Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:47

Pambıq əkənlərə yardımlar artıb


Pambıq yığımı
Pambıq yığımı

Əvvəlki sistem bu il də tətbiq olunsaydı, pambıqçılar indikindən 4,2 milyon manat az subsidiya alardılar

Kənd təsərrüfatı susbsidiyaları üzrə Respublika Komissiyasının fevralın 10-da keçirilmiş iclasındapambıq və tütün istehsalçılarına yardımların verilməsi məsələsinə baxılıb.

Nazirliyin mətbuat xidməti bildirir ki, ötən il pambıq əkini ilə 4 min 145 fermer və kənd təsərrüfatı müəssisəsi məşğul olub.Onlar emal müəssisələrinə 88 min 728,1 ton pambıqtəhvil veriblər. Prezident İlham Əliyevin «Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında» 2016-cı il 22 sentyabr tarixli sərəncamına görə, satılanxam pambığın hər kiloqramına 10 qəpik subsidiya ödənilir. Bunadək subsidiya əkilən torpağın sahəsinə görə ödənilirdi - hər hektara 90 manat.

Buna da bax: Balaca Heydər: Pambıq müşavirəsində parlayan ulduz

Pambıqçılar qazancdadır

Bütövlükdə pambıq istehsalçıları «Kapital Bank» ASC vasitəsilə 8 milyon 872,8 min manat subsidiya alacaqlar. «Köhnə» subsidiya sistemi ilə onlara 52 min 100 hektar sahədə əkilən pambığa görə bundan 4,2 milyon manat az - 4 milyon 690 min manat ödəniləsiydi.

Tütün az yığılıb, nəticədə...

Tütün
Tütün

Təhvil verilən məhsulun həcminə görə subsidiyalaşdırma sistemi ötən ildən tütünçülükdə də tətbiq olunub. Pambıqçılardan fərqli olaraq, tütün istehsalçılarına köhnə subsidiya mexanizmi (əkin sahəsinin hər hektarına görə 50 manat) daha sərfəli görünür. Səbəb – yığılan və tütün fermentləmə zavodlarına təhvil verilən məhsulun az olmasıdır. Qaydalara əsasən, quru tütünün 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına 5 qəpik subsidiya verilir. Respublika Komissiyasının qərarına görə, 197 tütün istehsalçısına toplam 96,3 min manat subsidiya ödəniləcək. Ötən il 2 min 400 hektar sahədə tütün şitili basdırılmışdı. Bu hesabla köhnə subsidiya mexanizmi fermerlərə 120 min manatdövlət yardımı vəd edirdi.

Subsidiyalaşdırılmada alternativ yollar axtarılır

Subsidiya veriləcəkpambıq və tütün istehsalçılarının siyahısı, onların əkin sahələri, təhvil verilmiş pambıq və tütünün miqdarı və hesablanmış subsidiyanın məbləği barədə məlumatlar yaxın günlərdə nazirliyin internet səhifəsində yerləşdiriləcək.

Buna da bax: 'Nə oldu, pambıqçılıqdan bir şey alınmadı?'

Kənd Təsərrüfatı Nazirliyində AzadlıqRadiosuna deyiblər ki, aqrar sektorda istehsalın subsidiyalaşdırılmasının alternativ yolları üzərində iş davam etdirilir. İstehsalı stimullaşdırmaq məqsədilə subsidiyanın məbləği bəzi digər məhsulların da (məsələn, şəkər çuğunduru) yığım və emal müəssisəsinə təhvilvermə göstəricisinə bağlana bilər.

XS
SM
MD
LG