Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:17

Putin özünü təcrid edir


Putin Belarusla təlimləri izlərkən
Putin Belarusla təlimləri izlərkən

Hindistanda araşdırma COVID-lə savaşan anticismlərin birinci dozadan dörd ay sonra “əhəmiyyətli” şəkildə azaldığını üzə çıxarıb

Rusiya Prezidenti Vladimir Putinin yaxın çevrəsində bir neçə nəfərin koronovirus testi pozitiv çıxdığından özünütəcrid edib.

Kreml bu açıqlamanı Putinin tacikistanlı həmkarı Emomali Rahmonla telefon söhbətinə istinadla yayıb. Putin Rusiya istehsalı olan Sputnik V vaksini ilə tam peyvənd olunduğunu bildirir.

Prezidentin testi neqativ çıxıb

“Vladimir Putin bildirib ki, ətrafında koronavirusa yoluxmaların aşkarlanması ilə əlaqədar müəyyən müddətə özünü təcrid etməlidir”, – bəyanatda deyilir.

Amma təcridin nə qədər çəkəcəyi açıqlanmayıb.

Putinin sıx təmasda olduğu şəxslərdən COVID-19-a kimlərin yoluxduğu bəlli deyil. Kremlin sözçüsü Dmitri Peskov isə jurnalistlərə deyib ki, prezident “tamamilə sağlamdır” və “əlbəttə ki” xəstəlik testi neqativ çıxıb.

Putin sentyabrın 13-də bir sıra ictimai tədbirlərdə olub, Moskvada Suriya lideri Bəşər Əsədlə, Rusiya paraolimpiya komandası ilə görüşüb. O həmçinin Belarusla birlikdə keçirilən hərbi təlimlərə qatılıb.

4 aydan sonra...

Hindistanda 614 nəfər tam peyvənd olunmuş tibb işçisi üzərində araşdırma COVID-lə savaşan anticismlərin birinci dozadan dörd ay sonra “əhəmiyyətli” şəkildə azaldığını üzə çıxarıb.

“Reuters” yazır ki, bu araşdırma Hindistan hökumətinə bəzi Qərb ölkələri kimi üçüncü (buster) dozaları ilə bağlı qərar verməyə kömək edə bilər.

Anticismlərin azalması heç də peyvəndlənmiş şəxslərin xəstəliklə mübarizə qabiliyyətini itirməsi demək deyil, orqanizmin yaddaş hüceyrələri əsaslı qorumanı təmin edə bilər. Bunu araşdırmanı aparmış hökumət institutunun direktoru deyib.

“Altı aydan sonra buster dozaya ehtiyac olub-olmadığını deyə bilərik. Müxtəlif ərazilərdə oxşar araşdırmaların aparılmasına çağıracağıq”,Sanqhamitra Pati söyləyib. O, ölkənin şərqindəki Bhubaneşvar şəhərindəki Regional Tibbi Tədqiqat Mərkəzinin rəhbəridir.

944 milyon nəfər tam peyvənd olunmalıdır

Britaniya tədqiqatçıları ötən ay deyirdilər ki, Pfizer/BioNTech və AstraZeneca vaksinlərinin iki dozasının yaratdığı qoruma altı ay içində azalmağa başlayır.

Hindistandakı araşdırma hələ elmi dəyərləndirmədən keçməyib. Bu ölkədə AstraZeneca-nın lisenziyalı versiyası olan Covishield və yerli Covaxin vaksinləri hazırlanır.

Səhiyyə rəsmiləri buster dozaları ilə bağlı datanı öyrəndiklərini deyirlər. İndilik hədəfsə ölkənin 944 milyonluq yetkin əhalisini tam peyvəndləməkdir. Onların 60 faizdən çoxuna azı bir doza, 19 faizinə isə hər iki doza vurulub.

Mayın əvvəlində Hindistanda gündəlik yoluxmalar 400 mini keçirdi. Ölkədə indiyədək 33.29 milyon yoluxma, 443 mindən çox ölüm qeydə alınıb.

XS
SM
MD
LG