Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:23

1200 ailənin həyatı təhlükədə...


Illüstrasiya
Illüstrasiya

►“Binaları necə gəldi tikib, bizə satıblar, indi də deyirlər, “artıq o binaların problemləri bizlik deyil”.

Həyatımız təhlükədədir. Bizə sahib çıxan yoxdur”.

Məhəmmədi kəndində AN MTK-nın inşa etdiyi 38 binanın sakinləri iddia edirlər ki, şirkət binaların elektriklə təminatını başdansovdu gördüyü üçün indi əziyyətini onlar çəkirlər. Binalardan birində yaşayan Əlövsət Əsədovun sözlərinə görə, 38 binaya çəkilən elektrik xətləri qəzalı vəziyyətə düşüb, 7 il əvvəl MTK-nın quraşdırdığı üç ədəd transformator normadan çox yükləndiyinə görə istifadəyə yararsız haldadır. İndi MTK 38 binanın işıqla təminatının yaxşılaşdırılmasını üzərindən atır.

Buna da bax: Şaxta babalar da dolların qalxmasından danışır

DEKABRIN 31-DƏ SÖNƏN İŞIQLAR

Bina sakini Ofelya Qurbanova deyir, elektrik xətlərində tez-tez qısaqapanmalar baş verir. Hətta bir neçə dəfə yanğın da olub:

“Yığışıb özümüz yanğının qarşısını almışıq. Tez-tez işıqsız qalırıq. Ötən ilin son gecəsini qaranlıqda oturduq. Dekabrın 31-də gündüz sönən işıqlar bir də yanvarın 3-də yandı. Belə getsə, bu bayramı da zülmətdə qarşılayacağıq”.

Başqa sakin Ədibə xanım:

“Binaların çoxunda istilik sistemi yoxdur. Adamlar məcburdular ki, ev-eşiyi elektriklə qızdırsınlar. Xətlərə güc düşür. Xətlərsə qaz xətlərinə dolaşıb, çox təhlükəlidir. Bloklara girirsən, pilləkənlərin məhəccərlərinə əl qoymağa qorxursan ki, cərəyan vurar. Bloklar hamısı naqillərlə doludur. 7 ildir burada yaşayıram. Gördüyüm də bu olub ki, özlərini başbilən kimi aparırlar, aradabir gəlib camaata naqillərlə necə davranmağı öyrədib gedirlər”.

Buna da bax: Siyasi məhbus sayılanlardan heç kim əfvə düşmədi (Tam siyahı)

MTK DEYİR ONLUQ DEYİL...

AN İnşaat MTK-dan bildirilib ki, binalar 7 ildən çoxdur ki, təhvil verilib. Binaların elektrik təchizatı və nəzarət MTK-nın vəzifəsinə daxil deyil. Bu üzdən binalarda baş verən qəzalara da MTK cavabdehlik daşımır.

Sabunçu rayon işıq idarəsi isə deyir, xeyr, nə qədər ki, MTK binaları “Azərişıq” ASC-yə təhvil-təslim etməyib, baş verə biləcək hər bir qəzaya şirkət cavabdehdir.

“O transformatorları MTK quraşdırıb. Şirkətə dəfələrlə xəbərdarlıq olunub. Binalar “Azərişıq”a təhvil verilmədiyi üçün təhlükəsizlik qaydalarına birbaşa MTK nəzarət etməlidir”, - idarədən bildirilib.

XS
SM
MD
LG