Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:22

İşğaldan azad edilən ərazilərdə həyat bərpa olunur, bəs seçkilər?


Rüşvətlə 'seçilən' bələdiyyə sədrliyi
Gözlə

No media source currently available

0:00 0:03:53 0:00

Rüşvətlə 'seçilən' bələdiyyə sədrliyi (Arxiv)

Azərbaycanda köçkünlərin işğaldan azad edilən ərazilərdə yeni salınan yaşayış məntəqələrinə köçürülməsinə ötən ildən başlanıb. Hələlik, köçkünlər azsaylı qruplar şəkilində işğaldan azad edilən ərazilərdə yeni salınan yaşayış məntəqələrinə köçürülür.

Rəsmi qurumlar prosesin növbəti illərdə güclənəcəyini vurğulayırlar. 2025-ci ildə Azərbaycanda parlament və prezident seçkiləri keçirilməlidir. Amma bəzi təhlilçilər növbədənkənar seçkiləri də istisna etmirlər. Azərbaycanda istər son prezident (2018), istərsə də parlament (2020) seçkiləri növbədənkənar keçirilib.

Bəs belə olan halda hökumətin işğaldan azad edilən rayonlarla əlaqəli seçki komissiyalarının yaradılması ilə bağlı plan və niyyətləri nədən ibarət olmalıdır?

E.Nəsirov
E.Nəsirov

"Qarşıda iki mühüm hədəf var"

Hələlik, bu suala Prezident Administrasiyasi və Mərkəzi Seçki Komissiyasından (MSK) münasibət almaq mümkün olmayıb. Amma Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan üzvü Elman Nəsirov AzadlıqRadiosuna deyib ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsindən sonra qarşıda iki mühüm hədəf var: "Bunlardan biri işğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulması və qayıdışın təminatıdır. İkincisi isə ordumuzun daha da gücləndirilməsidir, çünki Ermənistanda revanşizm hər zaman baş qaldırdığından güclü olmağımız vacibdir".

Deputatın sözlərinə görə, prezident də çıxışlarının birində 100 yaşayış məntəqəsinin bərpa olunacağını bildirib. Onun vurğulamasına görə, artıq bir neçə yaşayış məntəqəsinə tarixi qayıdış baş verib. O, Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun Talış kəndlərini qeyd edib. E.Nəsirov əlavə edib ki, Laçın rayonunda yaxın zamanlarda 700 ailənin məskunlaşması planlaşdırılır, bu iş sistemli həyata keçirilir: "Bu ilin büdcəsində 3 milyard manat əlavə vəsait ayrıldı, əlavə olaraq da 1.8 milyard da həmin ərazilərin bərpasına yönəldilib. Təbii ki, bütün bu reallıqlar fonunda qarşıdan gələn 2025-ci ildə prezident və parlament seçkiləri keçiriləcək. Belə olanda həmin ərazilərdə seçki dairələri və məntəqələrinin yaradılması müzakirə predmetinə çevrilir".

'Hökumətin Qarabağa qayıdanlara torpaq vermək fikri yoxdur'
Gözlə

No media source currently available

0:00 0:05:52 0:00

"Komissiyaların yaradılmasında qəliz məsələ yoxdur"

E.Nəsirov hesab edir ki, köç başladıqca həmin komissiyaların yaradılmasında heç bir qəliz məsələ yoxdur: "Nəinki işğaldan azad olunan ərazilərdə, bizim bir çox ölkələrdə soydaşlarımız yaşayır və onların da seçkilərdə iştirakı tam şəkildə təmin edilir. Bu reallığı nəzərə alsaq, işğaldan azad edilmiş ərazilərdə bunun gerçəkləşdirilməsi mürəkkəb məsələ deyil. Bu, qarşıdakı seçkilərdə heç bir halda seçki prosesinə hər hansı mənfi təsirini göstərə bilməz".

"Hakimiyyət bu istiqamətdə addımlar atmır"

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli isə parlament və prezident seçkilərindən əvvəl, gələn il- 2024-cü ilin dekabrında bələdiyyə seçkilərinə diqqət yönəltməyin vacibliyini vurğulayıb. O bildirib ki, bələdiyyə seçkiləri işğaldan azad olunmuş ərazilərdə heç vaxt keçirilməyib: "Məcburi köçkünlərin 1999-cu ildən keçirilən bələdiyyə seçkilərində iştirak etməməsinə hökumət bələdiyyə torpaqlarının işğal altında olduğunu əsas kimi göstərib. İndi həmin ərazilərdə bələdiyyə seçkilərinin keçirilməsi öz aktuallığını artırıb, çünki bələdiyyə torpaqları işğaldan azad olunmuş ərazilərdə də müəyyən edilməlidir. Təəssüf ki, hakimiyyət bu istiqamətdə addımlar atmır".

A.Məmmədli
A.Məmmədli

Onun ehtimalına görə, əgər hökumət bu istiqamətdə adım atırsa, proses şəffaf getmədiyindən məlumatları yoxdur: "Torpağın üç mülkiyyət forması -dövlət, bələdiyyə və özəl, - bunların işğaldan azad olunan ərazilərdə də tətbiqi vacibdir. Bəlli olmalıdır ki, bələdiyyə torpaqları hansıdır və bələdiyyə strukturları formalaşmalıdır. "2024-cü ilin dekabrına qədər bu prosesi başa çatdıracaqlarmı" sualı açıq qalır. Ona görə hakimiyyət birinci bu suala aydınlıq gətirməlidir".

"Ən azından məcburi köçkünlər üçün..."

Mərkəz sədri hesab edir ki, torpaqların pay bölgüsü həllini tapandan sonra bələdiyyə institutunu formalaşdırmaq olar: "Ən azından məcburi köçkünlər üçün bələdiyyə seçkilərinin yenidən təşkilinə baxmaq olar. Bu institutun indi formalaşması baş tutarsa, gələcəkdə də insanlar qayıtdıqca, həmin bölgələrdə bələdiyyələrin fəaliyyətini təmin etmək olar, elə 2025-ci ildən başlayaraq".

A.Məmmədli 2025-ci ilin prezident seçkisində ciddi problem görmür: "Onda bülletenlər eynidir, məcburi köçkünlər də yaşadıqları ərazilərdə səs verə bilərlər. Problem parlament seçkiləridir, bu seçkilər dairələr üzrə keçirilir. Bu məsələdə hansı planın olduğuna aydın təsəvvür yoxdur. Ona görə yaxın iki ildə bu məsələ aydınlaşdırılmalıdır. Əgər məskunlaşdırılan ərazilərdə həyat canlanırsa, orada seçki komissiyaları formalaşmalıdır".

Şuşaya qayıtmaq istəyənlər: 'Azı 800-1000 manatlıq iş olmalıdır'
Gözlə

No media source currently available

0:00 0:06:30 0:00

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG