Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 07:57

Deputat: 'Müavinətləri çox verməyin faydası yoxdur' [video]


Pensiyaçılar prezidentin verdiyi 5 manat haqda...
Gözlə

No media source currently available

0:00 0:14:21 0:00

Pensiyaçılar prezidentin verdiyi 5 manat haqda... [video]

Dövlət büdcəsinin gündən-günə kiçilən vaxtı hökumət kasıbın qayğısına necə qalsın? Necə eləsin ki, ayda ortalama 70 dollar alan kimsəsiz qoca acından zəifləməsin və ya soyuqdan sətəlcəm olmasın?

Və ya minimum əmək haqqı, yəni, elə təqribən, 70-80 dollar alan vətəndaş, məsələn, kitabxanaçı, tibb bacısı ondan narazı qalmasın?

Qeyri-hökumət təşkilatları deyirlər ki, indi aztəminatlılara kömək eləmək daha çətindir. Onlara Azərbaycanın pullu vaxtında obrazlı desək, şişin ucunda pul verilib.

Buna da bax:​ Məcburi köçkünlərin vahid aylıq müavinət qaydası təsdiq olundu

Fiziki məhdudiyyətlilərin də pensiyası gecikir.

“Yeni il bayramı oldu, amma pensiyanı yanvarın 3-ü verirlər. O da 74 manat. Nə etsin, Yeni ili ac keçirir əlil”

“Çəkə bilərsiz, ancaq, yağla şordur”

Düzdür, hökumət minimum əmək haqqını yanvarın 21-də 11 manat qaldırıb, indi 116 manatdır.

Azərbaycan Avropa Sosial Xartiyasının üzvüdür və xartiyanın tələbinə görə, minimum əmək haqqı 300 manata yaxın olmalıdır.

Hökumət pensiyaların sığorta hissəsini yanvarda 10 faiz, təqribən 5 manat artırıb.

Buna da bax: Köçkünlərə 36 manatlıq vahid aylıq müavinət veriləcək

Pensiyaçı Ələddin Mansurov deyir ki, bu artım ona bəs eləmir:

“Çox azdır, həddindən artıq bahaçılıqdır. Hər şey həddindən artıq bahadır. Çatmır heç nəyə”.

Müstəqil iqtisadçılar hesablayıblar ki, bazarda qiymətlər orta hesabla 40 faiz qalxıb və artımlar adamların qarnını doydurmur.

Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov isə Dövlət statistika komitəsinin rəqəmlərinə istinad edib deyir ki, istehlak qiymətləri cəmi 12 faiz artıb və artım ədalətlidir.

Buna da bax:​ Pensiya artımına hər ay 10 milyon yönəldiləcək

Deputat: "Tənzimlənən iqtisadiyyata keçək"

Araz Əlizadə
Araz Əlizadə

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvü, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyir ki, hökumətin gücü nəyə çatıb, müavinəti o qədər də artırıb:

“Dünyada iqtisadi böhrandır. İnsanların real qazancı azalır. Azərbaycan az ölkələrdəndir ki, prezidentin dediyi kimi sosial proqramları kəsmir. Ona görə də Azərbaycan ayağını yorğanına görə uzadır. İmkan 10 faiz indeksasiya etməyə çatır, 10 faiz indeksasiya edir. Siz real bazar qiymətlərinə uyğun indeksasiya edən ölkəni mənə göstərin”.

Müstəqil iqtisadçılar başqa bir aztəminatlı qrup -sosial yardım alanların da sayının artacağını gözləyir. İş yerləri bağlandıqca sosial müdafiəyə ehtiyacı olan işsizlərin sayı artacaq. İqtisadi və Sosial İnkişaf Mərkəzində çalışan iqtisadçı Rəşad Həsənov deyir ki, indiki halda çıxış yolu iqtisadi mühiti yaxşılaşdırmaq, ailələrə yardım etmək lazımdır ki, öz bizneslərini qursunlar - yardımlar dərdə çox da çarə olmayacaq.

Buna da bax:'Ölkə ata malı kimi bölüşdürüldü'

Bakı sakinlərindən əhalinin sosial müdafiəsi haqqında nə düşündüklərini soruşmuşuq:

Hökumət aztəminatlıları necə qoruyur?
Gözlə

No media source currently available

0:00 0:00:32 0:00

Deputat Araz Əlizadə isə deyir ki, müavinətləri çox verməyin faydası yoxdur, bahalaşmanın qarşısını almaq lazımdır - azad bazar yox, tənzimlənən bazar qaydalarını tətbiq etmək lazımdır:

“Yeganə yol azad bazar iqtisadiyyatından müəyyən müddətə çəkinməkdir. Tənzimlənən bazar olmalıdır. Biz çox tələm -tələsik tənzimlənən bazar iqtisadiyyatından istifadə etmədən azad bazara yox, vəhşi bazar iqtisadiyyatına keçdik. Ona görə də nə qədər maaşlar artsa, sizin inandırım ki, bazarda qiymətlər ondan daha çox artacaq”.

Buna da bax:​ Müavinətlər və pensiyalar verilmir

Araz Əlizadə deyir ki, möhtəkirlər prezidentin müavinətləri artırmasını görüb qiymətləri qaldırırlar. Deputat hesab etmir ki, idxal mallarının artımı manatın ucuzlaşması və dolların bahalaşması ilə bağlıdır. Onun sözlərinə görə, dollar ucuz olanda da qiymətlər həmişə qalxırdı. Deputat deyir ki, tez və çox pul qazananların qarşısını almaq üçün onlara qadağa qoymaq lazımdır ki, qiyməti qaldıra bilməsinlər.

Bahalaşmanın əsas səbəbinin monopolçular olduğunu müstəqil iqtisadçılar da deyirlər. Bildirirlər ki, hökumət idxal monopoliyanı ümumiyyətlə aradan qaldırmalı, ölkəyə mal gətirənlərin sayının artmasına nail olmalıdır.

XS
SM
MD
LG