Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:36

Nazirlik avtovağzal məsələsinə aydınlıq gətirib


Bakı Beynəlxalq Avtovağzal Kompleksi
Bakı Beynəlxalq Avtovağzal Kompleksi

Bir müddət öncə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) idarəçiliyinin dəyişməsi haqda yerli mediada məlumat yayımlandı. İdarəçiliyin verildiyi bildirilən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) bu məlumatı təkzib etməmişdi.

AzadlıqRadiosunun sorğusuna cavabda nazirlik Bakı avtovağzalının ona aidiyyəti məsələsinə aydınlıq gətirib. Cavab məktubunda qeyd olunur ki, Bakı Beynəlxalq Avtovağzalı«Azerbaijan Ground Services» MMC özəl mülkiyyətdir. BBAK-nın nazirliyin strukturuna daxil edilməyən təsərrüfat hesablı müəssisələr sırasına qoşulması istiqamətində iş aparılmır.

«Amma Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəqliyyat sahəsində dövlət siyasətini gerçəkləşdirən tənzimləyici mərkəzi icra hakimiyyəti orqanı olaraq, ölkənin sərnişindaşımada vacib strukturu olan Bakı Beynəlxalq Avtovağzalının fəaliyyətini diqqət mərkəzində saxlayır», – nazirliyin məktubunda yazılıb.

ƏVVƏL DİREKTOR QARDAŞI İDİ, İNDİ QARDAŞOĞLU

Avtovağzalın mülkiyyətçiliyi haqda söz-söhbətlər NRYTN-nın yaranması və nəqliyyat naziri Ziya Məmmədovun vəzifəsindən uzaqlaşdırılmasından sonra baş qaldırmışdı. Vergilər Nazirliyinin məlumatına görə, avtovağzala bir müddət Ziya Məmmədovun qardaşı Elton Məmmədov rəhbərlik edib.

***Buna da bax-Beynəlxalq Avtovağzalın sahibi Vircin adalarından çıxdı

AzadlıqRadiosunun 2011-ci ildə apardığı araşdırma müəyyən etmişdi ki, 80 milyon ABŞ dollarına başa gəlmiş avtovağzal «Bakı-XXI Əsr» MMC-yə məxsusdur. Bu şirkəti Vircin adalarında qeydiyyatdan keçmiş «Trans European Leasing Group» şirkəti 2004-cü ildə təsis edib. «Bakı-XXI Əsr» MMC-nin hazırkı direktoru Ziya Məmmədovun digər qardaşı - Nəriman Məmmədovun oğlu Famil Məmmədovdur.

Bəs avtovağzal hazırda kimə məxsusdur? Bakı Beynəlxalq Avtovağzalının mətbuat katibi Yaşar İsakov AzadlıqRadiosunun bu haqda sualından yayınıb.

BAKI, YEVLAX, AĞSU, QUBA VƏ UCAR AVTOVAĞZALLARI

«Azerbaijan Ground Services» MMC-yə gəlincə, 2016-cı ildə yaradılan bu şirkət özünün internet saytında Bakı Beynəlxalq Avtovağzal Kompleksindən başqa, Yevlax, Ağsu, Quba və Ucar avtovağzalları haqda da məlumat verir. Bu avtovağzalların bir çoxunun «ZQAN Konstrakşn» MMC«Azərinşaatservis» MMC tərəfindən tikildiyi bildirilir. Məsələn, hər biri 4 milyon 800 min dollara başa gəldiyi iddia olunan Yevlax və Quba avtovağzalları «Garant Holding» MMC-yə daxil olan «M-Trans» MMC-nin sifarişi ilə inşa olunub.

Həm «Azerbaijan Ground Services» MMC, həm də «M-Trans» MMC ölkədaxili və beynəlxalq sərnişindaşımaları ilə məşğuldur.

«Azerbaijan Ground Services» MMC-nin direktoru Seymur Aslanovdur. Mətbuat onun 2015-ci ildə BBAK-ın direktoru təyin olunduğunu yazır.

XS
SM
MD
LG