Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 02:44

Lənkəran limonu, Gədəbəy kartofu ilə dolana bilər?


"Limon Afrikadan gəlir, əlbəttə baha olacaq"
Gözlə

No media source currently available

0:00 0:01:49 0:00

"Limon Afrikadan gəlir, əlbəttə baha olacaq"

►“Camaat 1 maşın odunu 400-500 manata alır. Belə vəziyyətdə inkişafdan danışmaq olar?”

“Kəndlərdə camaatın vəziyyəti çox pisdir. Əvvəl yaşayış ildən- ilə ağırlaşırdısa, indi gün-gündən çətinləşir. Bu axırıncı bahalaşmadan sonra camaat heç nə almağa qadir deyil. İndiki vəziyyətdə rayon özünü dolandıra bilməz, bu utopiyadır. Xalqı elə vəziyyətə salıblar ki... Neftin yaxşı vaxtında xalqın qayğısına qalaydılar, bölgələrə fikir verəydilər. Camaatın cibində, evində bir az ehtiyatı olsaydı, dolana bilərdi, belə çətin duruma düşməzdi. Camaat kasıblaşırsa, rayon da kasıblaşır, özünü dolandıra bilmir”.

Qubanın altı kəndini birləşdirən Xaltan kəndinin sakini Nadir Cəlilov deyir, əvvəl Qubada konserv zavodu olub. Rayon sakinləri alma bağlarının meyvəsini həmin zavoda təhvil verib dolanışığını təmin eləyə bilirmiş:

“Bəlkə həmin zavodu bərpa eləmək olar. Adamlar öz məhsullarını ora versələr, ya da özləri ya Bakıya, ya da Rusiyaya apara bilsələr, daha çox qazanarlar. Yol xərci, postlarda polisin incitməsi olmaz, camaata da sərf edər”.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov fevralın 2-də Qubada deyib ki, rayonlar özlərini dolandırmalıdır, onlar dövlət dotasiyasından çıxarıla bilər. Ancaq bu fikir, qubalı Nadir Cəlilov kimi, digər bölgələrin fermerlərinə də inandırıcı gəlmir.

Bunlara da bax:

“Elə bildim Avropadayam”

Lənkəranlı fermer Əflatun Səfərovun fikrincə, iş yerləri açılsa, rüşvətin, korrupsiyanın izi-tozu qalmasa, bu, mümkünləşər:

“İş qoyublar ki, məşğul olaq? Vəziyyət pisdir. Nə qədər ki, monopoliya, rüşvətxorluq var, belə də olacaq. Camaat ən çox pomidor əkir. Kilosunu 8 qəpiyə sata bilmir. Sanki nağıl danışırlar. Bu vəziyyətdə rayon özünü necə təmin edə bilər? Ya da infrastruktura baxaq. Rayonun mərkəzini bir az düzəldirlər, kanalizasiya xətti, işıq çəkirlər. Ancaq küçənin bir tərəfini qazlaşdırırlar, o biri tərəfini yox. Monopoliya yığışdırılmalıdır. Camaata əkməyə-biçməyə imkan verməlidirlər, əngəl olmamalıdırlar. Kənd təsərrüfatını icra hakimiyyətlərinə bağlayıblar, onlar da nələrsə danışırlar. Bu yaxınlarda bir iclasda oldum. Elə bildim Avropadayam, iclasdan çıxandan sonra gördüm yox,Lənkərandayam. Məhkəmələr düz işləməlidir, işlərə düz baxmalıdır. Düz baxmasalar, monopoliya qalacaq”. (Ardı aşağıda)

"Təki camaata əngəl olmasınlar"

Uzun illər Gədəbəydə kartofçuluqla məşğul olan Dəyirmandağ kəndinin sakini Səyyad Musayevin fikrincə, rayon sakinləri özlərini də, rayonu da o halda təmin eləyə bilərlər ki, camaatın işinə pəl vurulmasın:

“Hər bir işin altından bürokratik əngəllər çıxır. Camaat pay torpağının yerini dəqiq bilmir. Camaata imkan versələr, adamlar özünü də dolandırar, rayonu da. Pay torpağında nəsə əksən, bir məmur çıxıb deyəcək ki, “bu torpaq sənin deyil”. Prezident bura gələndə süd məhsulları zavodu açmışdılar. Prezident gedəndən sonra zavod işləmədi. İş yerləri olmalıdır. 90-cı illərə qədər Gədəbəyin 30 faizi meşəlik idi.İndi o meşələr hanı? Rayonda 93 min əhali, 30 min təsərrüfat var. Camaat 1 maşın odunu 400-500 manata alır. Belə vəziyyətdə inkişafdan danışmaq olar?”

İcra hakimiyyətləri danışmaq istəmir

Gün ərzində bu fermerlərin yaşadığı Quba, Lənkəran, Gədəbəy rayonlarının icra hakimiyyətləri ilə əlaqə saxladıq. Ancaq deyilənlərlə bağlı heç birindən mövqe öyrənə bilmədik. Şöbələr bir-birinə yönləndirdi, səlahiyyətli şəxslər isə yerlərində tapılmadılar.

Bunlara da bax:

"İstehsal dayanıqlı, inkişaf isə davamlı deyil"

İqtisadçı ekspert Vahid Məhərrəmov Azərbaycanın rayonlarında istehsalın dayanıqlı, inkişafın isə davamlı olmadığını bildirir. Ona görə də Əli Həsənovun bu bəyanatının reallıqla uzlaşmadığını düşünür:

“Azərbaycanda bütün mal- məhsul üzrə istehsal göstəriciləri, həm də məhsuldarlıq aşağıdır. Məhsuldarlığı artırmadan gəliri yüksəldə bilməyəcəyik. Yaxın gələcəkdə kənd təsərrüfatında hansısa dönüş olmalı, istehsal artımı üçün indi islahat aparılmalıdır. Əvvəlki ilə nisbətən bu il ixracımız azalıb. Problemlərin həlli istiqamətində hələ ki, addım atılmayıb. Buna görə rayonların özünü dolandırmaq fikri yaxın 5-10 il üçün də mümkün deyil. Bu, hökumət kənd təsərrüfatının inkişafı ilə bağlı ciddi strategiya hazırlayararsa, mümkün olar. Alma tinglərini, toxum məhsullarını, istehsalda istifadə olunan gübrələri, texnikanı, genetik materialları xaricdən gətiririk. Bu halda istehsalımız rəqabət qabilliyyətli olmayacaq. Belə deyilsə, rayonlar hansı vəsaitlə öz daxili istehsal hesabına təminatlarını ödəyə biləcək?” (Ardı aşağıda)

“Özlərini təmin etsinlər”

“Rayonlar özlərini dolandırmalıdır” fikrinin səsləndiyi tədbirdə hakim Yeni Azərbaycan Partiyasından millət vəkili Vahid Əhmədov da iştirak edib. Deyir ki, parlamentdə bununla bağlı proqram üzərində mütəmadi işləyirlər:

“Regionlar özlərini maliyyələşdirmək imkanına malik olmalıdırlar – bu məsələni qaldırmışıq. Hazırda mərkəzləşdirlmiş dövlət büdcəsindən ildə təxminən 700-750 milyon manat vəsait ayırırıq ki, yerli büdcələri müəyyən qədər təmin edək. Onlar özlərini ödəyə bilmir. Ancaq son vaxtlar Bakı, Sumqayıt, Mingəçevir, Naftalan və daha iki rayon özü- özünü maliyyələşdirməyə başlayıb. Yəni bu mümkündür. Yerli icra hakimiyyəti orqanları özlərində kifayət qədər məsuliyyət hiss eləməlidirlər. Kifayət qədər təsərrüfatla məşğul olmalıdırlar. Əvvəl çətin idi, çünki infrastruktur layihələri həll olunmamışdı. Hazırda isə işıq, qaz, suyla bağlı ciddi problemlər yoxdur. Ona görə də rayonların yavaş-yavaş dotasiyadan çıxarılmasına, özlərini təmin etməsinə çalışmaq lazımdır. Milyardlarla vəsait qoyulub, infrastruktur layihələri həyata keçirilib. Ona görə də rayonlarda iş yerləri açılmalıdır, iri fermer təsərrüfatları, emal müəssisələri, sənaye zonaları yaradlmalıdır. Ordan gələn gəlirlər hesabına darayonlar dolansın”.

Vahid Əhmədov da fermerlərin giley-güzarını bölüşür. Deyir, elə prezident də bunu söyləyir:

“Cənab prezident də deyir ki, monopoliya, idxal-ixrac əməliyyatları, digər bürokratik əngəllər, korrupsiya, rüşvət olmamalıdır. Demirik ki, rayonların özlərini bu dəqiqə dolandırmalıdırlar. Biz də bilirik ki, bir-iki günün içində olan iş deyil. İllər lazımdır”.

Vahid Əhmədovun sözlərincə, rayon özünü təmin eləyəndən sonra ona mərkəzi büdcədən dotasiya verilməyəcək.

Bunlara da bax:
XS
SM
MD
LG