Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:57

'Dollar bahalaşmaqda davam edəcək'


Vüqar Bayramov
Vüqar Bayramov

►“Brexit”sonrası Azərbaycan

İqtisadiyyat eksperti Vüqar Bayramovdan bəd xəbər

Böyük Britaniyanın Avropa Birliyindən çıxması (“Brexit”) dünya iqtisadiyyatına təsirini dərhal göstərib: avro və funt sterlinq dəyər itirib, neft ucuzlaşıb, maliyyə bazarları çalxalanıb.

Rəsmi açıqlamalara göz gəzdirərkən, “Brexit”in təsir göstərmədiyi ölkələrdən biri Azərbaycandır. Mərkəzi Bank (MB) və Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Brexit”in Azərbaycanın valyuta bazarına, dolayısıyla, manata təsirinin olmadığını bildirib.

İqtisadiyyat eksperti Vüqar Bayramov AzadlıqRadiosuna açıqlamasında “Brexit”in manata təsirlərindən söz açıb:

- Dünyada ötən həftənin nəinki siyasi, hətta iqtisadi mənzərəsini “Brexit” müəyyənləşdirdi. Britaniyada keçirilən referendumun Azərbaycan iqtisadiyyatına təsir etməyəcəyini söyləmək doğru olmazdı. Ən azı, referendumun nəticələri elan edilən gün Azərbaycanın valyuta bazarında dollar qıtlığı yarandısa və xarici valyutaya yüksək tələb qalırsa, deməli, elə ilk gündən bu təsirlər var və davam etməkdədir. Dolların möhkəmlənməsi və neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatından ötrü arzulanan hal deyil. Dünya bazarında möhkəmlənən dollar manata təzyiqi artırır, ucuzlaşan neftsə gəlirlərimizi azaldır. Proses valyuta ehtiyatlarımızın strukturuna da təsirsiz ötüşmür. Belə görünür ki, dollara tələb yayboyu artacaq.

- MBNP-nin açıqlamasında bir məqam diqqət çəkir. Deyilir ki, “Brexit”in ölkədə maliyyə sabitliyinə dərhal və birbaşa təsirinin köklü əsasları yoxdur”. Bu baxışla nə dərəcədə razısınız?

- Valyuta bazarımızda dolların möhkəmlənməsinə tam iqtisadi zəmin var. Xarici valyutaya tələb yüksək olaraq qalmaqdadır. İndi hərraclarda dollara tələbatın, ən yaxşı halda, 20 faizi ödənilir. Deməli, MB və Dövlət Neft Fondu dollar almaq üçün verilən sifarişin böyük əksəriyyətini təmin edə bilmir. Bu isə davamlı olaraq manatın dəyər itirməsinə səbəb olur. Hələlik, MB öz xarici valyuta ehtiyatlarını qorumaq üçün hərraca satıcı kimi qatılmaqda maraqlı görünmür. Amma bu uzun müddət davam edə bilməz. Dövlət Neft Fondunun bu il ümumi xərci 10 milyard 668 milyon manat olacaq. Fond büdcəyə 7 milyard 615 milyon manat transfer edəcək. Deməli, manatla öhdəliklərini nəzərə alınanda, fond dollara tələbatı ilboyu tək və tam ödəyə bilməz.

Karikatura
Karikatura

- MB son hərracların bəzilərində bazarda alıcı kimi çıxış etdi. Bəs yaxın günlərdə baş bankı satıcı kimi də görə biləcəyik?

- MB bütün hallarda yenidən öz valyuta ehtiyatlarını bazara çıxarmalıdır. Bu isə dollara tələbatı ödəməyə yardım etsə də, rezervlərin azalması fonunda manata psixoloji təzyiqi artıracaq. Manatın dəyirsizləşmə səbəbləri barədə bir müddət öncə yazmışdım. Sadəcə, mövcud tələb-təklifi və MB-nin manevr imkanlarını nəzərə aldıqda, dollar valyuta bazarımızda möhkəmlənməkdə davam edəcək. Hazırda bütün iqtisadi qanunauyğunluqlar dolların güclənməsini şərtləndirir. İki həftə öncə yazdığım kimi, top dolların meydançasındadır və dollar bazarda dominantlığını qoruyub saxlayacaq. Deməli, dolların manata nisbətən dəyər qazanması davam edəcək.

- Ötən həftə ipoteka kreditləşməsində yeni qaydalar qəbul edildi. Gözlənilən sadələşmə baş verdimi?

- Son dəyişikliklər ipoteka kreditlərindən istifadə dairəsinin genişləndirilməsi baxımından əhəmiyyətlidir. Xüsusən, orta məktəb müəllimlərinə güzəştli kreditləşmədən yararlanma imkanının verilməsi təqdirəlayiqdir. Təbii ki, bu sahədəki islahatlar faizlərin aşağı salınmasında özünü göstərməlidir. Müəllimlərin maaşları az olduğundan sosial ipoteka krediti üzrə faizin 4-dən 2-yə endirilməsinə ehtiyac var. Müəllimlərin və eləcə də digər güzəştli kateqoriyalardan olanların mövcud əmək haqqları ilə kreditlərdən yararlana bilmələri üçün faizlərin aşağı salınması vacibdir. Aztəminatlı ailələr, o cümlədən müəllimlər üçün ilkin ödənişin ləğv edilməsi və zərui xərclərin Zəmanət Fondu ilə qarşılanmasına ehtiyac var. Bu baxımdan, son dəyişikliklərdən sonra İpoteka Fondu kreditə əlçatanlığı artıran addımlar atmalıdır.

Buna da bax: Avropa rəsmiləri Britaniyanın addımını müzakirə ediblər

Avropa rəsmiləri Britaniyanın addımını müzakirə ediblər
Gözlə

No media source currently available

0:00 0:00:42 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 27 iyun

Uşaqlar niyə intihar edir?
Günün əsas hadisələri Azadlıq Radiosunda - 27 iyun
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında- 27 iyun

Azərbaycan səhiyyəsi beynəlxalq reytinqlərdə
XS
SM
MD
LG