Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 00:34

Qafqaz Universitetində yeni rektor


Qafqaz Universitetində bağlanma həyəcanı
Gözlə

No media source currently available

0:00 0:02:42 0:00

Qafqaz Universitetində bağlanma həyəcanı

Qafqaz Universitetinin rektoru vəzifəsinə Elmar Qasımov təyin olunub.

«BBC Azərbaycan»ın xəbərinə görə, bu barədə Beynəlxalq Təhsil Mərkəzinin idarə heyətinin üzvi, SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov adından məlumat yayılıb.

Onun bildirməsinə görə, Qafqaz Universitetinin adı dəyişməyəcək. Universitet yenə də öz diplomunu təqdim edəcək, bununla bağlı sənədlər hazırlanır.

Elmar Qasımov Bakı Ali Neft Məktəbinin (BANM) rektoru vəzifəsini icra edir. Qafqaz Universitetinin təsisçilərinin iyulun 20-də verdiyi qərarla ali təhsil ocağı BANM-ın idarəçiliyinə verilib.

Buna qədər universitetin rektoru vəzifəsini Prof. Dr. Ahmet Saniç icra edirdi. Hazırda universitetdə 5 mindən çox tələbə təhsil alır.

Universitetin təsisçiliyi 2013-cü ildən etibarən Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinə keçib. İctimai Birlik sayılan mərkəzin əsas təsisçisi SOCAR hesab olunur. Mərkəz «Çağ Öyrətim İşlətmələri» şirkəti ilə birgə təsisçilik əsasında yaradılıb.

Mərkəzin tərkibində Bakı İstedadlar Təhsil Kompleksi, Bakı Fransız Liseyi və Qafqaz Universiteti fəaliyyət göstərir.

Buna da bax: "Çağ Öyrətim" bağlandı, "Kaspi" dalğalandı

"Çağ Öğretim" bağlandı, "Kaspi" dalğalandı
Gözlə

No media source currently available

0:00 0:02:21 0:00

Qafqaz Universiteti Azərbaycanda 1993-cü il mayın 1-i fəaliyyətə başlayıb. 1995-ci ildə dövlət qeydiyyatına alınan ali təhsil ocağı «Çağ Öyrətim İşlətmələri» şirkətinin təhsil kompleksinin ən yüksək pilləsidir.

2003-2004-cü tədris ilində keçmiş prezident Heydər Əliyevin şəxsi göstərişi ilə Bakı-Sumqayıt yolu üzərində Universitetə ayrılmış 20 hektar torpaq sahəsində müasir tədris korpusu inşa olunub.

Yerli mətbuatda indi Qafqaz Universiteti ətrafında baş verənlər bu təhsil ocağının hazırda ABŞ-da yaşayan nurçu lider Fethullah Gülen-lə bir vaxtlar birgə çəkilməsi ilə izah edilir. Hazırda Türkiyənin hakim dairələri Fethullah Gülen-i bu ölkədə dövlət çevrilişinə cəhdə ittiham edirlər. Bunun təsiri artıq Azərbaycanda da hiss olunur.

Milli Televiziya və Yayım Şurası Fethullah Gülen-in mətbuat konfransında iştiraka görə ANS televiziyasının fəaliyyətini 1 aylıq dayandırıb.

XS
SM
MD
LG