Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:14

Rəsulzadənin nəvəsi: "O deputatı məhkəməyə verə bilərəm"


Rəis Rəsulzadə
Rəis Rəsulzadə

►Rais Rəsulzadə: “Məmməd Əminin təbliği əvvəlki illərlə müqayisədə yüksəlib”

Azərbaycan Cümhuriyyəti banisinin nəvəsi hakimiyyətdən babasının irsinin çapına dəstək gözləyir

“Həqiqətən Məmməd Əmin Rəsulzadə ilə bağlı elə söz deyibsə, onu məhkəməyə verəcəm”.

Bunu AzadlıqRadiosuna müsahibəsində Azərbaycan Demokratik Cümhuriyyətinin lideri olmuş M.Ə.Rəsulzadənin nəvəsi Rais Rəsulzadə deyir.

Söhbət Gəncədən seçilmiş deputat Naqif Həmzəyevin M.Ə.Rəsulzadə ilə bağlı bəzi fikirləri səsləndirməsi iddialarından gedir.

“Yeni Müsavat” qəzeti yazır ki, gənc deputat Gəncədə jurnalistlərlə söhbəti zamanı Rəsulzadənin ünvanına bəzi xöşagəlməz ifadələr işlədib. Məsələ Facebook sosial şəbəkəsində ciddi tənqidə səbəb olub, hətta deputatın geri çağrılması, onun məhkəməyə verilməsi tələbləri eşidilib.

Naqif Həmzəyev mətbuata açıqlamasında fikirlərinin təhrif edildiyini deyir, “Yeni Müsavat” rəhbərliyi isə “lazım gələrsə, deputat Həmzəyevin Rəsulzadə ilə bağlı mətbuatda səslənən fikirləri həqiqətən dediyini sübut etməyə hazır olduğunu” bildirir.

- Rais bəy, deputatın dediyi iddia olunan fikirlərdə sizi nə incitdi ki, məhkəməyə qədər getmək qərarına gəldiniz?

- Əsas hamımızı incidən hansı məqam oldu, məni də o incitdi. Hamımızı təhqir edən məqam nə oldu? Rəsulzadə barəsində səslənən fikirlər bir nəvəsi kimi təkcə məni yox, bütün tarixi təhqir edir.

Naqif Həmzəyev
Naqif Həmzəyev

- Facebookda yazılanlar arasında belə bir rəy də səslənmişdi ki, bu, bir deputatın yox, Azərbaycan hakimiyyətinin M.Ə.Rəsulzadəyə münasibətidir. Bölüşürsüzmü bu fikirləri?

- Elə şey yoxdur. Bu söhbəti eşidəndə ilk sözüm bu oldu ki, necə olur prezident Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam verir, tarixçilərimiz, alimlərimiz, ziyalılarımız Rəsulzadəylə bağlı fikirlərini ortaya qoyur, bu şəxs isə belə danışır?

Gözlə

No media source currently available

0:00 0:00:29 0:00
Direct-ə keçid

Çuvala salınan heykəl haqda...Buna da bax: “Köçəri” erməni rəqsi kimi tanınmadı

- Rais bəy, M.Ə.Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ölkədə hiss olundumu?

- Olundu, niyə olunmadı? İnsanlardan asılıdır, hər kəs öz öhdəsinə düşəni yerinə yetirsə, hiss olunar.

- Məsələn, siz hansı tədbirlərlə hiss elədiz ki, Rəsulzadəyə haqqı çatan tarixi qiymət verildi?

- İl ərzində müəyyən tədbirlər həyata keçirildi. Onun irsinin çapı ilə bağlı sərəncam verilmişdi.

Rəsulzadə Parisdə
Rəsulzadə Parisdə

- Rəsulzadənin Gəncədəki büstünün hələ də çuvalda qalmasına münasibətiniz necədir?

- Bu məsələ çoxdandır ki, qaldırılıb. O vaxt Gəncə Şəhər İcra Hakimiyyətindən demişdilər ki, orda təmir işləri gedir, təmir bitəndən sonra hər şey qaydasında olacaq. Ancaq indi bilmirəm, məsələ nə yerdədir.

- Rais bəy, Rəsulzadənin ailəsini Azərbaycanda qoyub getməsi məsələsi bəzi müzakirələrdə Məmməd Əminin əleyhinə səsləndirilir. Nəslin davamçısı kimi bu məsələyə münasibətiniz necədir?

- Bu sualı qaldıran adamlar tarixi bilmir, görünür, öyrənmək də istəmirlər, ya da qərəzli yanaşıb nəsə axtarırlar. Məmməd Əmin məcburən ölkəni tərk edib, həbs olunub, gedib. Ona görə də tarixin bu məqamlarını öyrənib sonra fikir söyləmək lazımdır.

Buna da bax: Lökbatan: Zibil adamın ağzına girir

“Bunu hər il deyirsiniz”

- Rəsulzadənin bugünkü təbliği sizi qane edirmi?

- Onu xalq sevir, indiki gənclərin çoxu onu sevir, müəyyən əsərləri buraxılır. Bugünkü təbliği əvvəlki illərlə müqayisədə da yüksəkdir.

Çörək muzeyi, ya başqa muzeylər olduğu halda Azərbaycan Cümhuriyyətinin qurucusunun, Azərbaycan azadlıq hərəkatının milli ideoloqunun ev muzeyi niyə olmasın?!

- Rəsulzadənin ev muzeyinin açılması gözlənirdi. Bu məsələ nə yerdə qaldı?

- Bunu elə hər il deyirsiz, hər il deyirik, hər il deyirlər, amma bu məsələ elə çeynənilə-çeynənilə qalır. Bu işlə Mədəniyyət və Turizm Nazirliyi ciddi məşğul olmalıdır, sərəncam olsa da, hələ ki, öz həllini tapmayıb.

Gözlə

No media source currently available

0:00 0:01:07 0:00
Direct-ə keçid

- Sizcə, Rəsulzadənin 130 illik yubiley tədbirləri sırasında ev muzeyinin də açılması lazım idimi?

- Lazım deyəndə... çörək muzeyi, ya başqa muzeylər olanda, Azərbaycan Cümhuriyyətinin qurucusunun, Azərbaycan azadlıq hərəkatının milli ideoloqunun ev muzeyi niyə olmasın?!

- Rais bəy, deyirsiz ki, Rəsulzadənin təbliği ilə bağlı vəziyyət yaxşılaşıb. Bunu daha qabarıq göstərmək üçün başqa hansı addımlar atılmalıdır?

- Gözlədiyim odur ki, əsərləri, fikirləri, irsi lazımi qaydada yayılsın, öyrənilsin, təbliğ olunsun. Şirməmməd müəllim (BDU-nun professoru Şirməmməd Hüseynov-red.) 5 cildlik hazırlayıb, Nəsiman Yaqublu da (Rəsulzadə irsinin araşdırmaçısı –red.) mühacirət dövrünü hazırlayıb, indi bu əsərlərin çapına dəstək lazımdır. Əsas məsələ budur, bunu həyata keçirmək, təbliğ eləmək lazımdır. Yoxsa, kim nə dedi, bunlar əsas deyil. Bir də ki, tarixi olduğu kimi təbliğ etmək lazımdır.

XS
SM
MD
LG