Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 00:04

Navalnının həmkarları ‘terrorçu’ siyahısında


Rusiyada Navalnıya dəstək aksiyası, arxiv fotosu
Rusiyada Navalnıya dəstək aksiyası, arxiv fotosu

Onların hər ikisi ötən il ölkədən çıxıb, xaricdə yaşayırlar

Rusiyada həbsdə olan müxalifətçi Aleksey Navalnının yaxın həmkarları İvan JdanovLeonid Volkov Rusiyada “ekstremistlər və terrorçular” siyahısına salınıb.

“Interfax” dövlət xəbər agentliyi yanvarın 14-də bu iki şəxsin adının “Rosfinmonitoring”in reyestrində peyda olduğunu bildirir.

Rusiya qanunvericiliyinə görə, bu siyahıya salınanların bank hesabları dərhal dondurulmalıdır.

Volkov Navalnının Rusiyada hazırda işləməyən şəbəkələrinin keçmiş koordinatoru, Jdanov isə Navalnının Antikorrupsiya Fondunun (FBK) keçmiş rəhbəridir. Onların hər ikisi ötən il ölkədən çıxıb, xaricdə yaşayırlar.

Rusiya ötən il hər iki fəalı beynəlxalq axtarış siyahısına saldığını açıqlayıb.

Korrupsiya araşdırmaları, “smart səsvermə”

FBK son on ildə hökumətin aparıcı məmurlarını hədəfə alıb, “Navalny LIVE” kanalında korrupsiya araşdırmaları yer alıb.

Navalnının siyasi şəbəkəsi “smart səsvermə” strategiyasını həyata keçirib. Bu layihənin məqsədi Kremlə bağlı siyasətçiləri məğlub etmə ehtimalı böyük olan namizədlərin təbliği idi.

Moskva Şəhər Məhkəməsi ötən il FBK və Navalnıya bağlı digər qrupları ekstremist elan edib. Bu isə Navalnı və onun Rusiyadakı regional ofislərinə bağlı şəxslərin dövlət vəzifəsinə seçilməsinin qarşısını almış olub.

Qərarda həmin qurumlarla işləmiş fəallar üçün uzunmüddətli həbs cəzaları da nəzərdə tutulub.

XS
SM
MD
LG