Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 18:13

Ermənistan rəsmisi: Sülh sazişinə böyük əngəllər qalır


Azərbaycan-Ermənistan sərhədi
Azərbaycan-Ermənistan sərhədi

Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasın əngəlləyən bir sıra əsas məsələlər üzrə narazılıq qalır. Bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan noyabrın 9-da deyib.

Onun sözlərinə görə, tərəflərin razılığa gələ bilmədiyi məsələlərə sərhədin delimitasiya mexanizmi, onu səyahət və yük daşımaları üçün açmağın praktik aspektləri daxildir.

"İnanırıq ki, iki ölkənin sərhədinin delimitasiyası münasibətlərin normallaşdırılması üzrə mümkün sənədin əsasını təşkil etməlidir", – o, jurnalistlərə söyləyib.

Yerevan delimitasiya prosesi üçün 1975-ci il sovet hərbi xəritələrindən istifadədə təkid edir. Avropa İttifaqının başçısı Şarl Mişel (Charles Michel), Fransa prezidenti Emmanuel Makron (Emmanuel Macron) və Almaniya kansleri Olaf Şolts (Olaf Scholz) oktyabrın 5-də Qranada görüşündən sonra Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə bəyanatda bu mövqeyi dəstəkləyiblər.

Xəritə mübahisəsi - Bakı ilə Yerevanın əlində fərqli xəritə var?
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00

Azərbaycan hansı xəritəyə üstünlük verir?

AzadlıqRadiosunun erməni xidməti yazır ki, Azərbaycan sonradan bu ideyanı rədd edərək bildirib ki, Ermənistan 1990-cı illərin əvvəlində işğal etdiyi səkkiz Azərbaycan kəndindən çıxmalıdır.

Avropa liderləri Qranada bəyanatında Ermənistanın ərazi bütövlüyünə qətiyyətli dəstək bildirib, ölkələrin suverenliyi və yurisdiksiyasına ehtiram əsasında regional əlaqələrin bərpasına çağırıb.

Kostanyanın sözlərinə görə, Ermənistan hökuməti inanır ki, bu prinsiplər də mübahisələrin həllinin aydın mexanizmi ilə yanaşı, sülh sazişinə salınmalıdır.

"Tərəflər bu məsələlər üzrə mövqelərini bir-birinə yaxınlaşdırmalıdırlar", – nazir müavini vurğulayıb.

Azərbaycan prezidenti İlham Əliyev Qranada görüşünə qatılmayıb. Ş.Mişelin təşəbbüsü ilə oktyabrın sonuna Brüsseldə planlaşdırılan görüş də alınmayıb. Ermənistan buna görə Azərbaycanı ittiham edib. Rəsmi Bakı isə Yerevanı siyasi manipulyasiyada suçlayıb.

Kostanyan vasitəçilərin növbəti Əliyev-Paşinyan görüşünü təşkil etməyə çalışdığını bildirib.

Qarabağ ermənilərinin əliylə Paşinyanı devirmək planı: Rusiya Xankəndidən çıxacaqmı?
Gözlə

No media source currently available

0:00 0:13:27 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə (Şuşa şəhəri daxil. Amma Xankəndi, Xocalı və daha bəzi ərazilər yox) nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG