Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:00

Masallınin bir kəndində “Bilik günü” olmayıb...


Masallı Rayonu
Masallı Rayonu

Masallı rayonun Kürdəbazlı kəndində sentyabrın 15-i uşaqlar dərs keçməyib. Məsələ burasındadır ki, həmin kəndin məktəbi bağlanıb. Sakinlər də bundan narazıdırlar.
Kənd sakini Əhməd Əhmədovun deməsinə görə,sentyabrın 15-də səhər uşaqları məktəbə gətirərkən polislərlə qarşılaşıblar:

“Bizə dedilər ki, məktəb bağlıdır”

“Bizə dedilər ki, məktəb bağlıdır, uşaqlarınızı qonşu kəndə aparın. Məktəbi sovet dövründə özümüz, öz vəsaitlərmiz hesabına tikmişik. Uşaqlarımız o vaxtları qonşu kəndin məktəbinə gedirdilər.Yol uzaq olduğu üçün kənd özünə məktəb tikti. İndi deyirlər ki, olmaz. Səbəbini də demirlər. Bu məktəbdə yüzdən çox şagird təhsil alır, burada 10-dan çox müəllim işləyir. Kəndin minə yaxın əhalisi var. Bilmirik nə baş veirir.”

“Etiraz edəndə də polis qarşımızı kəsir”

Əhməd Əhmaədovun sözlərinə görə, kənd əkin-biçinlə dolanır:

“Badımcanla necə yaşamaq olar? Gərək pul ola ki, maşın tutaq, uşaqları qonşu kəndə aparaq. Heç kim bizi eşitmir.Ölkə prezidentinə, onun xanımına, Təhsil Nazirlyinə müraciət etmişik.Etiraz edəndə də polis qarşımızı kəsir. Dövlətmizi, prezidentmizi sevirik, müdafiə edirik.Ad qoyurlar ki, dövlətə qarşı çıxırıq.Bəs nə edək?”

Kəndin digər sakini Taleh İsmayılov da məktəblərinin bağlanmasını düzgün saymır:

“6yaşlı uşaq 3 kilomet ryol getməlidir. ”

“Məktəb qeyri qanunu bağlanıb. Orada şagirdlərin sayı çoxdur. 60-70 nəfərlik məktəb açırlar, uşaqlarımızı isə 3 kilometr uzaqda yerləşən Qarğalıq kəndinə göndəririrlər. Bu 7-8 yaşlı uşaq 3 kilometr yolu necə getsin? Belə biyabırçılıq olarmı? Ayın 15-də kəndin 100-dən çox şagirdi məktəbə getməyib. Bu heç kimi narahat etmir. Məktəb şəhidin adını daşyır. Büsti məktəbin həyətindədir. Uşaqlar əllərində çanta və gül dəstəsi tutmuşdular. Şəhidin büsti önünə gül dəstəsini belə qoymağa imkan vermədilər. Polislər adamları qatdılar qabağlarına. Sentyabrın 18-də yenə məktəbimizin açılşını tələb edəcəyik. Uşaqlar kənd məktəbinə gedəcklər. Bu dəfə qadınlarımız uşaqlarla olacaq. Çünki kişiləri polislər həbs edirlər.Heç olmasa ibtidai sinif olsun. 6-7 yaşlı uşaq 3 kilometr yol getməlidir. Bunun yağışı, qarı var. Çanta uşaqdan ağırdır. Onda necə olacaq? Bizi dinləmirlər, dinləmək də istəmirlər. O məktəbin böyük həyətyanı sahəsi var. Götürüsünlər. Ancaq məktəbi bağlamasınlar. Öz məktəbmizin açılmasını istəyirik. Polisləri tökdülər əhalinin qarşısına, vurdurdular, saxladılar... Dövlət başçısından, onun xanımından kömək istəyirik. Uşaqlarımız evlərdə qaldı...”

Buna da bax: Masallıda 3 kənd məktəbinin qapadılacağı bildirilir, nə səbəbə?

Müavin : “Kürdabazlı kəndində bu illər ərzində bir nəfər də olsun ali məktəblərə daxil olmayıb”

Masallı rayon İcra Hakmiyyəti başçısının müavini Nəsir Muxtarlı isə deyir ki, kənd məktəbinin bağlanmsı qanunidir:

“Kürdəbazlı kənd məktəbini Təhsil Nazirlyi ləğv edib.Həmin kəndin məktəbli uşaqları qonşu Qarğalıq kəndin məktəbində təhsillərini davam etdirə bilərlər.Kiçik məktəbləri daha böyük məktəblərlə birləşdirirlər.Həm vəsaitə qənaət edilir, həm də məktəbi yüksək səviyyədə təhciz etmək olur. Kürdabazlı kəndində bu illər ərzində bir nəfər də olsun ali məktəblərə daxil olmayıb. Məktəblərin birləşdirilməsi təkcə bizdə yox, respublikanın digər rayonlarında da həyata keçirilir.”

Sentyabrın 15- Azərbaycan məktəblərində yeni dərs ili başlayıb.15 sentyabr bütün ölkədə “Bilik günü” kimi qeyd edilib.

Buna da bax :Masallıda 1 saylı orta məktəbin «sirləri»...

XS
SM
MD
LG