Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:00
Milli Şuranın Bakıda mitinqi, 8 aprel 2017
Milli Şuranın Bakıda mitinqi, 8 aprel 2017

Milli Şura Bakıda mitinq keçirdi

Aprelin 8-i Demokratik Qüvvələrinin Milli Şurası Bakının Yasamal rayonu ərazisindəki “Məhsul ” stadionunda mitinq keçirib. Aksiya Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

Polis aksiya ilə bağlı məlumat yayıb

Bakı şəhər Baş Polis İdarəsinin aprelin 8-də Milli Şuranın keçirtdiyi aksiya ilə bağlı məlumat yayıb. Açıqlamada deyilir ki, Bakı şəhər icra hakimiyyəti ilə razılaşdırlmış aksiyada hər hansı insident baş vermyib.

Polisin açıqlamasında mitinqdə iştirak edənlərin sayına da toxunulur. Bildirilir ki, aksdiyada Milli Şuraya daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalif qeyri-hökumət təşkilatlarının 1500-ə kimi üzvünün iştirak edib.

Ancaq aksiyanın təşkilatçıları Bakı şəhər Baş Polis İdarəsinin açıqladığı rəqəmlə razılaşmırlar. Aksiyada açıqlanan rəqəmdən dəfələrlə çox insanın iştirak etdiyi bildirilir.

Aksiya qətnamə oxunuşu ilə başa çatıb.

C.Həsənlinin çıxışından sonra mitinqin qətnaməsi oxunub.

Qətnamədə Azərbaycan hakimiyyətinin siyasəti sərt tənqid edilib.

“Hökumət Azərbaycanı fəlakətə sürükləyir. Avtoritar idarəçilik ən pis hal alıb. Hakimiyyət tamamilə bir ailənin əlində cəmləşdirilir. Ölkə başçısı 2016-cı ildə keçirilmiş saxta referendumdan yararlanaraq, ailə üzvlərini yüksək dövlət vəzifələrinə gətirir. İlham Əliyev həyat yoldaşını birinci vitse-prezident təyin etməklə, cumhuriyyətin 100 illiyini qeyd edəcək azərbayanlılara həqarət edib. Müasir dünyadakı ən qatı diktatorları, kral və şahları belə öz həyat yoldaşlarını özlərinə rəsmən müavin təyin etməyiblər”, qətnamədə deyilir.

Sənəddə azad mediaya basqılar pislənilir, polis rejiminin hökm sürdüyü vurğulanır.

“Bütün bunların bir məqsədi var - ölkəni talamağa davam etmək”, sənəddə deyilir.

Milli Şura hökumətdən tələb edir ki, talançı siyasət durdurulsun, korrupsiya və monopoliyaya ilə təcili sərt tədbirlər görülsün.

Qətnamədə vurğulanır ki, əhalinin ağır sosial durumdan xilas edilməsindən ötrü təcili addımlar atılmalı, müavinət və sosial ödənişlər artırılmalı, medianın azad fəaliyyəti təmin olunmalı, Avrointeqrasiya kursu gücləndirilməlidir.

Aksiya qətnamə oxunuşu ilə başa çatıb.

Milli Şuranın sədri Cəmil Həsənli öz çıxışında hökumətin əksər sahələrdəki siyasətini sərt tənqid edib. O, ölkədə korrupsiyanın, monopoliyanın tüğyan etdiyini, bunun başında isə şəxsən prezident İlham Əliyevin dayandığını bildirib.

“Ölkə korrupsiyaya bataqlığına dönüb. Bunla mübarizə görüntüsü yaradılar. Müxtəlif tədbirlərin görüldüyünü bildirirlər. Faydası yoxdur. Çünki bu korrupsiyanın başında prezident İlham Əliyevin özü dayanır. Ölkədə monopoliya qurulub. Hər şeyə, ixraca, idxala, bütün qiymətlərə özləri nəzarət edirlər. Monopoliyaya ilə tədbirlər görüntüsü yaradırlar. Guya, hansısa tədbirlər görürlər. Ancaq heç bir faydası yoxdur. Çünki monopoliyanın başında da İlham Əliyevin özü dayanır”, C. Həsənli bildirib.

Milli Şura sədri sonra da deyib:

“ Konstitusiyanı hər 3-5 ildən bir dəyişdirdilər. Bu dəyişiklər demokratiyanı genişləndirməyə xidmət etdimi? Hamısının məqsədi Əliyevlər xanədanının hüquqlarını daha da genişləndirmək, hakimiyyətin bir ailənin əlində toplanmasına hüquqi əsalar yaratmaq idi. Hələ onu da deyirlər ki, “biz idarəçilik sahəsində dünyaya nümunə veririk”. XXI əsrdə bir prezident sərəncam verib, öz həyat yoldaşını vitse-prezident təyin edirsə, bu dünyaya hansı nümunədir”, deyə Cəmil Həsənli sual edib.

O, Milli Şuranın təşkil etdiyi etiraz aksiyalarının məqsədlərinə toxunaraq deyib ki, niyyətləri milləti azad dünya içində görmək, xalqın azad və firavan yaşamasını təmin etməkdir.

“Bizimlə eyni coğrafiyada olan bir çox ölkələr, artıq Avropaya inteqrasiya ediblər. Halbuki, Azərbaycan öz imkanlarına, sərvətlərinə görə, həmin ölkələrdən daha tez qabaqcıl dünyaya inteqrasiya olunmalı idi. Ancaq, ölkəmizin başında duranlar xalqın sərvətini talayıb buna imkan vermədilər. Bunun bədəlini də xalq ödəməli oldu. Xalqın hansı sərgərdan durumda olduğu hamımıza bəllidir. Sağlamlığını, əməyini öz ölkəsinə qurban vermiş insanları hökumət 100 manat verməklə dəyərsiz hala salıb”, deyən C. Həsənli qeyd edib ki, xalqın əzmi, iradəsi ortalıqda olmadıqca, bu durum dəyişməyəcək.

O, “siyasi məhbus” problemi haqda da danışıb, 100-dən artıq günahsız insanın mövqeyinə görə, həbs edildiyini bildirib.

C. Həsənli Milli Şura adından hökumətdən bütün siyasi məhbus sayılan şəxslərin azad olunmasını tələb edib.

Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli də çıxışında hökuməti tənqid edib.

“Heç kim azadlığa, demokratiyaya mübarizəsiz nail olmayıb. Heç bir topluma azadlığı, demokratiyanı ovuc içində vermirlər. Azadlıqları heç kimə vermirlər, azadlıqlar alınır. Həm də bu şərəf, ləyaqət məsələsidir”, deyən G.Hacıbəyli bəzən onların təşkil etdikləri aksiyalara, mübarizəyə rişxənd edildiyini bildirib.

“Doğrudur, biz bu gün Azərbaycanda bərqərar olan rejimi dəyişə bilmirik. Ancaq belə düşünənlər bilsinlər ki, hökumətin Azərbaycanı Özbəkistana, Türkmənistana çevirməsinə imkan verməmişik”.

O, normal cəmiyyət istədiklərini vurğulayıb.

“Normal səhiyyə sistemi istəyirik. Elə səhiyyə sistemi ki, orda insanların sağ ayağı əvəzinə, sol ayağını kəsməsinlər... Biz normal cəmiyyət istəyirik. Elə bir cəmiyyət ki, orda bizim üçün sağlamlığını qurban verən Asif Yusiflilər baxışlarına, düşüncələrinə görə, həbsxanada olmasınlar. İki nəfərin ölümünə səbəb olan məmur övladları 3 ildən sonra əfv edilib azadlığa buraxılmasınlar. Biz çoxmu şey istəyirik? ”

Gürcüstanın, Ukraynanın bütün Avropaya vizasız gediş imkanı qazandığını, Azərbaycanda isə rayon avtomobillərinin Bakıya buraxılmadığını qeyd edən Gültəkin Hacıbəyli əsas hədəfin Avropaya inteqrasiya etmək olduğunu bildirib.

Davamı

XS
SM
MD
LG