Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:04

Neft də manatla eyni gündə yeni «rekord» vurub


Azərbaycan manatının 48 faiz ucuzlaşdığı gün Brent markalı neftin qiyməti də son 11 ildə ən aşağı səviyyəyə enib.

Hazırda bir barrel neftin qiyməti 36,35 dollardır. Ötən günün başlanğıcında qiymət qısa müddətdə hətta 36,04 dollara enmişdi.

Beləliklə, Brent neftinin qiyməti bu ay 19 faiz enib. Bu ABŞ-da Lehman Brothers bankının çökdüyü 2008-ci ildən bəri neft qiymətinin ən sərt enişidir.

Ekspertlər buna əsas səbəblərdən biri kimi bu qışın orta normadan daha isti olması ilə əlaqələndirirlər.

Bu hələ dib deyil

ABŞ neftinin qiyməti 2009-cu ilin ən aşağı həddindən bir qədər yüksəkdə (34,17 dollar) qalıb. Ekspertlər bu həftə də neft bazarının xammalla ifrat dolmaqda və deməli qiymətlərin düşməkdə davam edəcəyini proqnozlaşdırılar.

Ekspertlərin fikrincə, neft qiymətləri hələlik mümkün olan ən aşağı həddə və “qiymət dibinə” çatmayıb

Ümumiyyətlə isə neft qiymətlərinin bu il ərzində düşməkdə davam etməsi Çin iqtisadiyyatının hələ də yavaşıması ilə izah edilir. Ekspertlərin fikrincə, neft qiymətləri hələlik mümkün olan ən aşağı həddə və “qiymət dibinə” çatmayıb.

Təhlilçilər bildirirlər ki, OPEC və Rusiya ABŞ istehsalçılarını hasilatı azaltmağa məcbur etmək məqsədilə öz hasilatlarını yüksək səviyyədə saxlayırlar.

Qışın mülayim keçməsi ilə bağlı mazutun və ya «qazanxana nefti»nin fyuçers qiymətləri, ümumlikdə Brent markalı neftin qiymətini 2004-ci ilin səviyyəsinə endirib.

Neftin yandırdığı büdcələr

Eyni zamanda qlobal neft hasilatı az qala rekord səviyyəyə yüksəlməkdədir. Neft qiymətlərinin, bazara İran və Liviya neftinin daxil olmasından daha da düşəcəyi söylənir.

Dünya neft bazarındakı qiymətlərə ABŞ-ın neft ixracına qoyulmuş 40 illik qadağanı qaldırması da ciddi təsir edib.

Reuters agentliyi qeyd edir ki, istehlakçı ölkələr aşağı qiymətlərdən iqtisadi artım üçün faydalansalar da, neftlə zəngin ölkələr daha çox borca girməli və milli valyutalarını devalvasiya etməli olur.

Neft qiymətlərinin 11 illik «aşağı rekordu» Azərbaycan manatının dollar nisbətdə kəskin ucuzlaşması ilə eyni günə təsadüf edib.

Təhlilçilər bildirirlər ki, OPEC daxilində aparıcı rola malik Səudiyyə qiymətlərin düşməsini böyük istehsal həcmləri ilə kompensasiya etsə də, kartelin daha kasıb üzvləri daha ağır vəziyyətə düşürlər.

18 ay əvvəl, 2014-cü ilin iyununda neftin bir barreli 115 dollara idi.

XS
SM
MD
LG