Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:30

Gənclər həbsdə qaldı. Bayram Məmmədov aclığa başladı


Bayram Məmmədov və Qiyas İbrahimov
Bayram Məmmədov və Qiyas İbrahimov

-

Mayın 20-də Xətai rayon Məhkəməsi narkotik ittihamı ilə həbs olunmuş gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimovu ev dustaqlığına buraxmaqdan imtina edib.

Məhkəmə gənclər barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı və ya girov qətimkan tədbiri ilə əvəzlənməsi barədə verilən vəsatətlərə baxıb.

Hakim Bəxtiyar Məmmədov vəsatətlərin əsaslı olmadığı qənaətinə gələrək gəncləri həbsdə saxlayıb.

Gənclərin vəkilləri qərarın qanunsuz olduğunu, apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Mayın 12-də Xətai rayon məhkəməsi gənc fəallar haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib. Daxili İşlər Nazirliyinin məlumatına görə, gənclərin hər birinin üstündən 2 qram, evlərindən isə 1 kiloqramdan artıq heroin çıxıb.

Beynəlxalq qurumlar gənc fəalların siyasi motivlə həbs olunduğu barədə bəyanatlar yayıblar.

Mayın 16-da da B.Məmmədovun ona işgəncələr verilməsi ilə bağlı məktubu yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə gənclərin onlara işgəncə verilməsi ilə bağlı dediklərini təkzib ediblər.

Üstəlik, Ombudsman Aparatından da gənclərə işgəncə verilmədiyi bildirilib.

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında olduqlarını deyiblər.

Aparatdan yayılan məlumatda qeyd edilir ki, MPQ üzvləri həmin müəssisədə saxlanılan Bayram Məmmədov və Qiyas İbrahimovu təkbətək qəbul ediblər. MPQ-nin həkim üzvünün iştirakı ilə həmin şəxslərin bədəninə baxış keçirilib.

Məlumatda deyilir ki, baxış zamanı hər hansı xəsarət aşkar olunmayıb.

Gənc fəalların vəkili Elçin Sadıqov isə AzadlıqRadiosuna qısa müsahibəsində Ombudsmanın Milli Preventiv Qrupunun açıqlamasını əsasız saymışdı. Vəkil deyirdi ki, gənclərin bədənində işgəncə yerlərini öz gözü ilə görüb.

____________________________________________________________

Bunlara da bax:
Amnistiya aktı Milli Məclisdən keçdi
Türkiyənin gələcək baş naziri Binali Yıldırım kimdir?

____________________________________________________________

Bayram Məmmədovun Bakı İstintaq Təcridxanasında aclıq aksiyasına başladığı bildirilir. Bu haqda onun vəkili Elçin Sadıqov Azadlıq Radiosuna məlumat verib.

Vəkilin bildirdiyinə görə, B.Məmmədov Bakı Apellyasiya Məhkəməsinin barəsində seçilən həbs qərarını qüvvədə saxlamasına etiraz edir.

Elçin Sadıqov bildirir ki, gənc fəal həmçinin Ombudsman Aparatının onlara işgəncə verilmədiyi haqda bəyanatından kəskin narazı qalıb. Aclıq aksiyası həm də Ombudsmanın bəyanatına etirazdır.

Bayram Məmmədov və Qiyas İbrahimov mayın 10-da saxlanılıb. NİDA Vətəndaş Hərəkatı onların Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə, saxlanıldığını açıqlamışdı.

Sosial şəbəkələrdə Mərkəzi Bank ilə üzbəüz bağdakı abidənin fotosu yayılmışdı. Abidənin üzərində iki tərəfdən ağ boya ilə Azərbaycan və ingilis dillərində «Qul bayramınız mübarək!», ön tərəfdə isə «F... the system!» sözləri yazılmışdı.

Mayın 10-u keçmiş prezident Heydər Əliyevin 93-cü il dönümü qeyd edilib.

Son illər Azərbaycanda Heydər Əliyevin doğum günü münasibətilə Gül bayramı keçirilərdi. Bu da Azərbaycan cəmiyyətində heç də birmənalı qarşılanmırdı. Hakimiyyətin müxalifləri deyirdilər ki, hər il Gül bayramına milyonlarla vəsait xərcləməkdənsə, bu pullar əhalinin sosial ehtiyaclarının ödənilməsinə sərf edilməlidir. Bu il isə Gül bayramı təxirə salınmışdı.

Həmçinin bax - Sərhəd Xidməti irimiqyaslı təlimlərə başladı

XS
SM
MD
LG