Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:14

Ermənistana 6 meyit təhvil verilib


Arxiv fotosu
Arxiv fotosu

Sentyabrın 23-də 6 Ermənistan hərbi qulluqçusunun meyitlərinin Yerevana təhvil verildiyi bildirilir

Bugün, sentyabrın 23-də 6 Ermənistan hərbi qulluqçusunun meyitlərinin Yerevana təhvil verildiyi bildirilir.

Bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında bəhs edilir.

Komissiya bundan əvvəl də 127 Ermənistan hərbçisinin meyitinin qarşı tərəfə təhvil verildiyini açıqlamışdı.

Ötən həftə Azərbaycan və Ermənistan sərhədində vəziyyət yenidən gərginləşmişdi. Hər iki tərəfdən hərbi qullqçunun həlak olduğu bildirilib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, bu döyüşlərdə onlar tərəfdən ümümuilkdə 80-ə yaxın hərbi qulluqçu həlak olub.

Ermənistan tərəfi isə 200-dən çox hərbçi itirdiklərini açıqlayıb.

Tərəflər atəşkəsin pozulmasına görə, bir-birlərini günahlandırırlar.

Ermənistan Azərbaycan hərbi quluqçularının onların ərazisinə daxil olduğunu, Azərbaycansa öz növbəsində qarşı tərəfin təxribatı ilə üzləşdiyini vurğulayır.

Sentyabrın14-dən tərəflər arasında yenidən atəşkəs əldə edildiyi bildirilib.

Hüquq müdafiəçisi: "Hökumət itkilərin miqyasını gizlətməyə çalışır"
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG