Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:08

Əfv edilən "siyasi məhbuslar" edilməyənlərin evinə qonaq gedir


Azadlığa çıxmış "siyasi məhbuslar" İntiqam Əliyevgildə
Azadlığa çıxmış "siyasi məhbuslar" İntiqam Əliyevgildə

►İntiqam Əliyev və İlqar Məmmədovun ailəsi gözünü əfvə dikməyib

Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin evində hay-küydür, ailə üzvləri bayram ovqatındadır. Qızı Nərmin deyir ki, azadlığa buraxılan “siyasi məhbuslar” onlara qonaq gələcək, ona görə əl-ayaq edirlər.

Tanınmış hüquq müdafiəçisinin adı əfv sərəncamına düşməsə də, Əliyevlər ailəsi sevinir. İntiqam Əliyevin xanımı Nurlana Əliyeva deyir ki, əsas odur, xeyli məhbus buraxılıb:

“Çox sevindik onların adına. Biz də gözləyirdik, amma özü bizə demişdi ki, boş yerə ümid etməyək”.

İntiqam Əliyev
İntiqam Əliyev

Ancaq Nurlana xanım onu da əlavə edir ki, İntiqam Əliyev ailəsini hazırlayıbmış:

“Bizə demişdi ki, bu əfv sərəncamında adı ola bilməz”.

Evlərinə gələcək qonaqları qarşılamaqla yanaşı, Əliyevlər ailəsi həm də ailə başçısı ilə görüşə hazırlaşır, Nurlana xanım bayram sovqatı tutur.

“Heç olmasa, siyasi məhbusların bir çoxu artıq azadlıqdadır”

ReAL hərəkatının sədri İlqar Məmmədov isə artıq ailəsinin bayram sovqatını alıb. Xanımı Vəfa Məmmədova deyir, onunla yenicə görüşüblər:

“Adının əfv siyahısına düşəcəyini gözləmirdik. Azadlığa çıxan dostlara görə çox sevindi, dedi ki, “heç olmasa, siyasi məhbusların bir çoxu artıq azadlıqdadır”. Özünün adının əfv siyahısında olmamasını təbii qarşıladı. Çünki əvvəldən bilirdi ki, adını siyahıya salmayacaqlar”.

Vəfa Məmmədova inanır ki, İlqar Məmmədov azadlığa əfv sərəncamı ilə yox, məhkəmə qərarı ilə çıxacaq. O əlavə edir ki, ReAL sədrinin ovqatı yaxşıdır və hazırda Apellyasiya Məhkəməsində prosesin başlamasını gözləyir.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

İlqar Məmmədov (ortada)
İlqar Məmmədov (ortada)

Avropa Məhkəməsinin qərarından sonra Azərbaycan Ali Məhkəməsi İlqar Məmmədovun işini yenidə baxılması üçün iş Şəki Apellyasiya məhkəməsinə göndərib.

İlqar Məmmədov 2013-cü il yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkili ittihamı ilə həbs edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İlqar Məmmədovun Konvensiyanın 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə hüququ) və 18-ci (hüquqların məhdudlaşdırılması hüdudları) maddələrində nəzərdə tutulan hüquqlarının pozulduğunu etiraf edib.

AŞ Nazirlər Komitəsi bir neçə dəfə Azərbaycan hökumətini İlqar Məmmədovla bağlı Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Hüquq müdafiəçisi İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. 2015-ci il aprelin 22-də vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə 7 il 6 ay azadlıqdan məhrum edilib.

«Amnesty International» təşkilatı İntiqam Əliyevi vicdan məhbusu elan edib.

Azərbaycan hökuməti isə ölkədə "siyasi" və "vicdan" məhbusu olmadığını bildirir.

Buna da bax: "Xədicə ona görə əfvə düşmədi ki..."

"Xədicə ona görə əfvə düşmədi ki..."
Gözlə

No media source currently available

0:00 0:14:52 0:00

XS
SM
MD
LG