Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:27

Mərhələli həll planı nədir? (ŞƏRH)


"Rusiya Qarabağı Abxaziyaya çevirmək istəyir"
Gözlə

No media source currently available

0:00 0:16:32 0:00

"Rusiya Qarabağı Abxaziyaya çevirmək istəyir"

Politoloq Zərdüşt Əlizadə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Qarabağ probleminin həllində Rusiyanın mərhələli həll planı barədə dediklərini Azadlıq Radiosuna belə şərh edib.
Elmar Məmmədyarov iki gün əvvəl mətbuat konfransında demişdi ki, Rusiya da Qarabağ münaqişəsinin həlli ilə bağlı mərhələli planı dəstəkləyir.

Zərdüşt Əlizadə qeyd edib ki, Ermənistan tərəfi işğal altındakı rayonların boşaldılması ilə Dağlıq Qarabağda referendum keçirilməsi arasında elə də zaman fərqi tanımaq istəmir. Qarabağın erməni əhalisinin təhlükəsizliyinə beynəlxalq birlikdən təminat tələb edir.
Z. Əlizadə Azərbaycan tərəfin mövqeyini isə belə şərh edir: “Azərbaycan tərəfi öncə erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmasını tələb edir. Yəni “sən qoşunları çıxar, referendum sonra ”. Referendumu necə keçirmək məsələsini Azərbaycan öz səlahiyyətində saxlamaq istəyir”.
Z. Əlizadənin fikrincə, Ermənistanın referendum tələbini qəbul etmək Dağlıq Qarabağı itirmək deməkdir.

Politoloq E. Məmmədyarovun “Rusiyanın yanaşması da aysberq kimidir, üzdə bir cür görünür, amma alt qatda tamam başqa şeylər olur ” fikirlərini də şərh verib :“ Azərbaycan tərəfi açıq Rusiyaya deyə bilmir ki, bu problemi, bu fəlakəti sən yaratmısan, indi də sən idarə edirsən. Ona görə də, üstüörtülü eyhamlarla danışırlar. Həm də problemin həllinə Rusiyanın mövqeyi birmənalı deyil. Köhnə xalq məsəlində deyildiyi kimi “dovşana qaç, tazıya tut” deyir. Rusiya zahirən özünü problemin həllinə maraqlı tərəf göstərir. Amma əslində bunu etmək istəmir. Rusiyanın Ermənistana son davranışları bunu deməyə əsas verir. Rusiya Ermənistanın onu eşitmək istəməməsı səhnəsi qurub. Bu olanlar isə dekorasiyadır. Çünki Ermənistan Rusiyanın əlində yox, cibindədir”.

Politoloq Qərbin də mövqeyini Azərbaycana o qədər də sərfəli saymır: “Qərb bir tərəfdən problemin həllindən danışır, digər tərəfdən ermənilərə maliyyə dəstəklərini əsirgəmirlər. Odur ki, problem 25 ildən çoxdur həllini tapa bilmir”.

XS
SM
MD
LG