Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 05:37

Bu qiymətə pambıq əkməyə dəyər?


Aranlı fermerlər təşfişə düşüblər
Gözlə

No media source currently available

0:00 0:03:16 0:00

Aranlı fermerlər təşfişə düşüblər

►Hökumət pambıq istehsalını artırmağa çalışır

Xaricə pambıq mahlıcı satan şirkətlər manata çevirəndə ikiqat gəlir götürəcək, amma pambıq yetirənə verəcəkləri pulu cəmi 22 faiz artırırlar.

Pambıq istehsalı və emalı müəssisələri bu il bir ton 1-ci növ pambığın satınalma qiymətini 410 manatdan 500 manata qaldıracaqlarını bildiriblər. Deyilən rəqəm fevralın 4-də - iqtisadiyyat naziri Şahin Mustafayevlə kənd təsərrüfatı naziri Heydər Əsədovun da qatıldığı görüşdə səsləndirilib.

İ.Əliyev: “Bu, insanları işə cəlb edir…”

Yanvarın 26-da keçirilən bir konfransda da pambıqçılığa diqqət məsələsi vurğulanmışdı. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının 2-ci ilinin yekunlarına həsr olunan həmin konfransda prezident İlham Əliyev hökumətə tapşırmışdı ki, pambıqçılığın inkişafı istiqamətində tədbirlər görsün:

“Çünki bu, həm insanları işə cəlb edir, - pambıq tarlalarında çox insan işləyəcək, maaş alacaqdır, - eyni zamanda, bu, valyuta gətirən məhsuldur. Biz həm xam pambığı satmalıyıq, həm də ki, onu ipliyə, daha sonra tekstilə çevirib ixrac etməliyik”.

İndi dünya bazarında bir ton pambıq mahlıcının qiyməti, azı, 1360 ABŞ dollarıdır. Manata çevirəndə, 2160 manatdan çox edir.

Bunlara da bax:

Başqa sözlə, emalçılar fermerlərə nə manatın dollardan “güclü” olduğu əvvəlki, nə də dolların manatla bərabərləşdiyi ötənilki qiymətdən çox pul ödəmək istəyirlər. Xaricə pambıq mahlıcı satan şirkətlər manata konvertasiyada ikiqat gəlir götürəcək, amma pambıq yetirənə verəcəkləri pulu cəmi 22 faiz artırırlar.

Şirkətlər yeni qiymət siyasətini şərh etməyiblər

Pambığın hər tonuna görə ödənilməsi söz verilən 500 manatın içində inflyasiya nəticəsində bahalaşan xidmət haqları da var.

Pambıq emalı sahəsini nəzarətdə saxlayan “CTS-Aqro”, “MKT İstehsalat Kommersiya” şirkətlərində yeni qiymət siyasətini şərh etməyiblər.

Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsi müdirinin müavini Seymur Səfərli AzadlıqRadiosuna deyib ki, pambığı satın alan şirkətlərin qiymət siyasətinə dövlət qarışmır.

“Biz sortların seçimində, aqrotexniki xidmətin göstərilməsində fermerlərə məsləhət xidməti göstəririk. Qiymətə gəlincə, güman ki, bu il üçün bağlanacaq müqavilə qiymətlərinin səviyyəsini şirkətlər bazardakı meyllərə uyğun müəyyənləşdirirlər”.

Ötən il mahlıc istehsalı yarıbayarı azalıb

Dövlət Statistika Komitəsinin açıqlamasına görə, 2015-ci ildə Azərbaycanda 35 min ton pambıq yığılıb. Yığım təxminən 15 fazi aşağı düşüb.

Emal müəssisələri satış üçün 6 332,9 ton və ya 2014-cü illə müqayisədə yarıbayarı az mahlıc istehsal ediblər. Əvəzində toxuculuq müəssisələri daha çox gəlirli iplik və parça istehsalını artırıblar. Ötən il toxuculuq fabriklərində pambıq parça istehsalı (9,6 milyon kvadratmetr) 11 dəfədən çox artıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ilin 9 ayında Azərbaycan gömrüyündə tonu 1055 ABŞ dolarına rəsmiləşdirilməklə 3300 ton mahlıc ixrac edilib. Bundan əlavə emal müəssisələri 5,8 milyon kvadratmetr pambıq parça ixrac edərək, 9,8 milyon dollar gəlir götürüblər. Doqquz ayda parça satışından gəlir 11,8 faiz artıb.

İqtisadiyyat Nazirliyində hesab edirlər ki, bu il pambıq əkini sahələri 30 min hektara çata və istehsal 70 min ton ola bilər. Hər şey nazirliyin planlaşdırdığı kimi getsə, pambıqçılıqda çalışanların sayı 2 dəfə artacaq.

Bəs pambıqçıların özü bu barədə nə düşünürlər?

Bu sualın cavabı hələ bəlli deyil. Bir şey bəllidir ki, onların da öz hesabı, öz hesablaması var…

Özbəkistanda pambıq tarlalarında işlədilən uşaqlarlar
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

XS
SM
MD
LG