Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:59

Mask fikrini dəyişib-Ukrayna üçün Starlinkə pul ödəməyə davam edəcəyik


İlon Mask
İlon Mask

SpaceX şirkəti bildirir ki, Ukraynaya indiyədək ümumi dəyəri 80 milyon dollar olan rabitə avadanlığı verilib

SpaceX Ukraynaya peyk rabitə üçün Starlinkə sipul ödəməyə davam edəcək. Bu barədə Elon Musk Twitter-də yazıb.

"... Baxmayaraq ki, Starlink hələ də pul itirir və digər şirkətlər vergi ödəyicilərindən milyardlarla dollar alırlar, biz Ukrayna hökumətini pulsuz maliyyələşdirməkdə davam edəcəyik" -Mask yazıb

***

Mask Ukraynanın internet xərclərini daha çəkə bilməyəcəyini deyir

İlon Maskın Space X şirkəti sentyabr ayında ABŞ-ın Müdafiə Nazirliyinə göndərdiyi məktubda bildirir ki, Ukraynanı internetlə təmin edən Starlink peyk rabitəsinin xərclərini artıq ödəyə bilmir.

Şirkət Pentaqondan bu xərcləri üzərinə götürməyi xahiş edir.

Müharibə başlanandan bəri SpaceX Ukraynaya 20 min Starlink terminalı verib.

Bu terminallar rabitənin pozulduğu şəraitdə Ukraynanın internetə bağlanmasını təmin edir.

Bu da qeyd olunmalıdır ki, hərbi əməliyyatların aparılması üçün rabitə ümdə rol oynayır.

Ukrayna rəsmiləri bu təmənnasız xidmətinə görə SpaceX şirkətinə dəfələrlə təşəkkürlərini bildiriblər.

Elon Musk-ın Starlinki Ukraynaya necə kömək edir
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00

Səfirin söyüşü

Şirkətin rəhbəri bildirirdi ki, Ukraynaya indiyədək ümumi dəyəri 80 milyon dollar olan rabitə avadanlığı verilib.

Bu da qeyd olunurdu ki, ilin sonunadək bu xərclər 100 milyon dolları keçə bilər.

Bu arada İlon Mask Ukrayna müharibəsinin başa çatdırılması üçün özünün “sülh planını” təklif etmişdi.

Bəzi Ukrayna nümayəndələri Maskın bu planını kəskin ifadələrlə rədd etmişdilər. Ukraynanın Berlindəki keçmiş səfiri isə Maska belə bir təklifinə görə “rədd oll” mənasını verən ədəbsiz söyüş yazmışdı.

Maskın təklifi və incikliyi

Mask bildirib ki, Ukraynadakı terminalların işlək vəziyyətdə saxlanması onun şirkətinə hazırda aya 20 milyon dollara başa gəlir.

Mask Pentaqona məktubu ayrıca şərh etməsə də, yazdığı tvitdə Ukraynanın Almaniyadakı səfiri Andrey Melnikin “tövsiyəsini” yerinə yetirdiyini qeyd edib.

SpaceX şirkətinin Pentaqona məktubunda deyilir:

"Biz artıq qeyri-müəyyən sonsuz zaman müddətində Ukraynaya yeni terminallar ianə etmək və artıq mövcud terminalları maliyyələşdirmək imkanında deyilik”.

Xəbərlərdə deyilir ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı daha 8 min Starlink terminalı üçün müraciət etmişdi.

Bundan əvvəl Financial Times Ukrayna rəsmilərinə istinadən yazırdı ki, Ukraynadakı döyüş bölgələrində terminalların söndürülməsi Ukrayna qoşunları üçün çətinliklər yaradıb.

Maskın təklif etdiyi sülh planına görə isə Ukraynanın ilhaq olunmuş ərazilərində beynəlxalq təşkilatların müşahidəçiliyi ilə təkrar referendumlar keçirilməliydi.

Onun bu təklifi təkcə Ukraynada yox, həm də ABŞ-ın millət vəkilləri arasında hiddət doğurmuşdu.

Mask bu təklifi verməzdən əvvəl Rusiya prezidenti Vladimir Putinlə danışdığına dair iddiaları təkzib etmişdi.

XS
SM
MD
LG