Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:10

Yeni vergi qaydaları ev alıb-satanlara sərf edirmi?


Illüstrasiya
Illüstrasiya

►Mənzil bazarında verginin kvadratmetr hesabı dövrü gəlir

Gələn ildən mənzillərin, fərdi evlərin ilkin və təkrar bazarda satışı yeni qaydalarla vergiyə cəlb olunacaq.

Bəs bunun vətəndaşa xeyri və zərəri olacaqmı?

Daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev deyir ki, bunadan sonra belə yaşayış və qeyri-yaşayış təyinatlı sahələri satan şəxslər indiki kimi satış qiyməti hesabı ilə deyil, əmlakın sahəsinə uyğun olaraq sadələşdirilmiş vergi ödəyəcəklər.

Vergi necə hesablanacaq

Yanvar ayının 1-dən 1 kv. metr üçün hesablanacaq verginin baza məbləği ölkə üzrə 15 manat təşkil edəcək. Bu məbləğə satılan əmlakın yerləşməsindən asılı olaraq zona əmsal tətbiq olunacaq.

Bakı şəhəri üzrə əvvəllər müəyyən edilmiş 12 zona üzrə 6 növ əmsal tətbiq ediləcək. 1-ci zona üzrə - 4,0 əmsalı (hər kv. m üçün 60 manat), 2-ci zona üzrə - 3,0 əmsalı (hər kv. m. üçün 45 manat), 3 və 4-cü zonalar üzrə - 2,2 əmsalı (hər kv. m üçün 33 manat), 5 və 6-cı zonalar üzrə - 1,8 əmsalı (hər kv. m üçün 27 manat), 7, 8 və 9-cu zonalar üzrə - 1,5 əmsalı (hər kv. m üçün 22,5 manat), 10, 11 və 12-ci zonalar üzrə - 1,2 əmsalı (hər kv. m üçün 18 manat) tətbiq olunacaq.

Yəni, məsələn, Bakının mərkəzində yerləşən binada 100 m2-lik mənzili və ya obyekti satarkən, satış qiymətindən asılı olmayaraq, 6000 manat vergi ödəyəcək.

Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi haqda 7 dekabr tarixli fərmanda Nazirlər Kabinetinə tapşırılıb ki, bir ay müddətində Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədlərini müəyyən etsin.

Ölkənin digər ərazilərində - Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə 1,5 əmsalı, Abşeron rayonunda, Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərləri üzrə 1,2 əmsalı (hər kv. m üçün 18 manat), digər rayon (şəhər) və qəsəbələr (kəndlər) üzrə 0,5 əmsalı (hər kv. m üçün 7,5 manat) tətbiq olunacaq.

Qeyd edək ki, bu vaxta qədər vətəndaşlar tərəfindən mənzil satıldıqda onun alınmasına və yaxşılaşdırılmasına çəkilən xərc nəzərə alınmaqla satış qiyməti əsas götürülürdü. Bu isə qanunun tətbiqində müəyyən problemlər yaradırdı.

Alqı-satqı zamanı alan və satan tərəflər razılaşma qiymətini daha gizlətməyəcək. Bu əhəmiyyətsizdür, Çünki, əgər qabaqlar vergini azaltmaq məqsədilə qiymət aşağı yazılırdısa, indi bu “manevrə” ehtiyac qalmır.

Yeni sistem praktik olmaqla hər iki tərəf (satıcı və vergi orqanı) üçün işi asanlaşdırır.

Amma bir məsələ də var ki, yeni qaydalar üzrə “oyun şərtləri” vergiyığanları bazarda qiymətlərin necə olmasından asılı etmir. Onlar sabit məbləğdə vergi alacaqlar. Amma, deyək ki, qiymətlərin artımından 6000 manat “tutan” şəxs elə həmin məbləği vergi şəklində ödəməli olacaq.

Bu, daşınmaz əmlak bazarında qiymətlərin düşəcəyi ilə bağlı pessimist ssenari halında daha tez-tez baş verəcək. Başqa sözlə, daşınmaz əmlaka investisiya elə də əlverişli olmayacaq.

Əvvəlki qaydalarda isə zərərlə (baha alıb ücüz satan) mənzil satan satıcılar vergi ödəmirdilər.

Buna da bax: Qarabağda tanklar niyə işə düşdü?

Vergi güzəştləri necə olacaq?

Dekabrın 31-dək keçərli olan indiki qaydalara görə, 3 il daimi yaşayış yeri olan mənzillər satıldıqda vergidən azad olunurdu. Gələn ildən isə 3 il deyil, 5 il daimi yaşayış yeri olan yaşayış təyinatlı mənzil və evlər satıldıqda vergidən azad olunur.

Vergi ödənişinə qarışmayacaqsan

Yenilik odur ki, vergi daşınmaz əmlak alınıb-satıldığı anda, elə notariat kontorundan çıxmadan notarius tərəfindən hesablanacaq və bir bank günü ərzində dövlət büdcəsinə ödəniləcək. Alqı-satqı müqaviləsi bağlanan kimi, notarius vergi məbləğini satıcıdan tutacaq.

Rəşad Əliyev deyir ki, Azərbaycanda bəzi satıcılar notarius və qeydiyyat xərcləri kimi, vergi xərclərinin bir hissəsini alıcının üzərinə qoymağa cəhd edirlər . Hərçənd, vergi ödəmək öhdəliyi satıcıya aiddir.

Buna da bax: Rusiyada irqçilik: Obamanı meymuna "çevirdilər"

Yeniliyin müsbət tərəfi də var

Alqı-satqı zamanı alan və satan tərəflər razılaşma qiymətini daha gizlətməyəcək. Bu əhəmiyyətsizdür, Çünki, əgər qabaqlar vergini azaltmaq məqsədilə qiymət aşağı yazılırdısa, indi bu “manevrə” ehtiyac qalmır.

Dəyişikliklər mənzil və qeyri-yaşayış sahələrinin investisiya cəlbediciliyini müəyyən qədər artıracaq.

Rəşad Əliyev hesab edir ki, yeni vergiqoyma sistemi daha sadədir, lakin mükəmməllikdən uzaqdır.

Ekspertin fikrincə, bu sistem depressiya dövrünü yaşayan indiki bazar üçün hesablanıb və bu meyil hələ bir neçə il davam edə bilər. “Buna görə də alıcılara tövsiyəm budur ki, alqı-satqı müqavilələrindəki qiymətlərə qarşı diqqətli olsunlar və azaldılmasına imkan verməsinlər. Çünki əvvəlki sistem nə vaxtsa qayıda bilər”.

XS
SM
MD
LG