Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:38

Polad Bülbüloğlu: «Sonuncu erməni əsgəri çıxmayınca münaqişə davam edəcək»


Cəbhə xəttindən görüntülər
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00

Cəbhə xəttindən görüntülər

-

«Bu münaqişəyə artıq çoxdan son qoyulmalıdır. Prezident İlham Əliyev dəfələrlə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiq olduğunu bəyan edib. Amma qeyd edib ki , əgər münaqişə həll olunmasa biz torpaqlarımızı işğaldan azad etmək üçün güc tətbiq edəcəyik».

Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülübüloglu Rusiyanın “Dojd” televiziya kanalına müsahibəsində deyib.

Səfir qeyd edib ki, hazırda Azərbaycan ərazisinin 21 faizi işğal altındadır və bu vəziyyətlə heç bir xalq, heç bir ölkə barışa bilməz.

Polad Bülbüloğlu deyib ki, münaqişəni həll etmək üçün ilk səbəbi aradan qaldırmaq lazımdır, bu isə Ermənistanın Azərbaycan ərazisini işğal eləməsidir:

BMT təhlükəsizlik şurasının münaqişənin həlli ilə bağlı 4 qətnaməsi, BMT-ali məclisinin qərarı, Avropa Şurası və Avropa Parlamentinin sənədləri var...

«BMT təhlükəsizlik şurasının münaqişənin həlli ilə bağlı 4 qətnaməsi, BMT-ali məclisinin qərarı, Avropa Şurası və Avropa Parlamentinin sənədləri var. Həmin sənədlərdə birmənalı şəkildə Ermənistan ordusunun işğal altında olan Azərbaycan ərazilərindən çıxarılması tələb olunur. Azərbaycan tərəfi, dəfələrlə Dağlıq Qarabağdan başqa işğal altında olan 7 rayondan 5-nin boşaldılması və bundan sonra Dağlıq Qarabağın taleyi ilə bağlı sülh danışıqlarına başlamağı təklif edib. Heç kim erməniləri ordan qovmağa çalışmır, orda yaşamış azərbaycanlılar var, onlar doğma yurdalarına qayıtmalı, iki icma ümumi dil tapmalı və birgə yaşamalıdırlar.İşğalçı korpus, sonuncü ermənistan əsgəri Azərbaycan ərazisindən çıxmayınca münaqişə davam edəcək», deyə səfir bildirib.

Videodan sonra məqalə davam edir:

Polad Bülbüloğlu daha Rusiya prezidenti Vladimir Putinin məsələyə qarşıdığını, xarici işlər naziri Sergei Lavrov və müdafiə naziri Sergey Shoygunun zəng etdiklərini deyib.

Səfir qeyd edib ki, danışmaq, vəziyyəti sakittləşdirmək olar, amma bu məsələnin həlli deyil, münaqişəni həll etmək üçün ilk növbədə Erməni qüvvələri işğal etdikləri Azərbaycan ərazilərindən çıxmalıdır.

Polad Bülbüloğlu həmçinin münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətinin səmərəsiz olduğunu deyib: “ Bilirsiz ATƏT-in Minsk qrupu var. Həmsədrlər tez-tez Azərbaycan və Ermənistanda olur, artıq 14 ildir ki, danışıqlar aparırlar. Baş sığallayıb sülhə çağırmaqla heç vaxt sülh olmayacaq.

Burda beynəlxalq normalar əsasında dəqiq və aydın şəkildə bəyan etmək lazımdır ki, kim kimin torpağını işğal edib. Və işğalçıya demək və ya təkid etmək lazımdır ki, öz ərazisinə çəkilsin. Münaqişənin həlli ilə bağlı Minsk qrupu var, Azərbaycan başqa bir təşkilata müraciət edən kimi hamı deyir ki, münaqişənin həlli ilə bağlı Minsk qrupu var.

Amma o məsələni həll eləmir və vəziyyətdən real çıxış yolları göstərmir”, deyə Polad Bülbüloğlu deyib.

Polad Bülbüloğlu bir daha qeyd edib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə tərəfdardır, amma bunun üçün ilk növbədə Ermənistan ordusu işğal etdiyi Azərbaycan ərazilərindən çıxmalıdır.

Atəşkəs bərpa olunub ?

Müdafiə Nazirliyi cəbhə xəttindəki vəziyyətlə bağlı yeni məlumat yayıb.Məlumatda bildirilir ki, yaşayış məntəqələrinə zərbə vurulması dayandırılmasa, cavab zərbələrinin endirilməsi ilə bağlı bölmələrə əmr verilib:

“Rusiyanın təşəbbüsü və vasitəçiliyi ilə aprelin 2-də Bakı vaxtı ilə saat 15.00-da cəbhə xəttində atəşkəs rejiminin bərpa olunmasına dair əldə edilmiş razılığa baxmayaraq Ermənistan tərəfi yenə də gərginliyi saxlamaqda davam edir.”-deyə Müdafiə Nazirliyi bildirir.

Müdafə Nazirliyinin açıqlamasına görə, Ermənistan Silahlı Qüvvələri işğal altında olan ərazilərə əlavə hərbi qüvvə cəmləşdirib. Bununla da, azad edilən mövqelərin, ərazilərin geri qaytarılmasına cəhd göstərilib.

Azərbaycan Müdafiə Nazirliyinin bildirməsinə görə, nəticədə qarşı tərəf 10-a yaxın tank, həmçinin canlı qüvvə itkisi verib.

Məlumatda qeyd edilir ki, Azərbaycan Silahlı Qüvvələri hücumların qarşısını alıb.

XS
SM
MD
LG