Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:12

Putinin 2023-cü ildə imzaladığı fərmanların yarısı ‘məxfi’ olub


2023-cü ildə Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmanların 49.5 faizinə “məxfidir” qrifi vurulub.

Bunu Rusiyanın Mediazona saytı rəsmi qanunvericilik aktlarının dərc olunduğu sayta istinadla hesablayıb.

Beləliklə də 2023-cü ildə Rusiya prezidentinin imzaladığı fərmanların yarısı məxfi sayılır. Bu, Rusiyanın tarixində rekord hadisədir.

Jurnalistlər bunu fərman nömrələrinə əsasən hesablayıblar. Belə ki, fərmanlar rəsmi saytda sıra nömrəsi ilə dərc olunur. Məxfi fərmanların nömrələri rəsmi saytda görünmür.

Bundan əvvəlki rekord da Putinə aiddir

Bundan əvvəlki məxfi fərmanlar rekordu da elə Putinə məxsusdur.

2001-ci ildə Çeçenistan müharibəsinin qızğın çağında verilmiş fərmanların 47 faizi məxfi idi.

2022-ci ildə, daha doğrusu Ukraynada müharibənin birinci ilində məxfi fərmanların 45 faizi məxfi olub.

Bu da qeyd olunmalıdır ki, Ukraynaya qarşı tammiqyaslı müdaxilənin ikinci ilində fərmanların ümumi sayı demək olar dəyişməyib.

2022-ci ildə dərc olunmuş son fərmanın nömrəsi 996, 2023-cü ildə isə 997-dir.

“Kütləvi qəhrəmanlıq, igidlik və mərdliyinə görə...”

Mediazona qeyd edir ki, məxfi fərmanlar adətən hərbçilərin təltifi və əfv olunaraq Ukrayna müharibəsinə cəlb olunan məhkumlara aid olur.

2022 və 2023-cü illərdə qətl hadisəsi törətmiş azı 17 məhkum əfv olunub. Onların hamısı sonradan Ukrayna müharibəsinə cəlb edilib.

Bu da bildirlir ki, Putinin 2023-cü ildə hərbi hissələrə və gəmilərə “qvardiya” titulu verən fərmanların sayı artılb.

Bu adın nəyə görə verildiyi məlum deyil.

Sənədlərdə standart “kütləvi qəhrəmanlıq, igidlik və mərdliyinə görə” formulundan istifadə olunub.

XS
SM
MD
LG