Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:29

'Şahdəniz'dən Neft Fonduna gəlir dayanır


Arxiv fotosu
Arxiv fotosu

2016-cı ilin 6 ayında Dövlət Neft Fonduna( DNF) “Şahdəniz” yatağından mənfəət qazı satışından 64 milyon dollar daxil olduğu bildirilir.

"Turan" informasiya agentliyinin xəbərinə görə, ikinci aydır ki, Dövlət Neft Fondu “Şahdəniz” yatağından gəlirlər hesabına “sıfır” yazır. Sonuncu dəfə bu ilin mayında oradan 19 milyon dollar gəldiyi qeyd edilir .

Agentliyin xəbərində bildirilir, hazırda “Şahdəniz 1” layihəsi çərçivəsində mənfəət (sutkada 30 milyon kubmetr qaz və 50 min kubmetr kondensat) “Şahdəniz-2” layihəsi çərçivəsində iri investisiyaların ödənilməsinə xərclənir. Amma PSA (Hasilatın Pay Bölgüsü-AR) saziş şərtlərinə əsasən, dövlət və ya şirkətdən ötrü “sıfır” mənfəət yolverilməzdir.

"Turan" bu barədə Neft Fonduna göndərdiyi sorğusuna cavab olaraq bildiriblər ki, SOCAR və BP qarşısında məsələ qaldırılıb və rəsmi cavab gözlənilir. Orud ki, hələlik neft şirkətlərinin bu məsələ ilə bağlı mövqeyi məlum deyil.

***Bunlara da baxın:

DNF-nin məlumatına görə, “Şahdəniz” yatağından hasilat başlayandan 2016-cı il avqustun 1-nə kimi mənfəət qazı satışından ona 2 milyard 506 milyon dollar gəlib.

“Şahdəniz” yatağının işlənməsi üzrə saziş 1996-cı il iyunun 4-də bağlanılıb.

Səhmdarlar BP (28,8 faiz ), TPAO (19 faiz ), Petronas (15,5 faiz ), SOCAR (10 faiz ), LUKoil (10 faiz), NICO (10 faiz ) və SGC (6,7 faiz ) şirkətidir.

Şahdəniz Mərhələ 2 və ya Yatağın Tammiqyaslı İşlənməsi Azərbaycan qazını Avropaya çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni cənub qaz dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchizatınıartırmalıdır.Şahdəniz Mərhələ 1 layihəsində hazırdaildə 9 milyard kub metr qaz hasil olunduğu bildirilir.

Şahdəniz Mərhələ 2 layihəsində ümumilikdəillik16 milyard kub metr qazın hasil ediləcəyi gözlənilir. Quruda tikinti meydançalarında və Terminalda həyata keçirilən işlərin böyük hissəsinin 2017-ci ilin sonuna qədər davam edəcəyi bildirilir.

XS
SM
MD
LG