Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:21

«Əlil yoldaşımı polis şöbəsində döyüblər»


Ramil İmranov
Ramil İmranov

-

«Qardaşının sənədlərini əlindən almışdılar, demişdilər ki, sürücülük vəsiqəsini ləğv edəcəklər. Onun da çörəyi sürücülükdən çıxır. Yoldaşım bu məsələni aydınlaşdırmağa polisə getdi. Bir də xəbər çıxdı ki, onu şöbədən koma vəziyyətində «Semaşko»ya, xəstəxanaya götürüblər».

*Youtube Kanalımıza abunə olmağı məsləhət görürük

Əfsanə İmranova həyat yoldaşı Ramil İmranovun Dövlət Yol Polisinin Binəqədi şöbəsində döyüldüyünü deyir. Onun sözlərinə görə, həyat yoldaşını şöbənin rəisi Cavanşir Ələkbərovla müavini Paşa Ağayev döyüb:

«Qaynımın sürücülük vəsiqəsini ləğv edirdilər. Ramil də getmişdi ki, onlarla danışsın, qaynımın çörəyi sürücülükdən çıxır. Getdi ki, vəsiqənin ləğv edilməməsini xahiş etsin. Yoldaşım Qarabağ əlilidir, xəstəlikdən əziyyət çəkir. Onunla çox kobud rəftar ediblər, təhqir edib döyüblər, iş o həddə çatıb ki, təcili yardım çağrılıb».

«VƏTƏNDAŞA NİYƏ ƏL QALDIRILSIN Kİ?»

Əfsanə İmranovanın deməsinə görə, Ramil İmranovu şöbədən təcili tibbi yardım maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə apararaq tibbi yardım göstəriblər. Buna baxmayaraq, Ramil İmranov bir müddət koma vəziyyətində qalıb:

«İndi-indi özünə gəlir. O vaxt Qarabağda aldığı yaranın üstünə zərbələr vurulmasından komaya düşübmüş. DİN-in «102» xidmətinə də zəng vurub bildirmişik. Ancaq heç kəs maraqlanmır».

«Bu deyilənlərin hamısı cəfəngiyatdır. Vətəndaşa niyə əl qaldırılsın ki? Xəbər tutduq ki, şöbənin binası qarşısında bir nəfəri «sudurqa» tutub (qıc olub), yıxılıb, təcili yardım gəlib, xəstəxanaya aparıb. Sonradan bu məsələni şöbədə döyülməsi kimi qələmə veriblər», - bunu isə «Qaynar xətt»ə Dövlət Yol Polisinin Binəqədi rayon şöbəsindən bildiriblər.

Şöbədən onu da deyiblər ki, həmin şəxsin əlil olduğunu da sonradan eşidiblər. Sənəd məsələsinə gəlincə, şöbədən bunu bildiriblər: «Əgər sürücünün sənədi ləğv olunmalıdırsa, vətəndaşla polis arasında hansısa razılaşma mümkün deyil. Vətəndaş qərardan məhkəməyə müraciət edə bilər».

Həmçinin baxın - Youtube Kanalımızda baxın:

XS
SM
MD
LG