Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:53

Qırğızıstan hökuməti AzadlıqRadiosu ilə bağlı məhkəməyə müraciət edib


Nazirlik AzadlıqRadiosu Qırğız Xidmətinə bu barədə yanvarın 23-də rəsmi bildiriş göndərib

Qırğızıstanın Mədəniyyət, İnformasiya və Gənclər siyasəti Nazirliyi Bişkek şəhərindəki Lenin Rayon Məhkəməsindək AzadlıqRadiosu Qırğız Xidmətinin media fəaliyyətlərinin dayandırılmasını rica edib.

Qırğız xidməti ölkə Ədliyyə Nazirliyində Azattık Media adı ilə qeydiyyatdan keçib.

Nazirlik AzadlıqRadiosu Qırğız Xidmətinə bu barədə yanvarın 23-də rəsmi bildiriş göndərib.

Nazirliyin məktubunda deyilir ki, bu addım Azattık Radiosunun Qırğızıstan-Tacikistan sərhədində ötən il baş vermis toqquşmalar haqqında videoreportajın mübahisəli seqmentinin öz internet saytından silinməsi ilə bağlı göstərişə əməl etməkdən imtina etdiyinə görə atılıb.

Qırğızıstan hökuməti Azattık Radiosunun qırğız və rus dillərində internet saytlarını oktyabrın 26-da, radio Qırğızıstan-Tacikistan sərhədində baş vermiş toqquşmalara dair videoreportajı silməkdən imtina edəndən sonra bloklamışdı.

Rəsmilər iddia edirdilər ki, Azadlıq və “Amerikanın səsi” radiolarının birgə layihəsi olan CurrentTime telekanalının hazırladığı reportajda Tacikistanın mövqeyindən çıxış edilib.

Çağırışlar

Hökumətin bu qərarı Saxta İnformasiyadan Mühafizə haqqında qanuna əsaslanırdı.

Bu qanun hələ avqust ayında qəbul edilərkən geniş beynəlxalq tənqidlərlə üzləşmişdi.

Qırğızıstan hökumətinin hərəkəti indiyədək yerli və beynəlxalq insan haqları təşkilatları, qırğız siyasətçilər, məşhurlar, ziyalılar, jurnalistlər, millət vəkilləri və insan haqları fəalları tərəfindən tənqid olunur.

Onlar hakimiyyəti AzadlıqRadiosu ilə bağlı qərarını dəyişməyə çağırırlar.

AzadlıqRadiosunun prezidenti və baş icraçı direktoru Ceymi Flay (Jamie Fly) hökumətin sözü gedən reportaj barədə iddiasını rədd etmiş və bildirmişdi ki, videoya yoxlama baxışı onun radionun standartlarını pozmadığını göstərib.

AzadlıqRadiosu hökumətin qərarından apellyasiya şikayəti verib.

Bu şikayət üzrə ilk dinləmə yanvarın 26-a təyin edilib. İşə Bişkekdəki Bir May Rayon Məhkəməsində baxılacaq.

XS
SM
MD
LG