Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:03

Vaşinqtondan Azərbaycanın yeni media qanunu ilə bağlı narahatlıq


Bakıda jurnalistlərin yeni qanuna etiraz aksiyası
Bakıda jurnalistlərin yeni qanuna etiraz aksiyası

Dövlət Departamentinin  sözcüsü  yanvarın 5-də Azərbaycanda “Media haqqında” yeni qanun layihəsinin qəbulundan narahatlığını ifadə edib

“Turan” İnformasiya Agentliyinin ABŞ-dakı müxbiri xəbər verir ki, Dövlət Departamentinin sözcüsü yanvarın 5-də Azərbaycanda “Media haqqında” yeni qanun layihəsinin qəbulu ilə bağlı narahatlığını ifadə edib.

Sözçü jurnalsitin sualına cavab olaraq deyib:

“Biz narahatıq ki, Azərbaycan parlamenti "Media haqqında" təklif olunan qanunun ratifikasiya edilməsi üçün Prezident Administrasiyasına göndərilməsində tələsib”.

Agentliyin məlumatına görə, sözçü daha sonra əlavə edib:

“Ümid edirik ki, Prezident Administrasiyası qanuna baxarkən müstəqil jurnalistlərin, media ekspertlərinin və ATƏT də daxil olmaqla beynəlxalq qurumların rəylərini diqqətlə nəzərdən keçirəcək. Biz məsələni yaxından izləməyə davam edəcəyik”.

Bu qanun layihəsi dekabrın 30-da Azərbaycan parlamentində qəbul edilib. Sənəd 9 fəsil, 78 maddədən ibarətdir.

Qanunda jurnalistlərin fəaliyyətinə dair məsələlər, Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya qaydaları, jurnalistin fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər əksini tapıb.

Parlament etiraz doğuran qanunu qəbul etdi
Gözlə

No media source currently available

0:00 0:02:06 0:00

Etirazlara baxmayaraq

Hələ, dekabrın 24-də və 28-də bir qrup jurnalist Bakıda Milli Məclisin önünə toplaşaraq layihəyə etirazlarını bildirmişdilər.

Onlar xüsusilə jurnalistlərin Media Reyestrinə daxil edilməsi ilə bağlı maddənin üzərində dayanırdılar. Aksiya iştirakçıları hesab edirdilər ki, bütünlükdə bu layihə müstəqil medianın susdurulmasına və bu sahənin tam hökumətin nəzarətinə keçməsinə imkan verəcək.

Aksiya iştirakçıları vurğulayırdılar ki, layihə, ümumiyyətlə, müzakirədən çıxarılmalı, onun yenidən işlənməsi üçün müstəqil ekspertlərlə birgə işçi qrup yaradılmalıdır.

Amma layihəni təqdim edənlər bir sıra tənqidi məqamların sonradan nəzərə alındığını, onun Avropa Şurasının Venesiya Komissiyasına göndərilməsinə lüzum olmadığını bildiriblər.

XS
SM
MD
LG