburdurlar.

Müxalif Cumhuriyyət Xalq Partiyasının (CHP) lideri Kemal Kılıcdaroğlu deyib ki, “respublikanın tarixində hələ belə fəlakət olmayıb”.

O lirənin kəskin düşməsinə görə 2003-cü ildən bəri ölkəyə rəhbərlik edən Recep Tayyip Erdoğanı ittiham edib.

Kılıcdaroğlu Erdoğana xitabən bunu da deyib ki, “indi sən Türkiyə Respublikasının təməl milli təhlükəsizlik problemisən”.

“Xəyanət və nadanlıq”

Erdoğan özünün dediyinə görə ixracatı canlandırmaq, investisiyaları cəlb etmək və iş yerlərini artırmaq məqsədilə mərkəzi bankı uçot dərəcəsini kəsməyə məcbur edirdi.

Lakin tənqidçilər bildirirdilər ki, bütün bunlar, əksinə, inflyasiyanı ikirəqəmli həddə çatdıracaq, lirə aşılanacaq və türklərin real gəlirləri azalacaq.

Bir il əvvəl 1 dollar 8 lirə idi, ötən ay bu rəqəm 9, ötən həftə isə 10 olmuşdu.

Reuters yazır ki, Türkiyə vətəndaşlarının gözləri milli valyutanın məzənnə hərəkətində qalıb.

Erdoğanın hakim Ədalət və İnkişaf Partiyasının təsisçilərindən biri olan, keçmiş baş nazir Ahmet Davutoğlu prezidentin iqtisadi tədbirlərini “xəyanat və nadanlıq” adlandırıb.

Reuters yazır ki, Kılıcdaroglu, Davutoğlu və başqa müxalifət liderləri vəziyyəti müzakirə etmək üçün təcili iclaslar çağırdıqlarını bildiriblər.

Bu da xəbər verilir ki, türklər sosial mediada “Batırıq”, “Hökumətə istefa” və “Dolana bilmirik” kimi heşteqlərdən istifadə edirlər.

Reuters xəbər verir ki, Diyarbakırda mağaza sahibləri etiraz olaraq “saxta dollarları” yandırıblar.

Bu da xəbər verilir ki, adamlar əllərindəki pulu xarici valyutalara dəyişməyə can atırlar.

Lirə ucuzlaşdıqca Ərdoğanın hakim partiyasının da nüfuzu düşür
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

Bu gün – noyabrın 23-də Türkiyə lirəsi daha 8 faiz ucuzlaşıb. Bir gün öncə Prezident Receb Tayyib Ərdoğan faiz dərəcələrinin kəskin azadılmasını dəstəkləyib, “iqtisadi müstəqillik müharibəsi”ni udacağını deyib.

Bir dollar 12.49 lirəyə bərabərləşib. Bu il lirə 40, ötən həftədən isə 20 faiz dəyər itirib.

Ərdoğan faiz dərəcəsinin azaldılması üçün mərkəzi banka təzyiq göstərir, bu addımın ixracı, sərmayə və iş yerlərini artırdığını deyir. Amma inflyasiya da 20 faizə yaxınlaşır.

Ərdoğanın ötən ay mərkəzi bank sədrinin müavini vəzifəsindən kənarlaşdırdığı Semih Tumen isə lirəni möhkəmləndirəcək siyasətə qayıtmağı tələb edib.

“Uğur şansı olmayan bu irrasional eksperimentdən dərhal əl çəkməli, lirənin dəyərini və türk xalqının rifahını qoruyan keyfiyyətli siyasətə qayıtmalıyıq”, – o, Twitter-də yazıb.

Fövqəladə artım proqnozu

Ötən həftə mərkəzi bank faiz dərəcəsini 100 bənd azaldaraq 15 faizə salıb. Sentyabrdan faiz dərəcələri 400 bənd azaldılıb. Təhlilçilər bunu təhlükəli siyasət adlandırırlar. Digər ölkələrin mərkəzi bankları isə sərtləşdirməyə gedir, yaxud buna hazırlaşır.

“Reuters” təhlilçilərə istinadla faiz dərəcələrində fövqəladə artımın gərəkə biləcəyini yazır. Maliyyə naziri Lütfi Elvan daxil hökumətdə dəyişiklik barədə də spekulyasiya gəzir.

Lirə ucuzlaşdığına görə Türkiyədə dərman qıtlığı yaranıb
Gözlə

No media source currently available

0:00 0:01:36 0:00

Ərdoğansa düşünür ki, daha sərt monetar siyasət inflyasiyanı azaltmayacaq.

“İqtisadiyyatımızı kiçildəcək, zəiflədəcək, xalqımızı işsizliyə, aclıq və səfalətə məhkum edəcək siyasəti rədd edirəm”, – Ərdoğan deyib. Bu çıxışdan az sonra lirə dəyərini itirib.

“Societe Generale” bazar ertəsi bildirib ki, mərkəzi bank gələn ay “fövqəladə” artıma getməli, 2022-ci ilin birinci rübünün sonuna qədər faiz dərəcəsini 19 faizədək qaldırmalıdır.

XS
SM
MD
LG